AZƏrbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ MÜNDƏRİcat


məsuliyyət haqqında şahidə xəbərdarlıq



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə8/22
tarix04.12.2016
ölçüsü5,67 Kb.
#787
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

məsuliyyət haqqında şahidə xəbərdarlıq etmək 
194.1. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və 
vəzifələrini  izah  edir,  ifadə  verməkdən  qanunsuz  imtina  etməyə  və  bilə‐bilə  yalan  ifadələr 
verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin 
ona  izah  edilməsi  haqqında  şahiddən  iltizam  alınır.  İltizam  məhkəmə  iclasının  protokoluna 
əlavə edilir. 
194.2.  Sədrlik  edən  qanunvericiliklə  cinayət məsuliyyətinə  cəlb  olunmaq  üçün  müəyyən 
olunmuş  yaş  həddinə  çatmamış  şahidə  iş  üzrə  ona  məlum  olan  hər  şeyi  düzgün  danışmaq 
vəzifəsini izah edir, lakin ifadə verməkdən imtina etməyə və bilə‐bilə yalan ifadə verməyə görə 
məsuliyyət barədə ona xəbərdarlıq edilmir. 
M a d d  ə  1 9 5 .  Şahidi dindirmə qaydası 
195.1. Hər bir şahid ayrılıqda dindirilir. 
195.2. Sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və 
işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. 
195.3.  Bundan  sonra  şahidə  suallar  verilə  bilər.  Şahidə  birinci  olaraq,  tələbi  ilə  onu 
çağırtdıran  şəxs  və  onun  nümayəndəsi,  sonra  isə  işdə  iştirak  edən  digər  şəxslər və  onların 
nümayəndələri suallar verir. 
195.4. Hakim şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. 
195.5. Məhkəmə, zəruri halda, həmin və ya sonrakı iclasda şahidi ikinci dəfə dindirə, habelə 
şahidlərin ifadələri arasında olan ziddiyyətləri aydınlaşdırmaq üçün onları üzləşdirə bilər. 
195.6.  Məhkəmə  icazə  vermədiyi  hallar  istisna  edilməklə,  dindirilmiş  şahid  işin 
araşdırılması qurtarana qədər iclas zalında qalır. 

M a d d  ə  1 9 6 .  Şahidin yazılı materiallardan istifadə etməsi 
Şahid  ifadələr  verərkən,  bu  ifadələr hər  hansı  hesablamalarla  və  ya  yadda  çətin  saxlanıla 
bilən digər məlumatlarla əlaqədar olduqda, yazılı qeydlərdən istifadə edə bilər. Bu materiallar 
məhkəməyə  və  iştirak  edən  şəxslərə  təqdim  edilir  və  məhkəmənin  qərardadı  üzrə  işə  əlavə 
edilə bilər. 
M a d d  ə  1 9 7 .  Yetkinlik yaşına çatmamış şahidin dindirilməsi 
197.1. On dörd yaşına qədər olan şahidin və məhkəmənin mülahizəsi ilə on dörd yaşından 
on  altı  yaşına  qədər  olan  şahidlərin  dindirilməsi  təhsil  aldığı  müəssisənin  nümayəndəsinin 
iştirakı  ilə  aparılır.  Zəruri  halda  məhkəməyə  yetkinlik  yaşına  çatmamış  şahidin  valideynləri, 
övladlığa  götürənlər,  qəyyum  və  ya  himayəçi  də  çağırılır.  Göstərilən  şəxslər sədrlik  edənin 
icazəsi  ilə  şahidə  suallar  verə,  habelə  şahidin  şəxsiyyətinə,  verdiyi  ifadənin  məzmununa 
münasibətdə öz mülahizələrini söyləyə bilərlər. 
