AZƏrbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə17/22
tarix04.12.2016
ölçüsü5,67 Kb.
#787
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   22

tanınması 
Xarici 
dövlətlərin 
məhkəmələrinin 
və 
arbitrajlarının 
qətnamələri 
Azərbaycan 
Respublikasının  qanunvericiliyinə,  hüquq  qaydasına  zidd  deyildirsə  və  qarşılıqlı 
təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. 
M a d d  ə  4 6 3 .  Əsas qaydalar 
Xarici  dövlətlərin  məhkəmələrinin  və  arbitrajlarının  qətnamələri  dedikdə,  mülki  işlər və 
iqtisadi  mübahisələr  üzrə  qətnamələr,  cinayət işləri  üzrə  hökmlərin  cinayət nəticəsində 
vurulmuş  ziyanın  ödənilməsi  barədə  hissələri,  arbitraj  məhkəmələrinin  qətnamələri,  habelə 
xarici dövlətlərin digər aktları başa düşülür. 
M a d d  ə  4 6 4 .   Xarici  dövlətlərin  məhkəmə  və  arbitraj  qətnamələrinin  icrası  və 
tanınması barədə ərizələrə baxan məhkəmə 
Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması 
və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. 
M a d d  ə  4 6 5 .   Xarici  dövlətlərin  məhkəmələrinin  və  arbitrajlarının  qətnamələrini 
məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi 
465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina 
edilməsinə yol verilir: 
465.1.1.  işə  baxılması  Azərbaycan  Respublikası  məhkəməsinin  müstəsna  səlahiyyətinə 
aiddirsə; 
465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona 
verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa; 

465.1.3.  eyni  tərəflər  arasında,  eyni  predmetə  dair  və  eyni  əsaslar  üzrə  Azərbaycan 
Respublikası  məhkəmələrinin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  varsa  və  ya  digər  dövlətin 
məhkəməsində  iş  qaldırılmazdan  əvvəl  Azərbaycan  Respublikası  məhkəmələrinin  icraatında 
eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa; 
465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni 
qüvvəyə minməmişsə; 
465.1.5.  qətnamənin  icrası  Azərbaycan  Respublikası  qanunvericiliyinin  əsas  prinsipləri  və 
suverenliyi ilə ziddiyyət təşkil edirsə; 
465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 
465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni 
predmet  barədə  və  eyni  əsaslarla  olan  mübahisə  barədə  iş  başlanmışdırsa,  məhkəmə 
qətnamənin  məcburi  icrası  və  tanınması  barədə  ərizəyə  baxılmasını  dayandırır.  Qətnamənin 
məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam 
verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır. 
F ə s i l   4 8  
XARİCİ DÖVLƏTİN MƏHKƏMƏ QƏTNAMƏLƏRİNİN MƏCBURİ İCRASI 
M a d d  ə  4 6 6 .  Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizə 
466.0.  Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  məcburi  icrası  barədə  ərizəyə  aşağıdakılar 
əlavə edilir: 
466.0.1.  xarici  dövlətin  məhkəmə  qətnaməsinin  qanuni  qüvvəyə  minməsini  təsdiq  edən, 
üzərində  qeydiyyat  aparılmış  surəti,  zərərinə  qətnamə  çıxarılmış  və  məhkəmə  prosesində 
iştirak  etməyən tərəfin  işə  baxılması  barədə  vaxtında  və  lazımi  qaydada  xəbərdar  edilməsini 
təsdiq edən sənəd; 
466.0.2. sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri. 
M a d d  ə  4 6 7 .  Ərizəyə baxılması 
467.1.  Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  tanınması  və  məcburi  icrası  barədə  ərizəyə 
işdə  iştirak  edən  şəxslərə  ərizəyə  baxılmasının  vaxtı  və  yeri  barədə  xəbər  verilməklə  açıq 
məhkəmə iclasında baxılır. 
467.2.  Bildiriş  vərəqəsinin  ona  verilməsi  barədə  məhkəmədə  məlumat  olarsa,  işdə  iştirak 
edən şəxsin üzürlü səbəblər olmadan məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane olmur. 
