KM2
iştirak edən şəxslər tərəfindən nümayəndəyə etiraz oluna bilər.
71.5. Etirazların həlli qaydası bu Məcəllənin 22‐ci maddəsi ilə müəyyən edilir.
M a d d ə 7 2 . Qanuni nümayəndələr
72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud
fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini
məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa
şəxslər müdafiə edirlər.
72.2. Müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş hesab edilmiş fiziki şəxsin iştirak
etməli olduğu iş üzrə xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizə və idarə olunması üçün
təyin edilmiş qəyyum həmin şəxsin nümayəndəsi qismində çıxış edir.
72.3. Ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi
qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın
saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin
nümayəndəsi kimi çıxış edir.
72.4. Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə
hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə
yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər.
72.5. Qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində seçdikləri
başqa şəxsə tapşıra bilərlər.
M a d d ə 7 3 . Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi
73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş
etibarnamədə əks etdirilməlidir.
73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar
edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən,
etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə‐profilaktika
müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə
üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.
73.3. Azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan
məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir.
73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna
səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.
73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir.
M a d d ə 7 4 . Nümayəndənin səlahiyyəti
74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli
həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia
tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin
və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması,
məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş
əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan
tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
46
M a d d ə 7 5 . Nümayəndənin səlahiyyətinə xitam verilməsi
75.1. İşdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər, müvəkkil edilmiş
istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər.
75.2. Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə,
işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış
nümayəndəni başqası ilə əvəz etməlidir.
F ə s i l 7
Sübutlar'>SÜBUTLAR
M a d d ə 7 6 . Sübutlar
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün
əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən
edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar
sübutlar hesab olunur.
76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə
keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları
ilə müəyyən edilir.
76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
M a d d ə 7 7 . Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut
etməlidir.
77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə
mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək
vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə
sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
M a d d ə 7 8 . Sübutların_mümkünlüyü'>Sübutların_aid_edilməsi'>Sübutların_olduğu_və_saxlanıldığı_yerdə_müayinə_və_tədqiq_edilməsi'>Sübutların_təqdim_edilməsi_və_tələb_olunması'>Sübutların təqdim edilməsi və tələb olunması
78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim
edilir.
78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya
orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin
sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla
iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer
göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi
üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə
göndərir yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.
78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu
məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə,
sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir.
78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən
səbəblərə görə yerinə yetirilmədikdə, sübutlar onda olan şəxs iki yüz iyirmi manatadək cərimə
olunur.
47
78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə
təqdim etmə vəzifəsindən azad etmir.
M a d d ə 7 9 . Sübutların_təmin_edilməsi'>Sübutların olduğu və saxlanıldığı yerdə müayinə və tədqiq edilməsi
79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya
məhkəməyə gətirmək çətin olduqda məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə
və tədqiq edə bilər.
79.2. Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə
məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və tədqiqatın aparılmasına mane
olmur.
79.3. Zəruri hallarda müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər və şahidlər
çağırıla bilər.
79.4. Sübutlar olduğu yerdə müayinə və tədqiq edildikdən sonra dərhal protokol tərtib
edilir.
M a d d ə 8 0 . Sübutların_təmin_edilməsi_qaydası'>Sübutların aid edilməsi
Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki,
onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
M a d d ə 8 1 . Sübutların mümkünlüyü
Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə
təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
M a d d ə 8 2 . Sübut etməkdən azad olmaq üçün əsaslar
82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı
yoxdur.
82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak
edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir.
48
82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş
faktlar həmin işdə iştirak edən şəxslər
tərəfindən başqa məhkəmə prosesində
mübahisələndirilmir və yenidən sübut edilmir.
49
82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub‐
olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə
və ya hakim üçün məcburidir.
M a d d ə 8 3 . Məhkəmə tapşırıqları
83.1. İşə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə,
müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır.
83.2. Məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir,
aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar
göstərilir.
83.3. Məhkəmə tapşırığı haqqında qərardad onu icra edən məhkəmə üçün məcburidir və
qərardad alındığı gündən sonra 10 gün müddətindən gec olmayaraq yerinə yetirilməlidir.
83.4. Rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar
«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 91‐ci maddəsinə
müvafiq olaraq həyata keçirilir.
M a d d ə 8 4 . Məhkəmə tapşırıqlarının yerinə yetirilməsi qaydası
84.1. Məhkəmə tapşırığının yerinə yetirilməsi bu Məcəllə ilə müəyyən olunmuş qaydalar
üzrə məhkəmə iclasında həyata keçirilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında
xəbərdar edilir, onların gəlməməsi iclasın keçirilməsinə mane olmur.
84.2. Məhkəmə tapşırığının yerinə yetirilməsi haqqında qərardad qəbul edilir və həmin
qərardad dərhal bütün materiallarla birlikdə işə baxan məhkəməyə göndərilir.
84.3. Tapşırığı yerinə yetirən məhkəməyə izahat və ya ifadə verən işdə iştirak edən şəxslər
və ya şahidlər məhkəmə iclasına gəldikdə ümumi qaydada izahat və ifadə verirlər.
M a d d ə 8 5 . Sübutların təmin edilməsi
85.1. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün
olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin
olunmasını məhkəmədən xahiş edə bilərlər.
85.2. Məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə
nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius
hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir.
M a d d ə 8 6 . Sübutların təmin edilməsi haqqında ərizə
86.1. Sübutların təmin edilməsi haqqında ərizə işə baxan və ya sübutların təmini üzrə
prosessual hərəkətlərin yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir.
86.2. Ərizədə təmin edilməli sübutlar, həmin sübutlarla təsdiq edilməli olan hallar, təmin
etmə haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin
edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir.
M a d d ə 8 7 . Sübutların təmin edilməsi qaydası
87.1. Sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir.
87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və
maddi sübutları tələb və müayinə etməklə təmin edir.
87.3. İşdə iştirak edən şəxslər sübutların təmin edilməsi haqqında ərizəyə baxılmanın vaxtı
və yeri barədə xəbərdar edilirlər, onların gəlməməsi isə sübutların təmin edilməsi haqqında
ərizəyə baxmağa mane olmur.
87.4. Məhkəmə sübutların təmin edilməsi haqqında qərardad çıxarır və orada icra edilmə
qaydaları və üsullar göstərilir.
87.5. Protokollar və ya sübutları təmin etmə qaydasında toplanmış bütün materiallar işə
baxan məhkəməyə göndərilir və işdə iştirak edən şəxslərə bu barədə məlumat verilir.
87.6. Sübutların təmin edilməsi barədə qərardada onu çıxaran məhkəmə tərəfindən yenidən
baxıla bilər.
M a d d ə 8 8 . Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara
tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə
üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
M a d d ə 8 9 . Yazılı sübutlar
89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında
təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və
materiallardır.
89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar
məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin
həqiqiliyini müəyyən etmək mümkün olsun.
89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər
baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş
çıxarış təqdim edilir.
89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin
halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri
hallarda təqdim edilir.
89.5. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların
surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir).
M a d d ə 9 0 . Sənədlərin əslinin qaytarılması
90.1. İşdə olan sənədlərin əsli, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra
həmin sənədləri təqdim etmiş şəxslərin xahişi ilə onlara qaytarıla bilər.
90.2. Həmin şəxslər bu sənədləri tələb etməklə eyni zamanda onların lazımi qaydada təsdiq
olunmuş surətlərini məhkəməyə təqdim edir və ya işdə qalan surətlərin həqiqiliyini təsdiq
etməyi məhkəmədən xahiş edirlər.
90.3. Qətnamə qanuni qüvvəyə minənədək iş üzrə icraat prosesində sənədlər onları təqdim
edən şəxslərə o şərtlə qaytarıla bilər ki, məhkəmə bu sənədlərin qaytarılmasının mübahisənin
düzgün həllinə xələl gətirməyəcəyinə əmin olsun.
M a d d ə 9 1 . Maddi_sübutların_saxlanılması'>Maddi sübutlar
Xarici görünüşünə, xüsusiyyətlərinə, olduğu yerə və digər əlamətlərinə görə iş üçün
əhəmiyyətli olan halların müəyyən edilmə vasitəsi ola bilən əşyalar maddi sübutlardır.
M a d d ə 9 2 . Maddi sübutların saxlanılması
92.1. Maddi sübutlar məhkəmədə saxlanılır.
92.2. Məhkəməyə gətirilə bilməyən maddi sübutlar olduqları yerdə saxlanılır. Onlar
məhkəmə tərəfindən müayinə edilməli, müfəssəl təsvir olunmalı, möhürlənməli, zəruri
hallarda foto və ya video lentə çəkilməlidir.
92.3. Maddi sübutların saxlanılması üçün xərclər bu Məcəllənin müddəalarına əsasən
tərəflər arasında bölüşdürülə bilər.
92.4. Məhkəmə və sübutları saxlayan şəxs maddi sübutların dəyişməz vəziyyətdə qalması
üçün tədbirlər görür.
M a d d ə 9 3 . Tez xarab olan maddi sübutların müayinəsi və tədqiqi
93.1 Məhkəmə tez xarab olan maddi sübutları onların olduqları yerdə dərhal müayinə və
tədqiq edir.
93.2. İşdə iştirak edən şəxslər müayinə və tədqiqatın aparıldığı yer və vaxt haqqında
xəbərdar edilirlər, məlumat verilmiş işdə iştirak edən şəxslərin gəlməməsi maddi sübutların
müayinəsinə və tədqiqinə mane olmur.
93.3. Maddi sübutların müayinəsi və tədqiqinə dair məlumatlar protokolda yazılır.
M a d d ə 9 4 . Maddi sübutlar üzərində sərəncam verilməsi
94.1. Maddi sübutlar məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra alındığı
şəxslərə qaytarılır və ya məhkəmənin həmin şeylər üzərində hüququnu təsdiq etdiyi şəxslərə
verilir, yaxud məhkəmənin müəyyən etdiyi qaydada reallaşdırılır.
94.2. Qanunla fiziki şəxslərin sahibliyində ola bilməyən predmetlər müvafiq orqanlara
verilir.
94.3. Maddi sübutlar məhkəmə tərəfindən müayinə və tədqiq edildikdən sonra sübutu
vermiş şəxslər onun qaytarılması barədə vəsatət versələr və bu cür vəsatətin təmin edilməsi işə
baxılmasına zərər vurmazsa, iş qurtarana qədər sübutlar həmin şəxslərə qaytarıla bilər.
94.4 Maddi sübutlar üzərində sərəncam verilməsi məsələləri məhkəmənin qətnaməsində və
ya qərardadında göstərilməlidir.
M a d d ə 9 5 . Səs və video yazılar
95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya
onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən
və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.
95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video
yazılardan sübut kimi istifadə oluna bilməz.
95.3. Məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.9 və 10.10‐cu
maddələrinin tələblərinə əməl edilməklə yol verilir.
M a d d ə 9 6 . Səs və video yazıların saxlanılması və qaytarılması
96.1. Səs və video yazılar məhkəmədə saxlanılır. Məhkəmə onların dəyişməz vəziyyətdə
saxlanılması üçün tədbirlər görür.
96.2. Müstəsna hallarda məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra səs və
video yazılar onların alındığı şəxslərə qaytarıla bilər.
96.3. Səs və video yazıların qaytarılması məsələləri haqqında məhkəmə qərardad çıxarır.
M a d d ə 9 7 . Məhkəmənin ekspertiza təyin etməsi
97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak
edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert
təyin edilməsini məhkəmədən xahiş edə bilərlər.
97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə
təqdim etməyə haqlıdırlar.
97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir.
İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa
borcludur.
97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun
keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim
etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə
bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin
iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb
etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla
təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
M a d d ə 9 8 . Ekspertiza təyin edilməsi haqqında qərardadın məzmunu
98.1. Ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir.
98.2. Ekspertiza təyin etmək barədə qərardadda məhkəmə tərəfindən aşağıdakılar
göstərilməlidir: məhkəmənin adı; ekspertizanın təyin edilməsi vaxtı; baxılan iş üzrə tərəflərin
adı; ekspertizanın adı; təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar;
ekspertiza qarşısında qoyulan suallar; ekspertin soyadı, adı və atasının adı və ya ekspertizanın
keçirilməsi tapşırılan idarənin adı; ekspertə göndərilən materiallar; ekspertizanın keçirilməsi və
rəyin verilməsi müddəti.
98.3. Qərardadda bilə‐bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında
50
ekspertin məhkəmə tərəfindən xəbərdar edilməsi də göstərilməlidir.
M a d d ə 9 9 . Ekspertizanın aparılması qaydası
99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə
iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə ekspertizanın
keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır.
99.2. Ekspertiza ekspert idarələrinin işçiləri və ya məhkəmə tərəfindən tapşırılan digər
mütəxəssislər tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə tapşırıla bilər.
99.3. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparmaq
üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədirsə,
məhkəmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən
şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin
normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın
keçirilməsində iştirak edə bilərlər.
99.4. Ekspertizanın keçirilməsi iki və daha artıq ekspertə tapşırılarsa, onlar öz aralarında
məsləhətləşə bilərlər. Ekspertlər ümumi nəticəyə gəldikdə, onlar bir ümumi rəy verirlər. Başqa
ekspertlərlə razılaşmayan ekspert ayrıca rəy verir.
99.5. Ekspertiza ekspert idarələrində keçirildikdə rəy üçün məsuliyyəti həmin idarənin
rəhbəri tərəfindən ekspertiza keçirilməsi tapşırılan konkret ekspert və ekspertlər daşıyırlar.
M a d d ə 1 0 0 . Ekspertin hüquq və vəzifələri
Ekspertin hüquq və vəzifələri bu Məcəllənin 63‐cü maddəsi və Azərbaycan Respublikasının
digər qanunları ilə müəyyən edilir.
M a d d ə 1 0 1 . Ekspertin rəyi
101.1. Ekspert yazılı formada rəy verir.
101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış
nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər
ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları
müəyyən edirsə, o bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.
101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
M a d d ə 1 0 2 . Əlavə və təkrar ekspertiza
102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza
təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə
ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya
ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
M a d d ə 1 0 3 . Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi
103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88‐ci maddəsində
müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda
əsaslandırılmalıdır.
M a d d ə 1 0 4 . Şahid ifadələri
104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.
104.2. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər.
104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab
edilmir.
104.4. Aşağıdakılar şahid qismində dindirilə bilməzlər:
104.4.1. azyaşlı olduğuna görə, fiziki və ya psixi qüsurları üzündən faktları düzgün qavraya
bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər;
104.4.2. vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə—mülki
işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər;
104.4.3. ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər
üzrə— hakim;
104.4.4. dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə—din xadimləri;
104.4.5. peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə—
vəkillər.
104.5. Aşağıdakılar məhkəmədə ifadə verməkdən imtina edə bilərlər:
104.5.1. şəxs özünə qarşı;
104.5.2. ər‐arvad bir‐birinə qarşı, uşaqlar valideynlərinə, valideynlər uşaqlarına qarşı;
104.5.3. qardaş və bacılar bir‐birinə qarşı, nənə‐baba nəvələrinə, nəvələr baba və nənələrinə
qarşı;
104.5.4. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq onlara məlum olan məlumatlar
üzrə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatları.
104.6. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının
adını və yaşadığı yeri göstərməyə borcludur.
M a d d ə 1 0 5 . Şahidin hüquqları və vəzifələri
105.1. Şahidin hüquq və vəzifələri bu Məcəllənin 62‐ci maddəsi və Azərbaycan
Respublikasının digər qanunları ilə müəyyən edilir.
105.2. Şahid xəstəlik, qocalıq, əlillik, sağlamlıq imkanlarının məhdudluğu və ya sair üzürlü
səbəblər nəticəsində məhkəmənin çağırışı üzrə gələ bilmədikdə, olduğu yerdə məhkəmə
tərəfindən dindirilə bilər.
Dostları ilə paylaş: |