214
M a d d ə 4 1 4 . Kassasiya şikayətinə baxılması müddəti
Qanunda başqa müddət müəyyən edilməyibsə, Azərbaycan Respublikası Ali
Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına, yaxud iqtisadi mübahisələrə dair
məhkəmə kollegiyasına işlə birlikdə daxil olmuş kassasiya şikayətinə onun daxil olduğu
gündən 2 ay müddətində baxılır.
215
M a d d ə 4 1 5 . İşdə iştirak edən şəxslərin xəbərdar edilməsi
415.1. Kassasiya instansiyası məhkəməsi işin baxılmasını elə müddətə təyin etməlidir ki,
işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun.
415.2 İşdə iştirak edən şəxslər və onların nümayəndələri işə baxılma vaxtı və yeri barədə
xəbərdar edilirlər.
415.3. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən
şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə
baxılmasına mane olmur.
216
Maddə 415‐1. Kassasiya instansiyasında işə baxılması
217
415‐1.1. Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin kassasiya şikayəti ilə
baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən kimin gəldiyini aydınlaşdırır və gəlmiş
şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli şəxslərin və vəkillərin səlahiyyətlərini
yoxlayır.
415‐1.2. Məhkəmə tərkibi elan edilir. İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələri
izah olunur.
415‐1.3. İşə baxılması sədrlik edənin məruzəsi ilə başlayır. Əvvəl kassasiya şikayəti verən
şəxs və onun vəkili, daha sonra isə digər tərəf dinlənilir.
415‐1.4. Sonra məhkəmə müşavirə otağına gedir. Müşavirə otağında qərar səs çoxluğu ilə
qəbul edilir. Azlıqda olan hakim xüsusi rəyini yazıb işə əlavə edə bilər. Qəbul edilən qərar
sədrlik edən və ya hakimlərdən biri tərəfindən elan edilir.
M a d d ə 4 1 6 . Kassasiya_instansiyasında_işə_baxmanın_hədləri'>Kassasiya instansiyasında işə baxmanın hədləri
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
M a d d ə 4 1 7 . Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri
218
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik
edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;
417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə
bilər;
417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud
qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə
bilər;
417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud
qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar
əsasında yeni qərar qəbul edə bilər;
219
417.1.5. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud
qismən ləğv edib, bu Məcəllənin 259.0.1‐259.0.3‐cü və 259.0.8.—259.0.10‐cu maddələrinə
müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin
261.0.1‐261.0.7‐ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
417.1.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının
yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası
məhkəməsinə həvalə edə bilər.
220
417.2. Bu Məcəllənin 417.1.4‐cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul
edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və
ya düzgün tətbiq edilməmiş olsun.
221
M a d d ə
4 1 8 . Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya
qərardadının ləğv edilməsinin əsasları
418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq
olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi
üçün əsasdır.
418.2. Bu Məcəllənin 386‐cı maddəsində göstərilən hallarda maddi hüquq normaları
pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.
418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması
qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin
dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:
418.4.1. işə məhkəmə tərəfindən qeyri‐qanuni tərkibdə baxılmışsa;
418.4.2. qətnamə və ya qərardad hər hakim tərəfindən imzalanmamışsa və ya qətnamədə
göstərilməyən hakimlər tərəfindən imzalanmışsa;
418.4.3. qətnamə və ya qərardad işə baxan məhkəmə tərkibinə daxil olmayan hakimlər
tərəfindən çıxarılmışsa;
222
418.4.4. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8‐ci
maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa;
418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada
xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa;
418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair
onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə;
418.4.7. məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər
tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa;
418.4.8. işə baxılarkən məhkəmə icraatının aparıldığı dil haqqındakı qaydalar pozulmuşsa.
418.5. Bu Məcəllənin 418.4.1.—418.4.3‐cü və 418.4.6‐cı maddələrində nəzərdə tutulmuş
halların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq
normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
M a d d ə 4 1 9 . Kassasiya_instansiyası_məhkəməsinin_qərarı'>Kassasiya instansiyası məhkəməsinin qərarı
419.1. Kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış
qərar qəbul edilir.
419.2. Qərarda aşağıdakılar göstərilməlidir;
419.2.1. qərarı çıxaran məhkəmənin və işin adı, çıxarılma tarixi, məhkəmənin tərkibi, iclasda
iştirak etmiş şəxslərin səlahiyyətləri göstərilməklə soyadları;
419.2.2. kassasiya şikayəti vermiş şəxsin və işdə iştirak edən şəxslərin adları;
419.2.3. işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin adı, işin
nömrəsi, qətnamənin, qərardadın çıxarıldığı tarix və onları çıxartmış hakimlərin soyadları;
419.2.4. çıxarılmış qətnamənin və qərardadın qısa məzmunu;
419.2.5. çıxarılmış qətnamənin, qərardadın qanuniliyini yoxlamaq barədə irəli sürülmüş
əsaslar;
419.2.6. kassasiya şikayətinə qarşı verilmiş etirazda göstərilən dəlillər;
419.2.7. məhkəmə iclasında iştirak edən şəxslərin izahatları;
419.2.8. işdə iştirak edən şəxslərin istinad etdikləri qanun və normativ hüquqi aktların
məhkəmə tərəfindən tətbiq edilməməsinin motivləri, habelə məhkəmənin qərar qəbul edərkən
rəhbər tutduğu qanun və digər normativ hüquqi aktlar;
419.2.9. apellyasiya instansiyası məhkəməsinin aktları ləğv edildikdə apellyasiya
instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yaxud düzgün
tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri;
419.2.10. kassasiya şikayətinə baxılmasının nəticələri;
419.2.11. iş yeni məhkəmə baxışına verilirsə, yerinə yetirilməli olan hərəkətlər.
419.3. Qərar qəbul edildiyi gündən 1 ay müddətində, işdə iştirak edən şəxslərə sifarişli
məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.
419.4. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
M a d d ə 4 2 0 . Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi
Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin
işə yenidən baxan məhkəmə üçün məcburidir.
M a d d ə 4 2 1 . İşin qaytarılması
İşə kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra həmin iş kassasiya
instansiyası məhkəməsinin qərarının təsdiq olunmuş surəti ilə birlikdə apellyasiya instansiyası
məhkəməsinə qaytarılır.
Maddə 421‐1. Məhkəmə iclasının protokolu
223
Kassasiya icraatında bu Məcəllənin 22‐ci fəsli ilə müəyyən edilmiş qaydada protokol yazılır.
Maddə 421‐2. Kassasiya instansiyası məhkəməsinin xüsusi qərardadı
421‐2.1. İşə kassasiya qaydasında baxan məhkəmə bu Məcəllənin
265.4‐cü və 265.5‐ci
maddələrində
nəzərdə tutulmuş hallarda, habelə işə birinci və apellyasiya instansiyası
məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş
hakimlər barəsində xüsusi qərardad çıxara bilər.
224
421‐2.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün
Azərbaycan_Respublikası_Ali_Məhkəməsi_Plenumunun_işə_baxmasının_əsasları'>Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Məhkəmə‐Hüquq Şurasına
göndərilir.
F ə s i l 4 4
ƏLAVƏ KASSASİYA QAYDASINDA İCRAAT
M a d d ə 4 2 2 . Kassasiya qərarlarına yenidən baxılması
Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının və
iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının qərarlarına təqdimat, şikayət və
ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya
qaydasında yenidən baxıla bilər.
M a d d ə 4 2 3 . Təqdimat, şikayət və protest vermək hüququ
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının və
iqtisadi mübahisələr üzrə məhkəmə kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali
Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına
toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə
vəkillə iştirak edən şəxs verə bilər. Bu Məcəllənin 50‐ci və 306‐cı maddələrində nəzərdə
tutulmuş hallarda müvafiq prokuror məhkəmə araşdırmasında iddiaçı və ya ərizəçi olmuşsa,
Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.
M a d d ə 4 2 4 . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının
əsasları
424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.
424.2. Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
424.2.1. kassasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun
olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə;
424.2.2. kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin
hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll
etmişsə;
424.2.3. kassasiya instansiyası məhkəməsinin qərarında onun istinad etdiyi motivlərin əsası
yoxdursa;
225
424.2.4. kassasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi onun təsviri və ya
əsaslandırıcı hissəsinə müvafiq olmazsa.
M a d d ə 4 2 5 . Təqdimatın, protestin və şikayətin məzmunu
Təqdimat, protest və şikayət bu Məcəllənin 407‐ci maddəsində nəzərdə tutulmuş tələblərə
uyğun olmalıdır.
226
M a d ə 4 2 6 . Təqdimatın, protestin və ya şikayətin göndərilməsi
426.1. Əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı,
protesti və ya şikayəti iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna
göndərir.
426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi
kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər.
426.3. Təqdimat, protest və yaxud şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada
verilir.
227
M a d d ə 4 2 7 . Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi
427.1. Təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir.
427.2. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumunda icraata xitam verilməsinə səbəb olur.
M a d d ə 4 2 8 . İşə baxılması
428.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əvvəllər işə baxılmasında
iştirak etməmiş hakimin işin halları və təqdimatın, protestin və ya şikayətin dəlilləri barədə
məruzəsini dinləyir.
428.2. Plenumun iclasına izahat vermək üçün protest və ya şikayəti vermiş şəxslər, habelə
işdə iştirak edən digər tərəflər çağırıla bilərlər. Bu halda onlara plenum iclasının vaxtı və yeri
barədə bildiriş göndərilir. Onların gəlməməsi işə baxılmasına mane olmur.
428.3. İşə baxılarkən bütün məsələlər səs çoxluğu ilə həll edilir. Təqdimatın, protestin və ya
şikayətin təmin edilməsi leyhinə və əleyhinə verilmiş səslərin sayı bərabər olduqda təqdimat,
protest və ya şikayət rədd edilmiş sayılır.
M a d d ə 4 2 9 . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun səlahiyyətləri
429.0. Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə
Plenumunun hüququ vardır:
429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və
ya şikayəti isə təmin etmədən saxlamaq;
429.0.2. kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək;
429.0.3. kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı
apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv
etmək, işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək;
429.0.4. kassasiya instansiyası məhkəməsinin qərarını tamamilə yaxud qismən ləğv etmək,
bu Məcəllənin 259.0.1, 259.0.2 və 259.0.8—259.0.10‐cu maddələrinə müvafiq olaraq iddianı
tamamilə yaxud qismən baxılmamış saxlamaq və ya bu Məcəllənin 261.0.1—261.0.3, 261.0.6 və
261.0.7‐ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam vermək;
429.0.5. kassasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək və apellyasiya instansiyası
məhkəməsinin qətnaməsini və ya qərardadını qüvvədə saxlamaq.
429.0.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılmasının
yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası
məhkəməsinə həvalə etmək.
228
M a d d ə 4 3 0 . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
430.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə
qərar çıxarır.
430.2. Qərarda aşağıdakılar göstərilməlidir:
430.2.1. qərarı çıxarmış məhkəmənin adı;
430.2.2. qərarın çıxarılma vaxtı və yeri;
430.2.3. haqqında qərar çıxarılan iş;
430.2.4. şikayət verən şəxs;
430.2.5. təqdimat və ya protest verən şəxs;
430.2.6. aşağı məhkəmələrin şikayət edilən aktlarına istinad;
430.2.7. çıxarılan qərarın əsaslandığı qanun;
430.2.8. protestə baxılmanın nəticəsi üzrə qəbul edilmiş qərar.
430.3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarı onun sədri tərəfindən
imzalanır və işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.
229
230
M a d d ə 4 3 1 . ( ç ı x a r ı l ı b )
F ə s i l 4 4 ‐ 1
HÜQUQ VƏ AZADLIQLARIN POZULMASI İLƏ BAĞLI YENİ HALLAR ÜZRƏ İCRAAT
231
M a d d ə 4 3 1 ‐ 1 . İşə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə
yenidən baxılması
232
431‐1.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə
bağlı yeni hallar üzrə yenidən baxıla bilər.
431‐1.2. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına
yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:
431‐1.2.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan
Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu
pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun
olmadığı hesab edilməsi;
431‐1.7.7. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının
məhkəmələrinin işə baxarkən ʺinsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqındaʺ
Konvensiyanın müddəalarını pozduğu müəyyən edilməsi.
M a d d ə 4 3 1 . 2 . Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni
hallar üzrə baxan məhkəmə
233
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni
hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Plenum Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır.
M a d d ə 4 3 1 ‐ 3 . Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni
hallar üzrə yenidən baxılması qaydası
234
431‐3.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan
sonra 3 aydan gec olmayan müddətdə plenum məhkəmə iclasında hüquq və azadlıqların
pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxır.
431‐3.2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali
Məhkəmənin sədri işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini
hakimlərin birinə tapşırır.
431‐3.3. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar
edilirlər. Lakin onların gəlməməsi işə baxılmasına mane olmur.
431‐3.4. İşə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iş qaydasına müvafiq
olaraq baxılır.
M a d d ə 4 3 1 ‐ 4 . İşə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə
yenidən baxmaq haqqında qərar
235
431‐4.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə
qərar çıxarır. Qərar bu məcəllənin 430.2‐ci və 430.3‐cü maddələrində nəzərdə tutulmuş tələblərə
uyğun olmalıdır.
431‐4.2. Hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına
uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan
birini qəbul edir:
431‐4.2.1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası
məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası
məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə
aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab
edilməsi barədə qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə
çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431‐4.2.2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası
məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
və ya qərardadının qüvvədə saxlanılması barədə;
431‐4.2.3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya
instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə;
431‐4.3. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431‐4.3.1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası
məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası
məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (İnsan Hüquqları üzrə Avropa
Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarına dair
qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci
instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431‐4.3.2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası
məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
və ya qərardadının qüvvədə saxlanılması barədə;
431‐4.3.3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya
instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə.
431‐4.3.4. əlavə kassasiya qaydasında çıxarılmış qərara və ya kassasiya instansiyası
məhkəməsinin qərarına dəyişiklik edilməsi barədə.
F ə s i l 4 5
QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ AKTLARINA YENİ AÇILMIŞ HALLAR
ÜZRƏ YENİDƏN BAXILMASI ÜZRƏ İCRAAT
M a d d ə 4 3 2 . İşə yenidən baxılması
432.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla
bilər.
432.2. Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar
aşağıdakılardır:
432.2.1. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici
materiallar aşkar edildikdə;
432.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz,
yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə‐bilə yalan ifadələr verməsi,
ekspertin bilə‐bilə yalan rəy verməsi, tərcüməçinin bilə‐bilə düzgün tərcümə etməməsi,
sənədlərin və ya maddi sübutların saxtalığı;
432.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə
baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin
cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri;
432.2.4. həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin,
hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.
M a d d ə 4 3 3 . Məhkəmə aktlarına yeni açılmış hallar üzrə baxan məhkəmə
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin plenumu baxır.
M a d d ə 4 3 4 . Ərizə vermənin qaydası və müddəti
434.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən
baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas
olmuş bu Məcəllənin 432‐ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan
gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər.
434.2. Ərizəçi işdə iştirak edən digər şəxslərə öz ərizəsinin və ona əlavə olunmuş sənədlərin
surətlərini göndərməyə borcludur.
434.3. Ərizənin və ona əlavə olunmuş sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə
göndərilməsini təsdiq edən sənədlər ərizəyə əlavə olunur.
434.4. Müəyyən olunmuş müddət keçdikdən sonra ərizə verildikdə və buraxılmış müddətin
bərpa edilməsinə dair vəsatət olmadıqda, yaxud işdə iştirak edən şəxslərə ərizənin və ona əlavə
olunmuş sənədlərin surətlərinin göndərilməsini təsdiq edən sənədlər təqdim olunmadıqda, o,
ərizəçiyə qaytarılır.
M a d d ə 4 3 5 . Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizənin
Dostları ilə paylaş: |