Əgər işdə  iştirak  edən  şəxs  ərizəyə  baxılmasının  başqa  vaxta  keçirilməsi  barədə  xahişlə 
məhkəməyə  müraciət  edərsə  və  həmin  xahiş  məhkəmə  tərəfindən  üzürlü  hesab  edilərsə, 
məhkəmə işə baxılmasını başqa vaxta keçirir və borclunu yeni məhkəmə baxışının vaxtı barədə 
xəbərdar edir. 
467.3.  Ərizəyə  baxılarkən məhkəmə  xarici  dövlətin  məhkəmə  qətnaməsini  tanımaqdan  və 
icra etməkdən imtina etdikdə bu Məcəllənin 465‐ci maddəsi ilə nəzərdə tutulan əsasların olub‐
olmamasını yoxlayır. 
467.4.  Məhkəmə  ərizə  üzrə  xarici  dövlətin  məhkəmə  qətnaməsinin  məcburi  icrası  və  ya 
bundan imtina edilməsi barədə qərardad çıxarır. 
M a d d  ə  4 6 8 .  Qətnamənin icrası 

468.1. Xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 
qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, 
məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə icra vərəqəsi verilir. 
468.2.  Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  məcburi  qaydada  icra  edilməsi  barədə 
hərəkətlər  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən qətnamənin  icrasını  həyata 
keçirən orqanlar tərəfindən edilir. 
F ə s i l   4 9  
XARİCİ DÖVLƏT MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN TANINMASI 
M a d d  ə  4 6 9 .  Ümumi qaydalar 
Xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs 
tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. 
M a d d  ə  4 7 0 .  Ailə işləri üzrə qətnamə qəbul edilməsinin məcburiliyi 
470.1.  Əgər  xarici  dövlətin  məhkəmə  qətnaməsi  ilə  nikah  pozulmuşsa,  etibarlı  və  yaxud 
etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının 
Ali  Məhkəməsi  tərəfindən  tanınması  tələb  olunur.  Bu  halda  tanınma  xarici  dövlətin  qarşılıqlı 
təminatından asılı deyildir. 
470.2.  Əgər  ər‐arvadın  hər  ikisi  qətnamə  qəbul  edilən  zaman  nikahı  pozan  orqanın  aid 
olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur. 
M a d d  ə  4 7 1 .  Tanınmaya qarşı etiraz 
İşdə  iştirak  edən  şəxs,  xarici  dövlətin  məhkəmə  qətnaməsinin  daxil  olmasını  bildiyi  1  ay 
müddətində  bu  qətnamənin  tanınmasına  etiraz  barədə  Azərbaycan  Respublikasının  Ali 
Məhkəməsinə müraciət edə bilər. 
M a d d  ə  4 7 2 .  Etiraza baxılma 
472.1.  Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  tanınmasına  qarşı işdə  iştirak  edən  şəxsin 
etirazına işdə iştirak edən şəxslərə bu Məcəllədə göstərilən qaydada bildirməklə açıq məhkəmə 
iclasında baxılır. 
472.2. Məhkəmə bildirişinin ona rəsmi qaydada verilməsi məhkəməyə məlum olduqda, işdə 
iştirak  edən  şəxsin  üzürsüz  səbəbdən məhkəməyə  gəlməməsi  etiraza  baxılmasına  mane 
olmur.
237 
472.3.  Əgər  şəxs  etiraza  baxılması  vaxtının  başqa  vaxta  keçirilməsinə  dair  məhkəməyə 
müraciət edərsə və bu xahiş məhkəmə tərəfindən üzürlü hesab edilərsə, onda məhkəmə baxışı 
başqa vaxta keçirir və bu barədə işdə iştirak edən şəxslərə bildirir. 
472.4. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı etiraza baxılanda məhkəmə 
qərardad çıxarır. 
M a d d  ə  4 7 3 .  Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsi 
473.1. Məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının 
rədd  edilməsinə  bu  Məcəllənin  465‐ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  olduqda  yol 
verilir. 

473.2.  Qərardadın  surəti  onun  çıxarıldığı  gündən  3  gün  müddətində  xarici  dövlətin 
məhkəmə  qətnaməsinin  çıxarılması  barədə  ərizə  vermiş  şəxsə  və  ya  onun  nümayəndəsinə  və 
qətnamənin tanınmasına qarşı etiraz etmiş şəxsə göndərilir. 
F ə s i l   5 0  
XARİCİ DÖVLƏTİN ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN 
İCRASI VƏ TANINMASI 
M a d d  ə  4 7 4 .  Ümumi qaydalar 
Bu  bölmənin  maddələri  həmçinin,  xarici  dövlətlərin  arbitraj  məhkəmələrinin 
qətnamələrinin icra edilməsi və ya tanınması barədə qətnamələrə də tətbiq edilir. 
M a d d  ə  4 7 5 .  Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin icra edilməsi və 
ya tanınması barədə ərizə 
Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin icrasını və tanınmasını bildirən hüquqi 
və  fiziki  şəxs,  arbitraj  qətnaməsinin  əslini  və  ya  onun  təsdiq  edilmiş  surətini,  habelə  arbitraj 
sazişinin  əslini  və  ya  onun  surətini  təqdim  etməyə  borcludurlar.  Əgər  arbitraj  məhkəməsinin 
qətnaməsi və ya saziş xarici dildədirsə, tərəflər bu sənədlərin təsdiq edilmiş, Azərbaycan dilinə 
tərcüməsini təqdim etməlidirlər. 
M a d d  ə  4 7 6 .   Xarici  dövlətin  arbitraj  məhkəməsinin  qətnaməsini  məcburi  icra 
etməkdən və ya tanımaqdan imtina 
476.0.  Xarici  dövlətin  arbitraj  məhkəməsinin  qətnaməsinin  məcburi  icra  edilməsi  və 
tanınmasından şəxsə aşağıdakı hallarda imtina edilə bilər: 
476.0.1.  işdə  iştirak  edən  şəxsin  əleyhinə  yönəldilən  arbitraj  məhkəməsi  qətnaməsinin 
məcburi  icrası  və  ya  tanınması  haqqında  ərizəsinə  baxan  məhkəməyə  o,  aşağıdakı  sübutları 
təqdim edərsə: 
476.0.1.1.  arbitraj  sazişində  iştirak  edən tərəflərdən  biri  bu  və  ya  digər dərəcədə  fəaliyyət 
qabiliyyəti olmayan olmuş, yaxud bu sazişə əsasən tərəflərin tabe olduğu qanuna görə, sazişdə 
belə  müddəa  olmadıqda  isə  qətnamə  çıxarılan  ölkənin  qanununa  görə  etibarsız  hesab 
edilmişdir; 
476.0.1.2.  əleyhinə  qətnamə  çıxarılmış  tərəf  arbitrin  və  ya  arbitraj  baxışının  təyin  edilməsi 
vaxtı  haqqında  lazımi  qaydada  xəbərdar  edilməmiş  və  ya  başqa  səbəblərdən  öz  izahatını 
təqdim edə bilməmişdir; 
470.0.1.3.  qətnamə  arbitraj  sazişində  nəzərdə  tutulmayan  və  ya  onun  şərtlərinə  uyğun 
gəlməyən  mübahisə  üzrə  çıxarıldıqda,  yaxud  arbitraj  sazişinin  hədlərindən kənara  çıxan 
məsələlər üzrə bəndlərə malik olduqda; lakin əgər arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə 
bəndlər bu Saziş ilə əhatə olunmayan məsələlərdən ayrıla bilərsə, onda arbitraj sazişi ilə əhatə 
olunan məsələlər üzrə bəndləri olan qətnamənin hissəsi tanına və icraya yönəldilə bilər; 
476.0.1.4. münsiflər məhkəməsinin tərkibi və ya arbitraj qaydaları tərəflərin razılığına və ya 
bunların olmaması arbitrajın olduğu ölkənin qanununa uyğun gəlmirsə; 
476.0.1.5.  qətnamə  tərəflər  üçün  hələ  məcburi  deyildirsə  və  ya  ləğv  edilmişsə,  yaxud 
qanunları  əsasında  çıxarıldığı  ölkənin  məhkəməsi  tərəfindən ləğv  edilmişsə  və  ya  icrası 
dayandırılmışsa; 

476.0.2. əgər arbitraj məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi və tanınması barədə 
ərizəyə  baxan  məhkəmə  müəyyən  etsə  ki,  mübahisənin  obyekti  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə  əsasən  arbitraj  baxışının  predmeti  ola  bilməz,  yaxud  arbitraj  məhkəməsinin 
qətnaməsinin  icraya  yönəldilməsi  və  tanınması  Azərbaycan  Respublikasının  suverenliyinə  və 
ya qanunvericiliyin əsas prinsiplərinə ziddir. 
M a d d  ə  4 7 7 .  Münsiflər məhkəməsinin qətnaməsi 
Xarici  münsiflər məhkəməsi  qətnaməsinin  icra  edilməsi  və  tanınması  üçün  bu  Məcəllənin 
maddələri  müvafiq  olaraq  tətbiq  edilə  bilər.  Bundan  əlavə,  BMT‐nin  1958‐ci  il  10  iyun  tarixli 
xarici  münsiflər məhkəməsinin  qətnaməsinin  tanınması  və  icra  edilməsi  barədə  Nyu‐York 
Konvensiyası tətbiq edilir. 
AZƏRBAYCAN RESPUBLIKASININ MÜLKI PROSESSUAL MƏCƏLLƏSINƏ ƏLAVƏ 
İTİRİLMİŞ MƏHKƏMƏ İCRAATININ VƏ YA İCRA ÜZRƏ 
İCRAATIN BƏRPA EDİLMƏSİ 
1.  Başa  çatması  barədə  qətnamə  qəbul  edilmiş  və  ya  xitam  edilmiş  mülki  iş  üzrə  itirilmiş 
məhkəmə  icraatının  və  ya  icra  üzrə  icraatın  tam  və  ya  qismən bərpa  edilməsi  bu  əlavə  ilə 
müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. 
2. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi 
üzrə başlanır. 
3.  Məhkəmə  icraatının  bərpası  haqqında  ərizə  mübahisənin  mahiyyəti  üzrə  qətnamə  və  iş 
üzrə  icraata  xitam  verilməsi  haqqında  qərardad  çıxarmış  məhkəməyə  verilir.  İtirilmiş  icra 
icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. 
4.  Ərizədə  ərizəçinin  məhz  hansı  icraatın  bərpa  olunmasını  istəməsi,  məhkəmə  tərəfindən 
mahiyyət  üzrə  qətnamə,  yaxud  iş  üzrə  icraatın  xitam  olunması  barədə  qərardad  qəbul  edilib‐
edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və 
ya  yaşadığı  yer,  icraatın  itirilməsi  barədə  hansı  halların  məlum  olması,  icraat  sənədlərinin 
surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin 
zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. 
Ərizəyə  müəyyən  edilmiş  qaydada  təsdiq  edilməmiş  olsa  da,  saxlanılmış  və  işlə  əlaqədar 
olan sənədlər və ya onların surətləri əlavə edilir. 
5. İtirilmiş icraatın bərpa edilməsi barədə ərizəçidən dövlət rüsumu alınmır. 
6.  İtirilmiş  icraatın  bərpası  barədə  ərizədə  ərizəçi  tərəfindən  müraciətin  məqsədi 
göstərilmədikdə məhkəmə ərizəni hərəkətsiz saxlayaraq, ona həmin zəruri halları ərizədə şərh 
etmək üçün vaxt verir. 
İtirilmiş  icraatın  bərpası  ərizəçinin  hüquq  və  qanunla  qorunan  mənafeyi  ilə  əlaqədar 
olmadıqda  məhkəmə  ya  itirilmiş  icraatın  bərpası  üzrə  iş  başlanmağı rədd  edir,  yaxud  belə  iş 
başlamışsa, əsaslandırılmış qərardadla onu baxılmamış saxlayır. 
7.  Məhkəmə  icraatı  işə  mahiyyət  üzrə  baxılana  kimi  itirildikdə,  bu  əlavə  ilə  müəyyən 
edilmiş  qaydada  bərpa  edilmir.  Belə  halda  iddiaçı  yeni  iddia  qaldırmağa  haqlıdır.  Məhkəmə 

icraatının  itirilməsi  ilə  əlaqədar  yeni  iddia  ilə  iş  başlanması  qərardadında  həmin  hal  mütləq 
göstərilməlidir. 
8.  İşə  baxarkən məhkəmə  icraatın  saxlanan  hissəsindən,  icraat  itənə  qədər işdən 
vətəndaşlara və təşkilatlara verilmiş sənədlərdən, həmin sənədlərin surətlərindən, işə aidiyyəti 
olan arayış və kağızlardan istifadə edir. 
Məhkəmə  prosessual  hərəkətlərin  edilməsində  iştirak  etmiş  şəxsləri,  zəruri  hallarda, 
itirilmiş işin baxılmasında məhkəmə heyətinin tərkibinə daxil olmuş şəxsləri, habelə məhkəmə 
qətnaməsini icra edən şəxsi şahid kimi dindirə bilər. 
9.  İş  üzrə  çıxarılmış  qətnamə  və  ya  icraatın  xitam  edilməsinə  dair  qərardad  dərhal  icra 
edilməlidir. 
238 
10.  İtirilmiş  məhkəmə  icraatının  bərpa  edilməsi  haqqında  qətnamədə  və  ya  iş  üzrə  icraata 
xitam  verilməsinə  dair  qərardadda  məhkəməyə  təqdim  olunmuş  hansı  konkret  məlumatlara, 
itirilmiş  icraat  üzrə  proses  iştirakçılarının  iştirakı  ilə  məhkəmə  iclasında  tədqiq  olunmuş 
məlumatlara  əsasən bərpa  olunmuş  aktın  məzmununun  müəyyən  olunmuş  hesab  edilməsi 
göstərilməlidir. 
İtirilmiş  icraatın  bərpası  haqqında  iş  üzrə  qətnamənin  əsaslandırıcı  hissəsində, həmçinin 
məhkəmədə  tədqiq  olunmuş  hansı  halların  və  itirilmiş  icraatla  əlaqədar  edilmiş  hansı 
prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. 
11. İtirilmiş icraat üzrə məhkəmə aktını tam bərpa etmək üçün toplanmış materiallar kifayət 
etmədikdə məhkəmə bu icraata xitam verir və işdə iştirak edən şəxslərə ümumi qaydada iddia 
qaldırmaq hüququnu izah edir. 
12.  İtirilmiş  icraat  üzrə  məhkəmə  aktının  bərpası  haqqında  ərizəyə  baxılması  onun 
saxlanılması müddəti ilə məhdudlaşmır. 
Lakin  itirilmiş  icraatın  bərpa  edilməsi  üçün  ərizə  məhkəmə  aktının  icra  edilməsi  məqsədi 
ilə, icra vərəqəsinin məcburi icraya təqdim edilməsi müddəti keçdikdə və bu müddət məhkəmə 
tərəfindən bərpa edilmədikdə verilərsə, məhkəmə ərizə üzrə icraata xitam verir. 
13. Qətnamə icraya yönəlmişsə, itirilmiş icra icraatı bərpa edilməlidir. 
Məhkəmə  qətnaməsinin  icrası  haqqında  akt  məhkəmə  icraçısının  icra  zamanı  aktda  əks 
olunan və həyata keçirdiyi hərəkətlərin mahiyyəti göstərilməklə, məhkəmə qətnaməsi ilə bərpa 
olunur. 
14.  Qətnamənin  icrasına  qədər  icra  icraatının  itirilməsi  zamanı  icra  vərəqəsinin  surətini 
(dublikatı)  vermək  mümkün  olduğu  halda,  məhkəmə  əsaslandırılmış  qərardadla  itirilmiş  icra 
icraatının bərpa edilməsi haqqında işin başlanılmasını rədd edir. 
15.  İtirilmiş  icraatın  bərpası  haqqında  ərizə  üzrə  məhkəmə  aktından  qanunla  müəyyən 
edilmiş qaydada şikayət verilir. 
16.  İtirilmiş  icraatın  bərpası  haqqında  məhkəmə  xərcləri  qəsdən  yalan  ərizə  vermiş 
şəxslərdən tutulur. 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 
28  dekabr 1999‐cu  il tarixli, 780‐IQ nömrəli “Azərbaycan Respublikasi Mülki  Prosessual Məcəlləsinin 
Təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağli  hüquqi  tənzimləmə  məsələləri  haqqinda” 
Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000‐ci il, № 
1, maddə 17) ilə təsdiq edilmişdir. 
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar 

1.  
19  aprel  2002‐ci  il  tarixli  №305‐II  QD  nömrəli  “Psixiatriya  yardımı  haqqında”  Azərbaycan 
Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına  dəyişikliklər və  əlavələr  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002‐ci il, № 5, maddə 236
2.  
24  dekabr  2002‐ci  il  tarixli  №409  –  IIQD  nömrəli  “Məhkəmə  qərarlarının  icrası  haqqında” 
Azərbaycan  Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi 
qanunvericilik  aktlarına  əlavələr və  dəyişikliklər  edilməsi  barədə  Azərbaycan  Respublikasının 
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 23
3.  
24  dekabr  2002‐ci  il  tarixli  №  410  –  IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Mülki  Prosessual 
Məcəlləsində  dəyişiklik  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu”  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 24
4.  
20  iyun  2003‐cü  il  tarixli  №  490‐IIQ  nömrəli  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinin 
müddəalarının  pozulmasına  görə  məsuliyyət  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 6, maddə 279
5.  
30  aprel  2004‐cü  il  tarixli  643‐IIQD  nömrəli  “Dövlət  rüsumu  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən 
düşmüş  hesab  edilməsi  və  bəzi  qanunvericilik  aktlarına  dəyişikliklər və  əlavələr  edilməsi  barədə” 
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci 
il, № 7, maddə 505
6.  
11  iyun  2004‐cü  il  tarixli  688‐IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 8, maddə 598
7.  
7  sentyabr  2004‐cü  il  731‐IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi 
haqqında”  Azərbaycan  Respublikasinin  Qanunu  (Azərbaycan  Respublikasının  qanunvericilik 
toplusu, 2004‐cü il, № 10, maddə 761
8.  
4  mart  2005‐ci  il  855‐IIQD  nömrəli  “Poçt  rabitəsi  haqqındaʺ  Azərbaycan  Respublikası 
Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 
dəyişikliklər və  əlavələr  edilməsi  barədə”  Azərbaycan  Respublikasinin  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2005‐ci il, № 4, maddə 277
9.  
4  mart  2005‐ci  il  856‐IIQD  nömrəli  “Fövqəladə  vəziyyət  haqqındaʺ  Azərbaycan  Respublikası 
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və 
dəyişikliklər  edilməsi  və  bəzi  qanunvericilik  aktlarının  qüvvədən  düşmüş  hesab  edilməsi  barədə” 
Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005‐ci 
il, № 4, maddə 278
10.  
23 dekabr 2005‐ci il tarixli 
32‐IIIQD 
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 2, maddə 64
11.  
20  oktyabr  2006‐cı  il  168‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1006
12.  
26 dekabr 2006‐cı il tarixli 219‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 1, maddə 3) 
13.  
29 dekabr 2006‐cı il tarixli 220‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 1, maddə 4
14.  
19 dekabr 2006‐cı il tarixli 200‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 2, maddə 68
15.  
17 aprel 2007‐ci il tarixli 313‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 6, maddə 560

16.  
17  aprel  2007‐ci  il  tarixli  319‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu(Azərbaycan 
Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin