AZƏrbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 5.67 Kb.
PDF просмотр
səhifə12/22
tarix04.12.2016
ölçüsü5.67 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

yerin aşkar edilməsinin nəticələri 
Xəbərsiz  itkin  düşmüş  hesab  edilən və  ya  ölmüş  elan  edilən  şəxs  gəldikdə  və  ya  onun 
olduğu  yer  aşkar  edildikdə, məhkəmə  yeni  qətnamə  ilə  özünün  əvvəl  çıxarmış  olduğu 
qətnaməsini  ləğv  edir.  Bu  qətnamə  müvafiq  olaraq  əmlakın  idarə  edilməsinin  ləğvi  üçün  və 
vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi 
üçün əsasdır. 
F ə s i l   3 3  

 ŞƏXSİN MƏHDUD FƏALİYYƏT QABİLİYYƏTLİ VƏ YA FƏALİYYƏT QABİLİYYƏTİ 
OLMAYAN HESAB EDİLMƏSİ 
M a d d  ə  3 1 7 .  Ərizənin verilməsi 
317.1.  Spirtli  içkilərdən,  narkotik  vasitələrdən və  ya  psixotrop  maddələrdən  sui‐istifadə 
etməsinə  görə  şəxsin  məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilməsi  haqqında  iş  onun  ailə 
üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırıla bilər.
158 
317.2.  Məhkəmədə  psixi  qüsurlarına  görə  şəxsin  fəaliyyət  qabiliyyəti  olmayan  hesab 
edilməsi  haqqında  iş,  ailə  üzvlərinin  birgə  yaşamasından  asılı  olmayaraq,  yaxın  qohumların 
(valideynlərin,  uşaqların,  qardaş‐bacıların),  müvafiq  icra  hakimiyyəti  orqanının,  psixiatriya 
(psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 
317.3.  Şəxsin  məhdud  fəaliyyət  qabiliyyətli  və  ya  fəaliyyət  qabiliyyəti  olmayan  hesab 
edilməsi  barədə  ərizə  həmin  şəxsin  yaşayış  yeri  üzrə  məhkəməyə,  əgər  şəxs  psixiatriya 
(psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə 
verilir. 
M a d d  ə  3 1 8 .  Ərizənin məzmunu 
318.1.  Şəxsin  məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilməsi  haqqında  ərizədə  spirtli 
içkilərdən , narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui‐istifadə etməsi nəticəsində 
şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir.
159 
318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun 
nəticəsində  şəxsin  öz  hərəkətlərinin  mənasını anlaya bilməməsini və ya öz  hərəkətlərini idarə 
edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 
M a d d  ə  3 1 9 .   Şəxsin  psixi  vəziyyətini  müəyyən  etmək  üçün  ekspertizanın  təyin 
edilməsi 
Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər 
məlumat  olduqda  onun  psixi  vəziyyətini  müəyyən  etmək  üçün  məhkəmə‐psixiatriya 
ekspertizası  təyin  edir.  Fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilməsi  haqqında  iş  qaldırılmış 
şəxs  açıq  surətdə  ekspertizadan  boyun  qaçırdıqda,  məhkəmə  psixiatrın  iştirakı  ilə  məhkəmə 
iclasında  şəxsin  məcburi  olaraq  məhkəmə‐psixiatriya  ekspertizasına  göndərilməsi  haqqında 
qərardad çıxara bilər. 
M a d d  ə  3 2 0 .  Ərizəyə baxılması 
320.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti 
buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 
320.2.  Şəxsin  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilməsi  haqqında  işə  məhkəmə 
qəyyumluq  və  himayəçilik  orqanının  nümayəndəsinin  məcburi  iştirakı  ilə  baxır.  Fəaliyyət 
qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə 
iclasına çağırılır. 
320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə‐bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini 
məhdudlaşdırmaq  və  ya  şəxsi  fəaliyyət  qabiliyyətindən məhrum  etmək  üçün  vicdansız 
hərəkətlərini  müəyyən  etdikdə, məhkəmə  xərclərini  onlardan  tutur  və  yüz  on  manatadək 
cərimə edir.
160 
M a d d  ə  3 2 1 .  Məhkəmənin ərizə üzrə qətnaməsi 

321.1.  Şəxsin  məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilməsinə  dair  məhkəmə  qətnaməsi 
müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən fəaliyyət  qabiliyyəti  məhdudlaşdırılan  şəxs 
üzərində himayəçi təyin etmək üçün əsasdır. 
321.2.  Şəxsin  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilməsinə  dair  məhkəmə  qətnaməsi 
fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 
M a d d  ə  3 2 2 .   Şəxsin  fəaliyyət  qabiliyyətinin  məhdudlaşdırılmasının  ləğv  edilməsi 
və onun fəaliyyət qabiliyyətli hesab edilməsi 
322.1.  Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda 
məhkəmə  şəxsin  özünün,  onun  ailə  üzvlərinin,  himayəçinin,  müvafiq  icra  hakimiyyəti 
orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə şəxsin fəaliyyət qabiliyyətinin 
məhdudluğunun  ləğvi  barədə  qətnamə  çıxarır.  Məhkəmənin  qətnaməsi  əsasında  onun 
üzərində müəyyən edilmiş himayəçilik ləğv edilir. 
322.2.  Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda 
məhkəmə  müvafiq  icra  hakimiyyəti  orqanının,  ailə  üzvlərinin,  psixiatriya  (psixonevroloji) 
müəssisəsinin,  qəyyumluq  və  himayəçilik  orqanının  ərizəsi  üzrə, məhkəmə‐psixiatriya 
ekpertizasının  müvafiq  rəyinə  əsasən  şəxsin  fəaliyyət  qabiliyyətli  hesab  edilməsi  haqqında 
qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq 
ləğv edilir. 
F ə s i l   3 4  
DAŞINAR ƏŞYALARIN SAHİBSİZ HESAB EDİLMƏSİ VƏ DAŞINMAZ ƏŞYALAR 
ÜZƏRİNDƏ DÖVLƏTİN MÜLKİYYƏT HÜQUQUNUN TANINMASI 
M a d d  ə  3 2 3 .  Ərizənin verilməsi 
323.1.  Daşınar  əşyaların  sahibsiz  hesab  edilməsi  haqqında  ərizə  məhkəməyə  bu  əşyaya 
sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. 
323.2.  ʺPaylanmayan  poçt  göndərişlərinin  açılmasına  razılıq  alınmasına  dair  ərizə  3  (üç) 
ayda  bir  dəfədən  az  olmayaraq,  ünvan  sahibinə  və  ya  göndəriciyə  çatdırılması  mümkün 
olmayan  poçt  göndərişlərinin  içərisindəki  əşyalar,  mallar  və  pul  vəsaitlərinin  sahibsiz  hesab 
edilməsinə  dair  ərizə  isə  ʺPoçt  rabitəsi  haqqındaʺ  Azərbaycan  Respublikasının  Qanunu  ilə 
müəyyən  edilmiş  6  (altı)  aylıq  saxlama  müddəti  başa  çatdıqdan  sonra  poçt  rabitəsi  operatoru 
tərəfindən məhkəməyə verilir. 
161 
323.2. Daşınmaz əşyalar üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizə, 
dövlət  əmlakını  idarə  etməyə  vəkil  edilmiş  orqan  tərəfindən həmin  əşyanın  olduğu  yerin 
məhkəməsinə verilir. 
323.3. Dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqan daşınmaz əşya üzərində hüququn 
tanınması barədə ərizə ilə dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən həmin əşyanın 
uçota  alındığı  gündən  bir  il  ötənə  qədər məhkəməyə  müraciət  edərsə, məhkəmə  daşınmaz 
əşyalar  üzərində  dövlət  mülkiyyəti  hüququnun  tanınması  haqqında  ərizəni  qəbul  etməkdən 
imtina edir. 
M a d d  ə  3 2 4 .  Ərizənin məzmunu 
324.1.  Daşınar  əşyanın  sahibsiz  hesab  edilməsi  haqqında  ərizədə  hansı  əşyanın  sahibsiz 
hesab  edilməli  olması  göstərilməli,  onun  əsas  fərqləndirici  əlamətləri  təsvir  edilməli,  habelə 

mülkiyyətçi  tərəfindən  əşyanın  üzərində  mülkiyyət  hüququnu  saxlamaq  niyyətinin  olmaması 
və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. 
324.2.  Daşınmaz  əşya  üzərində  dövlət  mülkiyyəti  hüququnun  tanınması  haqqında  dövlət 
əmlakını idarə etməyə vəkil edilmiş orqanın ərizəsində daşınmaz əmlakın kim tərəfindən və nə 
vaxt  sahibsiz  kimi  uçota  götürüldüyü  göstərilməli,  habelə  mülkiyyətçi  tərəfindən həmin  əşya 
üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması barədə sübutlar göstərilməlidir. 
M a d d  ə  3 2 5 .  Ərizəyə baxılması 
325.1  Məhkəmə  daşınar  əşyanın  sahibsiz  hesab  edilməsi  haqqında  və  ya  daşınmaz  əşya 
üzərində  dövlət  mülkiyyəti  hüququnun  tanınması  haqqında  ərizəyə  iş  üzrə  bütün  maraqlı 
şəxslərin iştirakı ilə baxır. 
325.2.  Məhkəmə  paylanmayan  poçt  göndərişlərinin  açılmasına  razılıq  alınması  haqqında 
ərizəyə 5 (beş) iş günü ərzində baxmalıdır. 
162 
M a d d  ə  3 2 6 .  Məhkəmənin ərizə üzrə qətnaməsi 
326.1.  Məhkəmə  hesab  etsə  ki,  daşınar  əşyanın  mülkiyyətçisi  yoxdur,  yaxud  mülkiyyətçi 
tərəfindən  əşya  onun  üzərində  mülkiyyət  hüququnu  saxlama  niyyəti  olmadan  sahibsiz 
qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış 
şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. 
326.2.  Məhkəmə  paylanması  mümkün  olmayan  poçt  göndərişlərinin  açılmasına  razılıq 
verilməsinə  dair  ərizəyə  baxaraq  onu  təmin  etdikdə,  belə  razılığın  verilməsi  barədə,  ünvan 
sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan və qanunla müəyyən edilmiş 6 (altı) 
aylıq  saxlama  müddəti  başa  çatmış  poçt  göndərişinin  içərisindəki  əşyaların,  malların  və  pul 
vəsaitlərinin  sahibsiz  hesab  edilməsinə  dair  ərizəyə  baxaraq  onu  təmin  etdikdə, həmin 
əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsi barədə qətnamə çıxarır. 
163 
326.3.  Məhkəmə  daşınmaz  əşyanın  mülkiyyətçisinin  olmadığını,  yaxud  əşyanın 
mülkiyyətçisi  tərəfindən  onun  üzərində  mülkiyyət  hüququnu  saxlama  niyyəti  olmadan 
qoyulduğunu  və  müəyyən  edilmiş  qaydada  uçota  alındığını  müəyyən  edərsə,  daşınmaz 
əşyanın  sahibsiz  hesab  edilməsi  və  onun  üzərində  dövlət  mülkiyyəti  hüququnun  tanınması 
barədə qətnamə çıxarır. 
F ə s i l   3 5  
İTİRİLMİŞ SƏNƏDLƏR ÜZRƏ ONLARI TƏQDİM EDƏN ŞƏXSİN HÜQUQLARININ 
BƏRPA EDİLMƏSİ (ÇAĞIRIŞ İCRAATI) 
M a d d  ə  3 2 7 .  Ərizənin verilməsi 
327.1.  Adsız  qiymətli  kağızı  və  ya  orderli  qiymətli  kağızı  (bundan  sonra—sənəd)  itirmiş 
şəxs, qanunda göstərilmiş hallarda, itirilmiş sənədin etibarsız hesab edilməsi və həmin sənədlər 
üzrə hüquqların bərpa edilməsini məhkəmədən xahiş edə bilər. Sənəd üzrə hüquqlar, həmçinin 
onun  lazımi  qaydada  saxlanılmaması  nəticəsində  və  ya  digər səbəbdən sənədin  ödəmə 
qabiliyyətini göstərən əlamətlər itirildikdə, bərpa edilə bilər. 
327.2. İtirilmiş adsız sənədin etibarsız hesab edilməsi haqqında ərizə sənədi vermiş idarənin 
(şəxsin) olduğu yerin məhkəməsinə verilir. 

M a d d  ə  3 2 8 .  Ərizənin məzmunu 
Ərizədə  itirilmiş  sənədin  fərqləndirici  əlamətləri,  sənədi  vermiş  idarənin  (şəxsin)  adı 
göstərilməli, habelə sənədin itirildiyi şərait şərh edilməlidir. 
M a d d  ə  3 2 9 .  Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri 
329.1.  Hakim  sənədin  itirilməsi  haqqında  ərizəni  qəbul  etdikdən  sonra,  sənəd  üzrə  vəsait 
ödəməni  və  ya  verməni  sənədi  vermiş  idarəyə  (şəxsə)  qadağan  etmək,  habelə  ərizəçinin 
hesabına mətbuatda elan vermək barədə qərardad çıxarır və qərardadın surətini sənədi vermiş 
idarəyə (şəxsə), qeydiyyat siyahısını saxlayana, qeydiyyatı aparana göndərir. 
329.2. Qərardadda elanın məzmununa dair aşağıdakılar göstərilməlidir: 
329.2.1. sənədin itirilməsi haqqında ərizənin daxil olduğu məhkəmənin adı; 
329.2.2. ərizə vermiş şəxs və onun ünvanı; 
329.2.3. sənədin adı və fərqləndirici əlamətləri; 
329.2.4. itirilməsi barədə müraciət edilmiş sənədə dair elan verilən gündən 3 ay müddətində 
həmin sənədə dair öz hüquqları haqqında məhkəməyə ərizə verməyin sənədi saxlayana təklif 
edilməsi. 
329.3. Qərardad çıxarmaqdan imtina etməkdən xüsusi şikayət verilə bilər. 
M a d d  ə  3 3 0 .  Sənədi saxlayanın ərizəsi 
İtirilməsi  haqqında  ərizə  verilmiş  sənədi  saxlayan,  elan  verilən  gündən  3  ay  müddətində 
qərardad çıxarmış məhkəməyə, sənədə dair öz hüquqları haqqında ərizə verməli və bu zaman 
sənədin əslini təqdim etməlidir. 
M a d d  ə  3 3 1 .  Sənədi saxlayandan ərizə daxil olduqdan sonra hakimin hərəkəti 
331.1. Elan verilən gündən 3 aylıq müddət qurtarana qədər məhkəməyə sənədi saxlayandan 
ərizə  daxil  olduqda,  məhkəmə  sənədi  itirmiş  şəxsin  ərizəsini  baxılmamış  saxlayır  və  sənədi 
vermiş idarə (şəxs) tərəfindən sənəd üzrə ödəmə və verməni müəyyən müddətdə qadağan edir. 
331.2.  Hakim  eyni  zamanda  ərizəçiyə  həmin  sənədi  saxlayana  qarşı həmin  sənədi  tələb 
etmək  barədə  ümumi  qaydada  iddia  vermək  hüququnu,  sənədi  saxlayana  isə—hakimin 
qadağanedici tədbirlərlə vurulmuş zərəri onun ərizəçidən almaq hüququnu izah edir. 
331.3.  Bu  Məcəllənin  331.1‐ci  və  331.2‐ci  maddələrində  göstərilən məsələlər  üzrə 
məhkəmənin qərardadından xüsusi şikayət verilə bilər.
164 
M a d d  ə  3 3 2 .  İtirilmiş sənədin etibarsız hesab edilməsi haqqında ərizəyə baxılması 
Hakim  itirilmiş  sənədin  etibarsız  hesab  edilməsi  haqqında  işə, sənədi  saxlayanın  bu 
Məcəllənin 330‐cu maddəsində göstərilmiş ərizəsi daxil olmazsa, elanın dərc edildiyi gündən 3 
ay keçdikdən sonra baxır. 
M a d d  ə  3 3 3 .  Ərizə üzrə məhkəmənin qətnaməsi 
Məhkəmə  ərizəçinin  xahişini  təmin  etdikdə,  itirilmiş  sənədi  etibarsız  hesab  edən qətnamə 
çıxarır. Bu qətnamə ərizəçiyə əmanətin və ya etibarsız hesab edilən sənədin əvəzində yenisini 
vermək üçün əsasdır. 

M a d d  ə  3 3 4 .  Sənədi saxlayanın əmlakı əsassız əldə etmə barədə iddia təqdim etmək 
hüququ 
Sənədi saxlayan həmin sənəd üzrə  öz  hüquqları haqqında  hər hansı səbəbə görə vaxtında 
məlumat verməmişsə, sənədin  etibarsız  hesab edilməsi haqqında məhkəmə qətnaməsi qanuni 
qüvvəyə  mindikdən  sonra  itirilmiş  sənədin  əvəzində  yeni  sənəd  almaq  hüququ  verilən  şəxsə 
əmlakın əsassız əldə edilməsi və saxlanması haqqında iddia verə bilər. 
F ə s i l   3 6  
ŞƏXSİN PSİXİATRİYA STASİONARINA MƏCBURİ YERLƏŞDİRİLMƏSİ BARƏDƏ 
İŞLƏR ÜZRƏ İCRAAT 
M a d d  ə  3 3 5 .  Ərizənin verilməsi 
335.1.  Şəxsin  psixiatriya  stasionarına  məcburi  yerləşdirilməsi  barədə  ərizə  ailə  üzvləri, 
qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer 
üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. 
335.2.  Ərizədə  şəxsin  psixiatriya  stasionarına  məcburi  yerləşdirilməsinə  aid  qanunla 
nəzərdə tutulmuş əsaslar göstərilməlidir. 
335.3.  Psixiatriya  müəssisəsinin  rəhbərliyi  tərəfindən  ərizə  verildikdə,  ərizəyə  həkim‐
psixiatr komissiyasının əsaslandırılmış rəyi də əlavə edilməlidir. 
M a d d  ə  3 3 6 .  Ərizənin verilmə müddəti 
336.1.  Şəxs  psixiatriya  stasionarında  yerləşdirildikdə  onun  məcburi  yerləşdirilməsi  barədə 
ərizə şəxsin psixiatriya stasionarına yerləşdirildiyi andan 48 saat ərzində verilməlidir. 
336.2.  Hakim  ərizəni  qəbul  etdikdə,  eyni  zamanda  şəxsin  psixiatriya  stasionarında 
saxlanılmasını işə məhkəmədə baxılmalı olduğu müddətə kimi uzadır. 
M a d d  ə  3 3 7 .  Ərizəyə baxılması 
337.1.  Şəxsin  psixiatriya  stasionarına  məcburi  yerləşdirilməsi  barədə  ərizəyə  hakim  iş 
başlanılan  vaxtdan  5  gün  ərzində  baxmalıdır.  İşə  baxıldıqda  onun  psixi  vəziyyəti  məhkəmə 
iclasında iştirak etməyə imkan verirsə, barəsində işə baxılan şəxs məhkəmə iclasında iştirak edə 
bilər. 
337.2.  Ərizəyə  baxılmasında  təşəbbüsü  ilə  iş  başlanmış  psixiatriya  müəssisəsi 
nümayəndəsinin  və  həmin  müəssisədə  yerləşdirilməsi  haqqında  məsələ  həll  olunan  şəxsin 
nümayəndəsinin iştirakı məcburidir. 
337.3. Məhkəmə iclası psixiatriya müəssisəsinin binasında keçirilə bilər. 
M a d d  ə  3 3 8 .  Ərizə üzrə məhkəmənin qətnaməsi 
338.1.  İşə  mahiyyəti  üzrə  baxan  hakim  ərizənin  rədd  edilməsi  və  yaxud  təmin  edilməsi 
barədə qətnamə qəbul edir. 
338.2.  Ərizənin  təmin  edilməsi  barədə  qətnamə  şəxsin  psixiatriya  stasionarına  məcburi 
yerləşdirilməsi  və  sonradan,  qanunla  müəyyən  edilən  müddətə,  orada  saxlanılması  üçün 
əsasdır. 
M a d d  ə  3 3 8  ‐ 1 .   Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi müddətinin 
uzadılması 

Şəxsin  psixiatriya  stasionarına  məcburi  yerləşdirilməsi  müddətinin  uzadılması  həkim‐
psixiatriya  komissiyasının  rəyi  əsasında  müalicəni  həyata  keçirən  psixiatriya  müəssisəsinin 
müdiriyyətinin  vəsatəti  ilə  müəssisənin  yerləşdiyi  yer  üzrə  məhkəmə  tərəfindən həyata 
keçirilir. 
165 
F ə s i l   3 7  
VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI QEYDİYYATININ DÜZGÜN OLMAMASININ  
MÜƏYYƏN EDİLMƏSİ 
M a d d  ə  3 3 9 .  Ərizənin verilməsi 
339.1.  Müvafiq  icra  hakimiyyəti  orqanları  hüquq  haqqında  mübahisə  olmadıqda,  edilmiş 
qeydə  düzəliş  və  ya  dəyişikliklər  etməkdən  imtina  etdikdə  hakim  vətəndaşlıq  vəziyyəti 
aktlarının  qeydiyyatı  kitablarında  (akt  kitablarında)  qeydlərin  düzgün  olmamasının  müəyyən 
edilməsi haqqında işlərə baxır. 
339.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının 
müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 
M a d d  ə  3 4 0 .  Ərizənin məzmunu 
Ərizədə  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı  kitablarında  qeydlərin  düzgün 
olmamasının  nədən  ibarət  olması,  nə  vaxt  və  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət 
qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir.
166 
M a d d  ə  3 4 1 .  Ərizə üzrə məhkəmənin qətnaməsi 
Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı  kitablarında  qeydin  düzgün  olmamasını 
müəyyən  edən məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  müvafiq  icra  hakimiyyəti 
orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 
F ə s i l   3 8  
NOTARİAT HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏMİN HƏRƏKƏTLƏRİN  
APARILMASINDAN İMTİNAYA DAİR ŞİKAYƏTLƏR  
M a d d  ə  3 4 2 .  Şikayətin verilməsi 
342.1. Maraqlı şəxs aparılmış notariat hərəkətlərini və ya notariat hərəkətlərini aparmaqdan 
imtinanı  düzgün  hesab  etmədikdə,  notariusun  və  ya  notariat  əməliyyatını  yerinə  yetirən 
orqanın yerləşdiyi yerin məhkəməsinə bu barədə şikayət vermək hüququna malikdir. 
342.2.  Vəsiyyətnamə  və  etibarnamələrin  qanunvericilikdə  sadalanan  vəzifəli  şəxslər 
tərəfindən düzgün təsdiq edilməməsinə və ya onları təsdiq  etməkdən imtina olunmasına dair 
şikayətlər  müvafiq  surətdə  xəstəxananın,  digər  stasionar  müalicə‐profilaktika  müəssisəsinin, 
sanatoriyanın,  qocalar  əlillər və  ya  sağlamlıq  imkanları  məhdud  uşaqlar  evinin,  xüsusi  təhsil 
müəssisəsinin,  ekspedisiyanın,  qospitalın,  hərbi  təlim  müəssisəsinin,  hərbi  hissənin, 
birləşmənin, idarənin, təşkilatın, azadlıqdan məhrumetmə yerinin olduğu yer üzrə məhkəməyə 
verilir. 
167 
342.3. Azərbaycan Respublikasının Bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər 
gəmisinin  kapitanının  vəsiyyətnaməni  düzgün  təsdiq  etməməsindən və  ya  onu təsdiq 

etməkdən  imtina  etməsindən  şikayətlər gəminin  qeydiyyatda  olduğu  limanın  yerləşdiyi  yer 
üzrə məhkəməyə verilir. 
342.4.  Məhkəməyə  şikayət,  notariat  hərəkəti  və  ya  bu  cür  hərəkəti  yerinə  yetirməkdən 
imtina edilməsi ərizəçiyə məlum olan gündən hesablanmaqla, 10 gün müddətində verilir. 
342.5. Aparılmış notariat hərəkəti əsasında hüquq barədə maraqlı şəxslər arasında yaranmış 
mübahisəyə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılır. 
M a d d  ə  3 4 3 .  Şikayətə baxılması 
Şikayətə  ərizəçinin  və  ya  hərəkətindən  şikayət  verilən  notariusun  və  ya  orqanın 
nümayəndəsinin  iştirakı  ilə  məhkəmə  tərəfindən  baxılır,  lakin  onların  gəlməməsi  işin  həll 
edilməsinə mane olmur. 
M a d d  ə  3 4 4 .  Şikayət üzrə məhkəmənin qətnaməsi 
Ərizəçinin şikayətini təmin edən məhkəmə qətnaməsi aparılmış notariat əməliyyatını ləğv 
edir və ya bu cür əməliyyatın yerinə yetirilməsini tapşırır. 
F ə s i l   3 9  
UŞAĞIN ÖVLADLIĞA GÖTÜRÜLMƏSİ 
M a d d  ə  3 4 5 .  Ərizənin verilməsi 
Uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) 
tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. 
Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaq  əcnəbilər və  ya  vətəndaşlığı  olmayan 
şəxslər tərəfindən  övladlığa  götürüldüyü  zaman  ərizə  uşağın  yaşadığı  (olduğu)  yer  üzrə 
məhkəməyə aşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən və ya onların müraciəti 
əsasında akkreditə edilmiş orqan tərəfindən verilir.
168 
M a d d  ə  3 4 6 .  Ərizənin məzmunu 
346.0. Uşağın övladlığa götürülməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir: 
346.0.1.  övladlığa  götürənlərin  (götürənin)  soyadı,  adı,  atasının  adı,  doğulduğu  il,  yaşayış 
yeri, məşğuliyyət növü; 
346.0.2. övladlığa götürülən uşağın soyadı, adı, atasının adı, onun yaşayış yeri (olduğu yer), 
valideynləri barədə məlumat, qardaş və bacılarının olub‐olmaması; 
346.0.3. uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişini 
əsaslandıran hallar, bu halları təsdiq edən sübutlar; 
346.0.4.  övladlığa  götürülən uşağın  soyadının,  adının,  atasının  adının,  onun  doğulduğu 
tarixin  (1  yaşınadək uşaqlar  övladlığa  götürüldükdə) dəyişdirilməsi,  övladlığa  götürənlərin 
(götürənin)  valideynlər  (valideyn)  kimi  uşağın  doğulması  haqqında  akt  qeydində  yazılması 
barədə xahiş. 
M a d d  ə  3 4 7 .  Ərizəyə əlavə edilən sənədlər 
347.1. Övladlığa götürmə barədə ərizəyə aşağıdakılar əlavə olunmalıdır: 
347.1.1.  uşaq  nikahda  olmayan  şəxs  tərəfindən  övladlığa  götürüldükdə—övladlığa 
götürənin doğum haqqında şəhadətnaməsinin surəti; 

347.1.2.  uşaq  nikahda  olan  şəxslər (şəxs)  tərəfindən  övladlığa  götürüldükdə—övladlığa 
götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti; 
347.1.3.  uşaq  ər‐arvaddan  biri  tərəfindən  övladlığa  götürüldükdə—digərinin  razılığı və  ya 
ər‐arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını 
təsdiq  edən sənəd.  Müvafiq  sənədi  ərizəyə  əlavə  etmək  mümkün  olmadıqda  ərizədə  həmin 
faktları təsdiq edən sübutlar göstərilməlidir; 
347.1.4. övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy; 
347.1.5. övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən 
arayış və ya gəlirlər haqqında digər sənəd; 
347.1.6.  yaşayış  yerindən  istifadə  etmək  hüququnu  və  ya  yaşayış  yerinə  mülkiyyət 
hüququnu təsdiq edən sənəd. 
347.2.  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşağın  əcnəbilər və  ya  vətəndaşlığı 
olmayan  şəxslər tərəfindən  övladlığa  götürülməsi  haqqında  ərizəyə  bu  Məcəllənin  347.1.1— 
347.1.6‐cı maddələrində göstərilən sənədlər, müvafiq icra hakimiyyəti orqanının razılığı  habelə 
övladlığa  götürənlərin  vətəndaşları  olduqları  dövlətin  (uşaq  vətəndaşlığı  olmayan  şəxslər 
tərəfindən  övladlığa  götürüldükdə  həmin  şəxslərin  daimi  yaşayış  yeri  olan  dövlətin) 
səlahiyyətli  orqanının  onların  həyat  şəraiti  və  övladlığa  götürmək  imkanları  barədə  rəyi, 
müvafiq  dövlətin  səlahiyyətli  orqanının  övladlığa  götürülən uşağın  onun  ərazisinə  gəlməsinə 
və orada yaşamasına icazəsi əlavə olunur.
1   ...   8   9   10   11   12   13   14   15   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə