məzmunu
435.1. Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizədə aşağıdakılar
göstərilməlidir:
435.1.1. mübahisə edilən aktın dəqiq göstərilməsi;
435.1.2. ərizə vermək üçün qanuni əsasın qeyd edilməsi;
435.1.3. ərizənin verilməsi üçün qanuni müddətlərə əməl olunması barədə məlumatlar və
bunun üçün sübut vasitələrinin göstərilməsi;
435.1.4. qəbul edilmiş aktın ləğv edilməsi barədə motivlər.
435.2. Ərizəyə onun əsaslandığı sənədlərin əsli, yaxud surətləri və bu Məcəllənin 432‐ci
maddəsində göstərilən sənədlər əlavə olunur.
M a d d ə 4 3 6 . Ərizə vermək üçün müddətin hesablanması
436.1. Ərizə vermək üçün müddət aşağıdakı qaydada hesablanır:
436.1.1. bu Məcəllənin 432.2.1‐ci maddəsi ilə nəzərdə tutulan hallarda iş üçün mühüm
əhəmiyyəti olan hallar açıldığı gündən;
436.1.2. bu Məcəllənin 432.2.2 və 432.2.3‐cü maddələri ilə nəzərdə tutulan hallarda cinayət
işi üzrə hökmün qanuni qüvvəyə mindiyi gündən;
436.1.3. bu Məcəllənin 432.2.4‐cü maddəsi ilə nəzərdə tutulan hallarda—məhkəmə
hökmünün, qətnaməsinin, qərardadının, qərarının qanuni qüvvəyə mindiyi gündən və ya
dövlət orqanı, yaxud digər orqan tərəfindən öz məzmununa görə yenidən baxılan qətnamə,
qərardad və ya qərarın əsaslandığı hökmə, qətnaməyə, qərardada və ya qərara zidd olan
qərarın çıxarıldığı gündən.
436.2. Bu Məcəllənin 432‐ci maddəsində nəzərdə tutulan hallar aşkar edildiyi gündən 3 il
keçdikdən sonra bu barədə ərizəyə baxılmır.
M a d d ə 4 3 7 . Ərizəyə baxılması
437.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu yeni açılmış hallar üzrə
məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə məhkəmə iclasında baxır. Ərizəçi və işdə
iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin
onların gəlməməsi ərizəyə baxılmasına mane olmur.
437.2. Ərizəyə və işə bu Məcəllənin 44‐cü fəslində müəyyən olunmuş qaydada baxılır.
M a d d ə 4 3 8 . İşə yenidən baxmaq haqqında qərardad
438.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu yeni açılmış hallar üzrə
qətnaməyə, qərardada və ya qərara baxdıqda ya ərizəni təmin edib məhkəmə aktlarını ləğv
edir, ya da yenidən baxmağı rədd edir.
438.2. Məhkəmə aktları ləğv edildikdə, iş bu Məcəllənin 3 və 4‐cü fəsillərinə uyğun olaraq
aidiyyəti üzrə məhkəməyə göndərilir və bu Məcəllə ilə müəyyən olunmuş qaydalar üzrə
məhkəmə tərəfindən yenidən baxılır.
DÖRDÜNCÜ BÖLMƏ
XARİCİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT
F ə s i l 4 6
MƏHKƏMƏLƏRİN BEYNƏLXALQ SƏLAHİYYƏTLƏRİ
M a d d ə 4 3 9 . Xarici şəxslərin prosessual hüquqları
439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq
təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquq və qanunla
qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət
etmək hüququ vardır.
439.2. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər
prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar.
M a d d ə 4 4 0 . Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat
440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və iqtisadi mübahisələr üzrə
beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici
şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer
olsun.
440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər
qanunlara uyğun olaraq həyata keçirilir.
440.3. Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları
üzrə xüsusi məhdudiyyətlərə yol verən dövlətlərdən olan xarici şəxslərə münasibətdə
Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri müəyyən edilə bilər.
M a d d ə 4 4 1 . Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların prosessual
hüquq və fəaliyyət qabiliyyəti
441.1. Əcnəbilərin prosessual hüquq və fəaliyyət qabiliyyəti vətəndaşı olduqları dövlətin
qanunları ilə müəyyən edilir.
441.2 Əcnəbinin bir neçə vətəndaşlığı olduqda onun prosessual hüquq və fəaliyyət
qabiliyyəti onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə müəyyən edilir.
441.3. Vətəndaşlığı olmayan şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyəti həmin şəxsin
daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin
qanunları ilə müəyyən edilir.
441.4. Qaçqınların prosessual hüquq və fəaliyyət qabiliyyəti onların sığınacaq tapdıqları
dövlətin qanunları ilə müəyyən edilir.
M a d d ə 4 4 2 . Xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların prosessual hüquq
və fəaliyyət qabiliyyəti
442.1. Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici
dövlətin qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik
olmayan xarici hüquqi şəxs
Azərbaycan Respublikasının ərazisində Azərbaycan
Respublikasının qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər.
442.2. Beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı beynəlxalq
müqavilə, onun təsis sənədləri və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə
bağlanmış sazişlə müəyyən edilir.
M a d d ə 4 4 3 . Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası
məhkəmələrinin səlahiyyəti
443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı
işlərə baxmağa haqlıdır:
443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan
Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;
443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan
Respublikasının ərazisində olduqda;
443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda;
443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan
Respublikasının ərazisində yaşayış yerinə malik olduqda;
443.0.5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın
ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının
ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə
malik olduqda;
443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin
verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş
verdikdə;
443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata
keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;
443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli
gəldikdə;
443.0.9. nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə
malik olduqda və ya ər‐arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı
olduqda;
443.0.10. şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan
Respublikasında yaşayış yerinə malik olduqda;
443.0.11. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında
olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri.
M a d d ə 4 4 4 . Müstəsna səlahiyyət
444.0. Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar
daxildir:
444.0.1. daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya
girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan
Respublikasının ərazisindədirsə;
444.0.2. hüquqi şəxsin həqiqiliyinin və ya qeyri‐həqiqiliyinin tanınması və hüquqi şəxsin
buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi iddialarına dair işlər, əgər hüquqi şəxsin
Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa;
444.0.3. patent, marka və ya digər hüquqların həqiqiliyinin tanınması iddialarına dair işlər,
əgər bu hüquqların qeydə alınması və ya onların qeydə alınması üçün ərizələrin verilməsi
Azərbaycan Respublikasında olmuşdursa;
444.0.4. məhkəmə baxışı zamanı məcburi icra tədbirləri barədə qəbul edilmiş qətnamə
Azərbaycan Respublikasında irəli sürülmüş və yaxud həyata keçirilmişsə;
444.0.5. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər;
444.0.6. əgər ər‐arvadın hər ikisinin Azərbaycan Respublikasında yaşayış yerləri vardırsa,
Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər
arasında nikahın pozulmasına dair işlər.
M a d d ə 4 4 5 . Xüsusi icraat işləri
445.0. Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda
baxırlar:
445.0.1. barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ
qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan
Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa;
445.0.2. barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan
şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının
ərazisində adətən yerləşdiyi yerə malik olduqda;
445.0.3. barəsində sahibsiz hesab etmə haqqında ərizə verilən əşya Azərbaycan
Respublikasının ərazisində olduqda;
445.0.4. barəsində itirilmiş hesab edilməsi haqqında və üzərindəki müvafiq hüquqların
bərpa edilməsi (çağırış icraatı) haqqında ərizə verilmiş qiymətli kağız Azərbaycan
Respublikasının ərazisində yaşayan və ya olan fiziki və ya hüquqi şəxs tərəfindən verildikdə;
445.0.5. barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq
vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları
tərəfindən həyata keçirildikdə;
445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan
Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə.
M a d d ə 4 4 6 . Nikah münasibətlərindən əmələ gələn işlər
446.0. Nikah münasibətlərindən əmələ gələn
məhkəmə işlərində Azərbaycan
Respublikasının məhkəmələri aşağıdakı hallarda beynəlxalq səlahiyyətə malikdirlər:
446.0.1. əgər ər‐arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah
bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa;
446.0.2. əgər iddia verilmiş ər və yaxud arvadın Azərbaycan Respublikasında adətən
olduğu yeri vardırsa;
446.0.3. Azərbaycan Respublikasına gəldiyi vaxtdan ər‐arvaddan biri vətəndaşlığı olmayan
şəxsdirsə.
M a d d ə 4 4 7 . Valideynlərlə uşaqlar arasında işlər
Şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində
Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki,
tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan
Respublikasında adətən olduğu yeri olsun.
M a d d ə 4 4 8 . Övladlığa götürmə
Məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o zaman müstəsna
səlahiyyətə malik olurlar ki, övladlığa götürən ər‐arvaddan biri və ya uşaq Azərbaycan
Respublikasının vətəndaşı olsun və ya onların Azərbaycan Respublikasında adətən olduğu yer
olsun.
M a d d ə 4 4 9 . Qəyyumluq, himayəçilik
449.1. Qəyyumluq və ya himayəçiliklə əlaqədar tapşırıqları icra etdikdə Azərbaycan
Respublikasının məhkəmələri o hallarda beynəlxalq səlahiyyətə malik olurlar ki, himayəçiliyə,
qəyyumluğa verilən və yaxud uşaq Azərbaycan Respublikasının vətəndaşı olsun, yaxud da
onların Azərbaycan Respublikasında adətən yaşayış yerləri olsun.
449.2. Əgər himayəçiliyə, qəyyumluğa verilənin və yaxud uşağın Azərbaycan Respublikası
məhkəmələrinin himayəçiliyinə ehtiyacları varsa, Azərbaycan Respublikası məhkəmələri bu
barədə beynəlxalq səlahiyyətə malikdirlər.
M a d d ə 4 5 0 . Müqavilə aidiyyəti
450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli
olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq
səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
450.2. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer
varsa, tərəflər bu Məcəllənin 450.1‐ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin
beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.
M a d d ə 4 5 1 . İşə baxılması yerinin dəyişməzliyi
Azərbaycan Respublikası məhkəməsi tərəfindən səlahiyyət qaydalarına əməl edilməklə
icraata qəbul edilmiş iş, sonradan tərəflərin vətəndaşlığının, yaşayış yerinin və ya adətən
yerləşdiyi yerin dəyişməsi ilə əlaqədar və ya digər hallarda başqa dövlətin məhkəməsinə aid
olsa da, mahiyyəti üzrə həll edilir.
M a d d ə 4 5 2 . Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə
mübahisələrə xarici məhkəmələr tərəfindən baxılmasının prosessual nəticələri
452.1. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə dair
xarici dövlətin məhkəmələri tərəfindən qətnamə çıxarılıbsa, Azərbaycan Respublikasının
məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya iş üzrə icraata xitam verir.
452.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair
xarici dövlətin məhkəməsində əvvəllər qaldırılmış iş olarsa və qərar Azərbaycan Respublikası
ərazisində tanınmalı və ya icra edilməlidirsə, Azərbaycan Respublikasının məhkəməsi
baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya ərizəni baxılmamış saxlayır.
452.3. Əgər xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən və ya qəbul ediləcək
qətnamə Azərbaycan Respublikasının ərazisində tanınmalı və ya icra olunmalı deyildirsə və
yaxud iş Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətlərinə aiddirsə, bu
Məcəllənin 452.1 və 452.2‐ci maddələrinin nəticələri yaranmır.
M a d d ə 4 5 3 . Diplomatik missiyanın üzvləri
Azərbaycan Respublikasında yaradılan diplomatik missiyaların üzvləri, onların ailə üzvləri
və onların fərdi ev işçiləri diplomatik münasibətlər barəsində 18 aprel 1961‐ci il tarixli Vyana
Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər.
Bu, həmçinin dövlətlərin həmin Konvensiyanın iştirakçıları olmadığı hallara da aid edilir.
M a d d ə 4 5 4 . Konsulluq nümayəndəliklərinin üzvləri
Azərbaycan Respublikasında yaradılmış konsulluq nümayəndəliklərinin üzvləri,
konsulluğun seçilmiş qulluqçuları da daxil olmaqla konsulluq münasibətləri barəsində 24 aprel
1963‐cü il tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə
məsuliyyətindən azad edilirlər. Bu, həmçinin onların dövlətlərinin həmin məsuliyyət barədəki
müqavilənin iştirakçıları olmadığı hallara da aid edilir.
M a d d ə 4 5 5 . Digər toxunulmazlıq
Azərbaycan Respublikasının mülki məhkəmə məsuliyyəti xidməti dəvət üzrə Azərbaycan
Respublikasında olan digər dövlətlərin nümayəndələrinə və onların müşayiətçilərinə şamil
edilmir.
M a d d ə 4 5 6 . Məhkəmə tapşırıqları
456.1. Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan Respublikasının qanunları ilə
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrilə müəyyən edilmiş
qaydada xarici məhkəmələrin ayrı‐ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə
tapşırıqlarını icra edirlər (bildirişlərin və başqa sənədlərin verilməsi, tərəflərdən izahatlar,
şahidlərdən ifadələr, ekspertlərdən rəy alınması, yerində müayinə aparılması və s.).
456.2. Aşağıdakı hallarda tapşırıqlar icra edilməməlidir:
456.2.1. əgər tapşırığın yerinə yetirilməsi Azərbaycan Respublikasının suverenliyinə və
onun qanunvericiliyinin ümumi prinsiplərinə ziddirsə;
456.2.2. əgər tapşırığın yerinə yetirilməsi məhkəmənin səlahiyyətinə aid deyildirsə.
456.3. Xarici_məhkəmələrin_qətnamələrinin_tanınması_və_icra_edilməsi'>Xarici_dövlətlərin_orqanları_tərəfindən_verilmiş_sənədlərin_tanınması'>Xarici məhkəmələrin ayrı‐ayrı prosessual tapşırıqlarının yerinə yetirilməsi,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda müəyyən
edilməyibsə, bu Məcəllədə müəyyən edilmiş qaydalarla icra edilir.
456.4. Azərbaycan Respublikasının məhkəmələri xarici ölkələrin məhkəmələrinə ayrı‐ayrı
prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqla müraciət edə bilər.
456.5. Əgər, lazım olan hərəkətləri Azərbaycan Respublikasının diplomatik və ya konsul
nümayəndələri edə bilərlərsə, bu barədə onlara müraciət edilə bilər.
456.6. Azərbaycan Respublikası məhkəmələri ilə xarici məhkəmələr arasındakı
münasibətlər Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının
beynəlxalq müqavilələri ilə müəyyən edilir.
M a d d ə 4 5 7 . Xarici dövlətlərin orqanları tərəfindən verilmiş sənədlərin tanınması
Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya
hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin
səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər
qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa
qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra
Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir.
M a d d ə 4 5 8 . Xarici məhkəmələrin qətnamələrinin tanınması və icra edilməsi
458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu
hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.
458.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa
qaydalar nəzərdə tutulmamışdırsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və
qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
458.3. Xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il
müddətində məcburi qaydada icraya yönəldilə bilər.
M a d d ə 4 5 9 . Xarici məhkəmələrin icrası tələb olunmayan qətnamələrin tanınması
459.0. Xarici məhkəmələrin öz xarakterinə görə icrası tələb olunmayan aşağıdakı
qətnamələri Azərbaycan Respublikasında tanınır:
459.0.1. məhkəmənin qətnamə çıxardığı dövlətin vətəndaşlarının şəxsi statusuna toxunan
qətnamələr;
459.0.2. nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər‐arvaddan biri Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının
vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə
qətnamələr;
459.0.3. nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər‐arvadın hər ikisi
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan
Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə
qətnamələr.
M a d d ə 4 6 0 . Başqa dövlətlərə çatdırılma
460.1. Başqa dövlətlərə korrespondensiyanın çatdırılması hüquqi yardım göstərilməsi
barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə əsasən həyata keçirilir.
460.2. Çatdırılma hüquqi yardım göstərilməsini xahiş edən orqan tərəfindən təsdiq olunur.
460.3. Əgər korrespondensiyaların çatdırılması hüquqi yardım göstərilməsi barədə
müqavilə olmayan başqa dövlətdə həyata keçirilməlidirsə, məlumat onun çatdırılmasını təsdiq
edən bildirişin verilməsi şərti ilə sifarişli məktubla göndərilir. Bu halda çatdırılmanın təsdiqi
üçün məktubu çatdırmış poçt bölməsinin beynəlxalq hüquqa müvafiq olan təsdiq barədə
arayışını təqdim etmək kifayətdir.
M a d d ə 4 6 1 . Nümayəndə təyin etmə hüququ
461.1. Tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu
yeri, yaxud ofisi vardırsa və onun Azərbaycan Respublikasında yaşayan nümayəndəsi
yoxdursa, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə bilər.
461.2. Məhkəmə bu Məcəllənin 461.1‐ci maddəsində göstərilən tərəfə təyin olunmuş vaxtda
məhkəmə baxışında onun və ya səlahiyyətli nümayəndəsinin iştirakı barədə hüquqlarını
sifarişli məktubla izah edir.
461.3. Əgər tərəf bu vaxt ərzində səlahiyyətli nümayəndə təyin etməmişsə, onda sifarişli
məktubun poçta verildiyi gündən 1 ay müddətində onun çatdırılması barədə bildiriş təqdim
edilməsə də məktub çatdırılmış hesab olunur.
461.4. Bu Məcəllənin 461.1‐ 461.3‐cü maddələri üzrə əmələ gələ bilən şərait və nəticələr
barədə tərəflərə məlumat verilməlidir.
236
F ə s i l 4 7
AZƏRBAYCAN RESPUBLİKASINDA XARİCİ MƏHKƏMƏLƏRİN VƏ ARBİTRAJLARIN
QƏTNAMƏLƏRİNİN İCRASI VƏ TANINMASI. ÜMUMİ QAYDALAR
M a d d ə 4 6 2 . Xarici dövlətlərin məhkəmə və arbitrajlarının qətnamələrinin icrası və
Dostları ilə paylaş: |