197.2.  Müstəsna  hallarda  işin  hallarını  müəyyən  etmək zərurəti olduqda,  işdə  iştirak  edən 
bu və ya digər şəxs, habelə iclas zalında olan hər hansı bir şəxs yetkinlik yaşına çatmamış şahid 
dindirilərkən məhkəmənin  qərardadı ilə məhkəmə iclası zalından çıxarıla  bilər.  İclas  zalından 
çıxarılmış  işdə  iştirak  edən  şəxs  iclas  zalına  qayıtdıqdan  sonra  ona  yetkinlik  yaşına  çatmamış 
şahidin  ifadəsinin  məzmunu  bildirilməli  və  onun  şahidə  suallar  verməsinə  imkan 
yaradılmalıdır. 
M a d d  ə  1 9 8 .  Şahid ifadələrinin elan edilməsi 
Bu  Məcəllənin  83,  85,  105.2  və  189‐cu  maddələri  ilə  nəzərdə  tutulan  qaydada  toplanmış 
şahid ifadələri məhkəmə iclasında elan edilir. Bundan sonra işdə iştirak edən şəxslər bu ifadələr 
üzrə izahatlar verməyə haqlıdırlar. 
M a d d  ə  1 9 9 .  Yazılı sübutların tədqiq edilməsi 
Bu Məcəllənin 83, 85‐ci maddələri, 167.1.11‐ci maddəsi ilə nəzərdə tutulmuş qaydada tərtib 
edilmiş  yazılı  sübutlar  və  ya  onların  müayinə  protokolları  məhkəmə  iclasında  elan  edilir  və 
işdə  iştirak  edən  şəxslərə,  nümayəndələrə, zəruri  hallarda  isə  ekspertlərə,  mütəxəssislərə  və 
şahidlərə təqdim edilir. İşdə iştirak edən şəxslər bundan sonra izahat verə bilərlər. 
M a d d  ə  2 0 0 .  Şəxsi yazışmaların və teleqraf məlumatlarının elan edilməsi 
Şəxsi  yazışmaların  və  teleqraf  məlumatlarının  gizliliyini  qorumaq  məqsədi  ilə  bu 
yazışmalar  və  məlumatlar  ancaq  ünvanlanan  şəxsin  razılığı  ilə  məhkəmə  tərəfindən  elan  və 
tədqiq edilə bilər. 
M a d d  ə  2 0 1 .  Maddi sübutların tədqiq edilməsi 
201.1.  Maddi  sübutlar  məhkəmə  tərəfindən  müayinə  edilir  və  işdə  iştirak  edən  şəxslərə, 
nümayəndələrə, zəruri hallarda isə ekspertlər, mütəxəssislər və şahidlərə təqdim olunur. 
201.2. Maddi sübutların təqdim edildiyi şəxslər məhkəmənin diqqətini müayinə ilə əlaqədar 
olan bu və ya başqa hallara cəlb edə bilərlər. Bu təkliflər məhkəmə iclasının protokoluna yazılır. 
201.3.  Maddi  sübutların  müayinəsinin  protokolları  məhkəmə  iclasında  elan  olunur  və 
bundan sonra işdə iştirak edən şəxslər izahat verə bilər. 
M a d d  ə  2 0 2 .  Yerində müayinə 

202.1.  Məhkəməyə  gətirilə  bilməyən və  ya  gətirilməsi  çətin  olan  maddi  və  yazılı  sübutlar, 
olduqları  və  ya  saxlandıqları  yerdə  müayinə  və  tədqiq  edilir.  Məhkəmə,  yerində  müayinə 
aparılması haqqında qərardad çıxarır. 
202.2. İşdə iştirak edən şəxslər və nümayəndələr yerində müayinənin vaxtı və yeri haqqında 
xəbərdar  edilirlər,  lakin  onların  gəlməməsi  müayinənin  aparılmasına  mane  olmur.  Zəruri 
hallarda ekspertlər, mütəxəssislər və şahidlər də çağırılır. 
202.3. Müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib 
olunmuş  və  yoxlanılmış  planlar,  sxemlər,  çertyojlar,  hesablamalar,  sənədlərin  surətləri, 
müayinə  zamanı  çəkilmiş  videoyazılar,  yazılı  və  maddi  sübutların  fotoşəkilləri,  habelə 
ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola əlavə edilir. 
M a d d  ə  2 0 3 .  Səsyazma və videoyazının səsləndirilməsi və tədqiqi 
203.1.  Şəxsi  məlumat  xarakterli  səsyazma  və  videoyazının  səslənməsi,  habelə  onların 
tədqiqinə bu Məcəllənin 200‐cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. 
203.2. Səsyazma və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə 
iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq 
qurulmuş  başqa  otaqda  səsləndirilə  bilər.  Bundan  sonra  məhkəmə  işdə  iştirak  edən  şəxslərin 
izahatlarını dinləyir. 
203.3. Zəruri hallarda səsyazma və videoyazı təkrarən tam və ya qismən səsləndirilə bilər. 
203.4. Səsyazmalar və videoyazmalar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq 
üçün mütəxəssis cəlb edilə bilər. 
Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər. 
M a d d  ə  2 0 4 .  Sübutun saxtalığı barədə ərizə 
204.1. İşdə olan sübutun saxtalığı barədə məlumat verildikdə, həmin sübutu təqdim etmiş 
şəxs  onu  sübutlar  içərisindən  çıxarmağı və  işi  başqa  sübutlara  əsasən həll  etməyi  xahiş  edə 
bilər. 
204.2.  Məhkəmə  sübutun  saxtalığını  yoxlamaq  üçün  ekspertiza  təyin  edə  bilər,  habelə 
tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər. 
M a d d  ə  2 0 5 .  Ekspert rəyinin tədqiqi 
205.1.  Ekspertin  rəyi  məhkəmə  iclasında  elan  edilir.  Ekspertin  rəyini  aydınlaşdırmaq  və 
tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun 
nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri 
suallar  verirlər.  Məhkəmənin  təşəbbüsü  ilə  təyin  olunmuş  ekspertə  birinci  olaraq  iddiaçı  və 
onun nümayəndəsi suallar verir. 
205.2. Hakim ekspertin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. 
M a d d  ə  2 0 6 .  Əlavə və təkrar ekspertiza təyini 
206.1.  Ekspertin  rəyi  məhkəmə  iclasında  tədqiq  edilir  və  digər  sübutlarla  birgə 
qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə 
məhkəmənin  razılaşmaması  iş  üzrə  qətnamədə,  yaxud  əlavə  və  ya  təkrar  ekspertiza  təyini 
haqqında qərardadda əsaslandırılmalıdır. 
206.2. Əlavə və təkrar ekspertiza bu Məcəllənin 102‐ci maddəsində nəzərdə tutulan hallarda 
təyin edilir. 

M a d d  ə  2 0 7 .  Mütəxəssisin məsləhəti 
207.1.  Zəruri  hallarda  yazılı  və  ya  maddi  sübutları  müayinə  edərkən,  səsyazmaları 
dinləyərkən,  videoyazılara  baxarkən,  ekspertiza  təyin  edərkən,  şahidləri  dindirərkən, 
sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək 
göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, 
əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. 
207.2.  Mütəxəssisin  yazılı  formada  verdiyi  məsləhət məhkəmə  iclasında  elan  edilir  və  işə 
əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. 
207.3.  Məsləhəti  aydınlaşdırmaq  və  tamamlamaq  məqsədi  ilə  mütəxəssisə  suallar  verilə 
bilər.  Mütəxəssisin  cəlb  olunması  barədə  vəsatət  vermiş  şəxs  və  onun  nümayəndəsi  birinci 
olaraq,  sonra  isə  işdə  iştirak  edən  digər  şəxslər və  onların  nümayəndələri  suallar  verirlər. 
Məhkəmənin  təşəbbüsü  ilə  cəlb  olunmuş  mütəxəssisə  birinci  olaraq  iddiaçı  və  onun 
nümayəndəsi suallar verirlər. 
207.4. Hakim mütəxəssisin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. 
M a d d  ə  2 0 8 .  Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri 
Məhkəmə  tərəfindən işdə  iştirak  etməyə  buraxılmış  dövlət  orqanları  və  yerli  özünüidarə 
orqanlarının  rəyləri  bu  Məcəllənin  60‐cı  maddəsinə  müvafiq  olaraq  məhkəmə  iclasında  elan 
edilir. 
Hakim,  habelə  işdə  iştirak  edən  şəxslər və  nümayəndələr rəyi  aydınlaşdırmaq  və 
tamamlamaq üçün həmin orqanın nümayəndəsinə suallar verə bilərlər. 
M a d d  ə  2 0 9 .  İşə mahiyyəti üzrə baxmağın qurtarması 
209.1. Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslərdən və 
onların  nümayəndələrindən  onların  məhkəmə  tədqiqatının  materiallarını  daha  nə  ilə 
tamamlamağı  arzu  etdiklərini  soruşur.  Bu  cür  vəsatətlər  olmadıqda,  sədrlik  edən iş  üzrə 
halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir. 
209.2.  İşdə  iştirak  edən  şəxslər məhkəmə  iclasında  onlara  məlum  olmuş  yeni  faktlarla 
əlaqədar  şərhlər və  əlavə  sübutlar  təqdim  etmək  üçün  işə  baxılmasını  növbəti  iclasa 
keçirilməsini xahiş edə bilərlər. Belə halda bu Məcəllənin 188‐ci maddəsi tətbiq edilir. 
209.3. İşə mahiyyəti üzrə baxılmasının  qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər 
tərəfindən  onlara  məlum  olan  hallar  və  sübutlar  təqdim  olunmamışsa,  işə  mahiyyəti  üzrə 
baxılmasının  qurtardığı  elan  edildikdən  sonra  heç  kəs məhkəmə  iclasında  araşdırılmamış 
hallara və sübutlara istinad etməyə haqlı deyildir. 
M a d d  ə  2 1 0 .  Məhkəmə çıxışları 
210.1.  Məhkəmə  çıxışları  işdə  iştirak  edən  şəxslərin,  onların  nümayəndələrinin  və 
vəkillərinin nitqlərindən ibarətdir. 
210.2.  Əvvəlcə  iddiaçı  və  onun  nümayəndəsi,  sonra  cavabdeh  və  onun  nümayəndəsi  çıxış 
edir. Artıq başlanmış prosesdə mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü 
şəxs  və  onun  nümayəndəsi  tərəflərdən və  onların  nümayəndələrindən  sonra  çıxış  edir. 
Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi, 
tərəfində üçüncü şəxsin işdə iştirak etdiyi iddiaçıdan, yaxud cavabdehdən sonra çıxış edir. İşdə 
iştirak edən şəxslərin vəkilləri də həmin ardıcıllıqla çıxış edirlər. 

210.3.  Digər  şəxslərin  qanunla  qorunan  hüquq  və  mənafelərinin  müdafiəsi  üçün 
məhkəməyə  müraciət  etmiş  dövlət  orqanının  və  yerli  özünüidarə  orqanının  nümayəndələri 
məhkəmə çıxışlarında birinci çıxış edirlər. 
M a d d  ə  2 1 1 .  Replikalar 
Çıxışların  bütün  iştirakçılarının  nitqlərindən  sonra  onlar  nitqlərdə  deyilənlərlə  əlaqədar 
olaraq çıxış edə bilərlər. Son replika hüququ cavabdehə və onun nümayəndəsinə məxsusdur. 
M a d d  ə  2 1 2 .  Mahiyyəti üzrə işə baxılmasının təzələnməsi 
Məhkəmə  çıxışları  zamanı  və  bundan  sonra,  məhkəmə  iş  üçün  əhəmiyyətli  olan  yeni 
halların aydınlaşdırılmasını və ya yeni sübutları tədqiq etməyi zəruri hesab edərsə, o, protokola 
yazılan  mahiyyəti  üzrə  işə  baxmağın  təzələnməsi  barədə  qərardad  çıxarır.  Mahiyyəti  üzrə  işə 
baxılması qurtardıqdan sonra məhkəmə çıxışları ümumi qaydada olur. 
M a d d  ə  2 1 3 .  Hakimin qətnamə çıxarılması üçün müşavirə otağına getməsi 
İclas  zalında  iştirak  edənlərə  elan  etməklə  hakim,  məhkəmə  çıxışlarından  sonra  qətnamə 
çıxarmaq üçün müşavirə otağına gedir. 
M a d d  ə  2 1 4 .  Qətnamənin elan edilməsi 
214.1.  Qətnaməni  qəbul  etdikdən və  imzaladıqdan  sonra  hakim  məhkəmə  iclası  zalına 
qayıdır,  qətnaməni  elan  edir,  qətnamənin  məzmununu,  ondan  şikayət  etmə  qaydası  və 
müddətini izah edir. 
214.2. Qətnamə işdə iştirak edən şəxslərin bilmədiyi dildə tərtib edildikdə, həmin qətnamə 
onlara məhkəmə iclasında iştirak edən tərcüməçinin iştirakı ilə onların doğma dilində və yaxud 
onların bildikləri dildə oxunmalıdır. 
214.3. Mürəkkəb işlər üzrə hakim ancaq qətnamənin nəticə hissəsini elan edə bilər. 
214.4.  Qətnamənin  elan  edilmiş  nəticə  hissəsi  yazılı  formada  tərtib  edilməli,  hakim  və  ya 
hakimlər tərəfindən  imzalanmalı  və  işə  əlavə  edilməlidir.  Qətnamənin  nəticə  hissəsi  elan 
edildikdən  sonra  sədrlik  edən işdə  iştirak  edən  şəxslərə  və  nümayəndələrə  qətnamənin  tam 
mətni ilə tanış olmanın vaxtını bildirməlidir. 
M a d d  ə  2 1 5 .  Qətnamənin elan edilməsinin təxirə salınması 
Müstəsna  hallarda  xüsusilə  mürəkkəb işlər  üzrə  qətnamə  qəbul  edildikdə,  hakim 
qətnaməni  və  yaxud  onun  nəticə  hissəsini  məhkəmə  baxışı  qurtardıqdan  sonra  3  gündən  gec 
olmayaraq elan edə bilər. 
F ə s i l   1 6  
MƏHKƏMƏNİN QƏTNAMƏSİ 
M a d d  ə  2 1 6 .  Qətnamənin çıxarılması və elan edilməsi 
88 
216.1.  İşi  mahiyyəti  üzrə  həll  edən  birinci  instansiya  məhkəməsinin  aktı  qətnamə 
formasında çıxarılır. 
216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. 

216.3.  Qətnamə  məhkəmə  iclasında  işə  baxıldıqdan  sonra  hakimlərin  ayrıca  müşavirə 
otağında çıxarılır. İşə kollegial formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur. 
Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim, yaxud məhkəmə ola 
bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir. 
216.4. Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər. 
M a d d  ə  2 1 7 .  Qətnamənin qanuniliyi və əsaslılığı 
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 
217.2.  Qətnamə  mübahisəli  hüquq  münasibətinin  yarandığı  zaman  qüvvədə  olan  maddi 
hüquq  normalarına  və  işin  baxılması  zamanı  qüvvədə  olan  prosessual  hüquq  normalarına 
uyğun çıxarılmalıdır.
89 
217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə 
uyğun əsaslandırılmalıdır. 
217.4.  Məhkəmə  (hakim)  öz  qətnaməsini  yalnız  məhkəmə  iclasında  tədqiq  olunmuş 
sübutlarla əsaslandırır. 
M a d d  ə  2 1 8 .  Qətnamə çıxarıldıqda həll edilən məsələlər 
218.1.  Qətnamə  çıxarıldıqda  hakim  sübutları  qiymətləndirir,  iş  üçün  əhəmiyyətli  olan  nə 
kimi  halların  müəyyən  edildiyini,  nə  kimi  halların  müəyyən  edilmədiyini,  tərəflərin  hansı 
hüquqi  münasibətdə  olmalarını,  həmin  iş  üzrə  hansı  qanunun  tətbiq  edilməli  olduğunu  və 
iddianın təmin olunub‐olunmadığını müəyyən edir. 
218.2. Hakim, işə əhəmiyyəti olan yeni halları aydınlaşdırmağı və ya əlavə sübutları tədqiq 
etməyi  zəruri  hesab  edərsə, məhkəmə  iclasının  təzələnməsi  haqqında  qərardad  çıxarır.  İşə  
mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. 
218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim 
qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 
M a d d  ə  2 1 9 .  Qətnamənin tərtib olunması 
219.1.  Qətnamə  sədrlik  edən və  yaxud  işə  kollegial  qaydada  baxıldıqda,  hakimlərin  biri 
tərəfindən yazılı surətdə tərtib edilir. 
219.2. Məhkəmənin qətnaməsi təkbaşına işə baxdıqda hakim, kollegial qaydada baxıldıqda 
isə bütün hakimlər tərəfindən imzalanır. 
219.3. Qətnamədə düzəlişlər hakimlərin, yaxud hakimin imzası ilə təsdiq edilməlidir. 
M a d d  ə  2 2 0 .  Qətnamənin məzmunu 
220.1. Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. 
220.2. Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. 
220.3.  Qətnamənin  giriş  hissəsində  onun  çıxarılma  vaxtı  və  yeri,  qətnamə  çıxaran 
məhkəmənin  adı,  hakim,  məhkəmə  iclası  katibi,  tərəflər,  işdə  iştirak  edən  digər  şəxslər və 
nümayəndələr, mübahisənin predmeti və ya irəli sürülən tələb göstərilməlidir. 
Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və 
işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir. 
220.4.  Qətnamənin  əsaslandırıcı  hissəsində  işin  məhkəmə  tərəfindən  müəyyən  edilən 
halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər 

sübutları  və  iclasda  iştirak  edən  şəxslərin  istinad  etdiyi  qanun  və  hüquqi  aktları  rədd  etmək 
üçün  gətirdiyi  dəlillər,  habelə  məhkəmənin  qətnamə  çıxararkən rəhbər  tutduğu  qanunlar  və 
normativ‐hüquqi  aktlar  göstərilməlidir.  Cavabdeh  tərəfindən  iddia  tələbi  etiraf  edildikdə 
qətnamənin  əsaslandırıcı  hissəsində  yalnız  iddianın  etiraf  edilməsi  və  onun  məhkəmə 
tərəfindən qəbul edilməsi göstərilə bilər. 
220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd 
edilməsi  haqqında  məhkəmənin  hansı  nəticəyə  gəldiyi,  məhkəmə  xərclərinin  bölüşdürülməsi, 
qətnamədən  şikayət  vermə  müddəti  və  qaydası  göstərilməlidir;  işə  qiyabi  baxıldığı  halda 
qətnamənin  nəticə  hissəsində  cavabdehin  qətnamənin  ləğvi  üçün  ərizə  vermə  qaydası  da  əks 
olunmalıdır. 
220.6.  Məhkəmə  qətnamənin  icra  qaydası  və  müddətini  müəyyən  etdiyi  və  qətnaməni 
dərhal icraya yönəltdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, 
bunu qətnamənin nəticə hissəsində göstərməlidir. 
90 
M a d d  ə  2 2 1 .   Dövlət  orqanlarının  yerli  özünüidarə  orqanlarının,  sair  orqan  və 
təşkilatların,  vəzifəli  şəxslərin  qərarlarının  və  hərəkətlərinin  (hərəkətsizliyinin)  qanunsuz 
hesab edilməsinə dair məhkəmə qətnaməsi 
221.1.  Dövlət  orqanının,  yerli  özünüidarə  orqanının,  sair  orqan  və  təşkilatın  və  ya  vəzifəli 
şəxsin  aktının  etibarsız  hesab  edilməsi  haqqında  qətnamənin  nəticə  hissəsində  aşağıdakılar 
göstərilməlidir: 
221.1.1. həmin aktın adı, sıra sayı, qəbul olunma tarixi, aktın digər zəruri rekvizitləri və onu 
verən orqan barədə məlumatlar; 
221.1.2. aktın tam və ya qismən etibarsız hesab edilməsi, habelə həmin aktın qəbul edildiyi 
andan etibarsız olması barədə göstəriş. 
221.2. Dövlət qeydiyyatından imtinanın və ya belə qeydiyyatın aparılmasından yayınmanın 
qanunsuz hesab edilməsi barədə tələbi təmin edərkən məhkəmə qətnamənin nəticə hissəsində 
müvafiq dövlət orqanının üzərinə həmin qeydiyyatın aparılması vəzifəsini qoyur. 
221.3.  Normativ  aktı  və  ya  onun  haqqında  verilmiş  məlumatı  qanunsuz  hesab  edən 
məhkəmə  qətnaməsi  normativ  aktın  nəşr  olunduğu  kütləvi  informasiya  vasitəsində  və  ya 
məhkəmənin belə qətnaməni dərc etməyi zəruri saydığı kütləvi informasiya vasitələrində nəşr 
edilməlidir. 
M a d d  ə  2 2 2 .  Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə 
222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak 
qətnamə  icra  olunan  vaxt  mövcud  olmasa,  cavabdehdən  alınmalı  əmlakın  dəyərini,  habelə 
alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin 
cavabdehin  bankdakı  hansı  hesabından  silinməli  olmasını  qətnamənin  nəticə  hissəsində 
göstərir. 
222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan 
və  dəbbə  pulunu  (cərimə,  penya)  ayrı‐ayrılıqda  müəyyən  etməklə,  alınmalı  olan  ümumi 
məbləği qətnamədə göstərir. 
M a d d  ə  2 2 3 .  Cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə 
223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən 
hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində 
kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 

223.2.  Cavabdeh  müəyyən  edilmiş  vaxt  ərzində  qətnaməni  icra  etməsə, məhkəmə  zəruri 
hesab  etdikdə  iddiaçının  cavabdehdən zəruri  xərcləri  almaqla,  həmin  hərəkətləri  cavabdehin 
hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. 
223.3. Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra 
edilmə müddətini qətnamədə göstərir. 
M a d d  ə  2 2 4 .  İcra  və  ya  digər sənədlərin  icra  edilməməli  hesab  olunmasına  dair 
qətnamə 
Notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) 
qaydada  həyata  keçirilən  icra  və  ya  digər sənədlərin  icra  edilməməli  hesab  olunmasına  dair 
mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra 
sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. 
M a d d  ə  2 2 5 .  Müqavilənin bağlanması və dəyişdirilməsi haqqında qətnamə 
Müqavilənin  bağlanması  və  dəyişdirilməsi  zamanı  yaranan  mübahisələr  üzrə  qətnamənin 
nəticə hissəsində müqavilənin hər bir mübahisəli şərti üzrə qərar göstərilməlidir, müqavilənin 
bağlanmasını  məcbur  edən  mübahisə  üzrə  isə  tərəflərin  bağlamağa  borclu  olduqları 
müqavilənin şərtləri göstərilir. 
M a d d  ə  2 2 6 .   Bir  neçə  iddiaçının  xeyrinə  və  ya  bir  neçə  cavabdehə  qarşı  çıxarılan 
Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin