qətnamə
226.1. Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid
olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.
226.2. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər
birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin
müştərək olmasını göstərir.
M a d d ə 2 2 7 . Qətnamənin tərtibi
227.1. Məhkəmə qətnaməsi elan edilənədək tərtib olunmalıdır.
91
227.2. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan
edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa
çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun
təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni
zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan
edir.
92
227.3. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün
ərzində rəsmi qaydada verilməlidir.
93
M a d d ə 2 2 8 . Qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi
228.1. Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250‐ci maddələrində
nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və
ya dəyişdirməyə haqlı deyildir.
228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak
edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə
bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər
məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər
etmək məsələsinə baxmağa mane olmur.
228.3. Düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər.
M a d d ə 2 2 9 . Əlavə qətnamə
229.1. İş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları
xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər:
229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və
izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa;
229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın
miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə;
229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə.
229.2. Əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə
minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən
sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri
haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə
baxmağa mane olmur.
229.3. Əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən
şikayət verilə bilər.
94
M a d d ə 2 3 0 . Qətnamənin izah edilməsi
230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş
qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
95
230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və
yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə
həyata keçirir.
230.3. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir.
96
230.4. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən
şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi
qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur.
230.5. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə
bilər.
M a d d ə 2 3 1 . Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə‐hissə icra
edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın
dayandırılması
97
231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə
və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə‐hissə icra
etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və
yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş
məsələnin həll edilməsinə mane olmur.
231.3. İcra üzrə icraatın dayandırılması məsələləri məhkəmə icraçısının təqdimatına əsasən
həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat məhkəmə icraçısına
olduğu yer üzrə məhkəmə tərəfindən, iqtisad məhkəməsinin verdiyi icra sənədinə əsasən
başlanmış icraat isə həmin iqtisad məhkəməsi və ya məhkəmə icraçısının olduğu yer üzrə
müvafiq iqtisad məhkəməsi tərəfindən dayandırılır. İcra üzrə icraatın dayandırılması haqqında
təqdimatlara bu Məcəllənin 231.2‐ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
98
231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə‐hissə icra edilməsi, qətnamənin
icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması barədə məhkəmə
qərardadından şikayət verilə bilər.
99
231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın
yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin
hissə‐hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə
icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
100
M a d d ə 2 3 2 . Ödənilməli pul məbləğlərinin indeksasiyası
232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul
məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında
baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər,
lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane
olmur.
232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət
verilə bilər.
M a d d ə 2 3 3 . Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi
233.1. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay
keçdikdən sonra qanuni qüvvəyə minir.
233.2. Apellyasiya şikayəti ilə ləğv edilməmiş qətnamə apellyasiya instansiyasının qərar
qəbul etdiyi andan qanuni qüvvəyə minir.
101
233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər,
habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli
sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq
münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə
mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir
edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və
müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
M a d d ə 2 3 4 . Qətnamənin icra edilməsi
Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
102
M a d d ə 2 3 5 . Dərhal icra olunmalı qətnamələr
235.1. Aşağıdakı qətnamələr dərhal icra edilməlidir:
235.1.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;
235.1.2. işçiyə əmək haqqı ödənilməsi haqqında;
235.1.3. dövlət orqanları aktlarının etibarsız hesab edilməsi, habelə barışıq sazişini təsdiq
edən iqtisad məhkəməsinin qərardadları;
235.1.4. qanunda müəyyən edilmiş digər hallarda.
235.2. Hakim tərəflərin xahişi ilə qətnamənin icrasının ləngidilməsinin tələbkar üçün böyük
zərərə səbəb ola biləcəyi, yaxud icranın özünün mümkün ola bilməyəcəyi xüsusi hallarda
qətnaməni dərhal icraya yönəldə bilər.
235.3. Qətnamənin dərhal icra edilməsinə yol verildikdə, məhkəmə qətnaməsi ləğv edildiyi
halda, hakim onun icrasının dönüşünün təmin edilməsini tərəfdən tələb edə bilər.
235.4. Qətnamənin dərhal icra edilməsinə yol vermək haqqında məsələyə məhkəmə
iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar
edilirlər, lakin onların gəlməməsi məhkəmə qətnaməsini dərhal icra etmək haqqında məsələni
həll etməyə mane olmur.
235.5. Qətnamənin dərhal icra edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə
bilər. Qətnaməni dərhal icra etmək haqqındakı qərardaddan şikayət verilməsi həmin
qərardadın icrasını dayandırmır.
103
M a d d ə 2 3 6 . Qətnamənin icrasının təmini
Məhkəmə dərhal icraya yönəlməyən qətnamənin icrasını bu Məcəllənin 13‐cü fəslində
müəyyən olunmuş qaydada təmin edə bilər.
104
M a d d ə 2 3 7 . İşdə iştirak edən şəxslərə qətnamələrin surətlərinin göndərilməsi
Məhkəmə iclasına gəlib‐gəlməməsindən asılı olmayaraq, məhkəmə qətnaməsi tam şəkildə
çıxarıldıqdan sonra növbəti gün işdə iştirak edən şəxsə göndərilir və ya məhkəməyə gələrsə
ona təqdim edilir.
105
F ə s i l 1 7
QİYABİ İCRAAT VƏ QİYABİ QƏTNAMƏ
M a d d ə 2 3 8 . Qiyabi icraatın əsasları
238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə
iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna
etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər
gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür.
238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır.
238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.
238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
M a d d ə 2 3 9 . Gəlmiş tərəfin hüququ
Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında
baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə
iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir.
106
M a d d ə 2 4 0 . Qiyabi qətnamənin yolverilməzliyi
240.1. İşə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir:
240.1.1. gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə;
240.1.2. tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin
səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə
aşkar məlum olduqda.
240.2. Bu hallarda işə baxılması təxirə salınır.
M a d d ə 2 4 1 . Qiyabi icraat qaydası
241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların
tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə
çıxarır.
241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16‐cı fəslinin müddəalarını rəhbər
tutur.
241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə
və ya iddia tələblərinin məbləği artırıla bilməz.
241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin
edir.
241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə
iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə,
cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir.
107
M a d d ə 2 4 2 . Qiyabi qətnamənin məzmunu
Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16‐cı fəslinin qaydaları ilə
müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə
vermə vaxtı və qaydası göstərilməlidir.
Maddə 243. Qiyabi qətnamənin surətinin rəsmi qaydada verilməsi
Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən
şəxslərə rəsmi qaydada verilir.
108
M a d d ə 2 4 4 . Qiyabi qətnamədən şikayət verilməsi
Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin
qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
109
M a d d ə 2 4 5 . Qiyabi qətnamənin ləğvi haqqında ərizənin məzmunu
245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir:
245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı;
245.1.2. ərizə verən şəxsin adı;
245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və
bu halları təsdiq edən sübutlar;
245.1.4. ərizə verən şəxsin xahişi;
245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı.
245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli
nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan
məhkəməyə təqdim edilir.
245.3. Ərizədən dövlət rüsumu alınmır.
M a d d ə 2 4 6 . Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina
Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən
imtina edilməsi haqqında qaydalar tətbiq edilir.
M a d d ə 2 4 7 . Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri
Məhkəmə ərizənin baxılma yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə xəbər verir və
onlara ərizənin və ərizəyə əlavə edilmiş materialların surətlərini göndərir.
M a d d ə 2 4 8 . Ərizəyə baxılması
Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu
vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri
haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane
olmur.
M a d d ə 2 4 9 . Məhkəmənin səlahiyyətləri
Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması
haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması
barədə qərardad çıxarır.
M a d d ə 2 5 0 . Qiyabi qətnamənin ləğvi üçün əsaslar
Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar
edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında
məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv
edilməlidir.
M a d d ə 2 5 1 . İşə baxılmanın təzələnməsi
110
Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim, işə mahiyyəti üzrə baxılmasını təzələyir.
Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh
gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab
edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar
ərizə vermək hüququ yoxdur.
M a d d ə 2 5 2 . Qiyabi qətnamənin qanuni qüvvəyə minməsi
Qiyabi qətnamə bu Məcəllənin 233‐cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında
qüvvəyə minir.
M a d d ə 2 5 3 . Qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından şikayət
verilməsi
253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan
apellyasiya qaydasında şikayət verə bilməz.
253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər:
253.2.1. bu Məcəllənin 241.5‐ci və 251‐ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə
qəbul edildikdə;
111
253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə;
253.2.3. ikinci qiyabi qətnamədən.
112
253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona
baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.
F ə s i l 1 8
İŞ ÜZRƏ İCRAATIN DAYANDIRILMASI
M a d d ə 2 5 4 . Məhkəmənin icraatı dayandırmaq vəzifəsi
254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:
254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, mübahisə
edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin xitamına yol
verərsə;
254.1.2. tərəf fəaliyyət qabiliyyətini itirərsə;
254.1.3. iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa
silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda;
254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati
qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;
KM1
254.1.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni
predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin
qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa.
254.1.6. məhkəmə bu məcəllənin 13.6‐cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası
Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə müraciət etdikdə.
113
254.2. Məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır.
M a d d ə 2 5 5 . Məhkəmənin icraatı dayandırmaq hüququ
255.0. Hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı
hallarda iş üzrə icraatı dayandıra bilər:
255.0.1. tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı
birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə
yetirməyə cəlb edildikdə;
255.0.2. tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda;
255.0.3. tərəf müalicə müəssisəsində olduqda;
255.0.4. bu Məcəllə ilə nəzərdə tutulan hallarda cavabdeh axtarıldıqda;
255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda;
255.0.6. xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə.
114
255.0.7. qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda.
115
M a d d ə 2 5 6 . İcraatı dayandırma müddətləri
256.0. İş üzrə icraat aşağıdakı hallarda dayandırılır:
256.0.1. bu Məcəllənin 254.1.1 və 254.1.2‐ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış
şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə
təyin edilənədək;
256.0.2. bu Məcəllənin 254.1.3‐cü və 255‐ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin
tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən
qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının
nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi
məhkəməyə təqdim edilənədək , məhkəmə tapşırıgına cavab alınanadək;
116
256.0.3. bu Məcəllənin 254.1.4‐cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı,
qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə
qərar çıxarılana qədər;
256.0.4. bu Məcəllənin 254.1.5‐ci maddəsi ilə nəzərdə tutulan halda Azərbaycan
Respublikasının Ali Məhkəməsi tərəfindən ərizəyə baxılanadək.
256.0.5. bu məcəllənin 254.1.6‐cı maddəsi ilə nəzərdə tutulan halda məhkəmə müraciəti üzrə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək.
117
M a d d ə 2 5 7 . İcraatın təzələnməsi
İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən
şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir.
M a d d ə 2 5 8 . İş üzrə icraatın dayandırılması və təzələnməsi qaydası
258.1. İş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad
çıxarır.
258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə
bilər.
F ə s i l 1 9
ƏRİZƏNİN BAXILMAMIŞ SAXLANMASI
M a d d ə 2 5 9 . Ərizənin baxılmamış saxlanmasının əsasları
259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:
259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar
(pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən
edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu
qaydanı tətbiq etmək imkanı itirilməmişsə;
259.0.2. ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə;
259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi
göstərilməyən şəxs tərəfindən imzalandıqda;
259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş
həmin və ya digər məhkəmənin icraatında varsa;
259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər
məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından
əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa;
259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə
gəlmədikdə;
259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci
çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;
259.0.8. qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit
müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka,
yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə;
259.0.9. dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində
ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə;
259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda
hüquq haqqında mübahisə olması müəyyən edilərsə;
259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin
mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə;
259.0.12. ərizə bu Məcəllənin 149‐cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən,
eləcə də bu Məcəllənin 150.0.1—150.0.3‐cü maddələrində göstərilən sənədlər əlavə edilmədən
verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə
baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.
M a d d ə 2 6 0 . Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri
260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır.
260.2. Qərardadda bu Məcəllənin 259‐cu maddəsində qeyd edilən işin baxılmasına mane
olan halların necə aradan qaldırılması göstərilməlidir.
260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi,
büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər.
260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra
maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak
etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş
verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7‐ci maddələrində
göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.
260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə
bilər.
F ə s i l 2 0
Dostları ilə paylaş: |