12. “İkisi bir almadı ...”. Tələbələr nədəsə bir-birlərinə
bənzəyən (yaş, təhsil, təcrübə, natiqlik məharəti,
siyasi mövqe və s.) bir neçə siyasi lider seçir, sonra
isə bu oxşarlığın hansısa nəticə və kuryozlarını təsvir
edirlər. Tapşırığın məqsədi fərdi halda sosial
çalarların axtarılıb-tapılmasından ibarətdir.
67
13. “İsim + fel”. Yalnız isim və feldən istifadə edərək,
avtobusa partladıcı maddə qoymaq istəyən
terrorçunun davranışını təsvir edin.
14. “Lid”. Müəllim tərəfindən verilmiş mətnə bir neçə
müxtəlif lid yazın. Məsələn, “təcili identifikasiya”,
lid-sitat, lid-hekayə, cəlbedici lid və s.
15. “Mülahizə”. “Meşəbəyinin tərifi” mövzusu
(variantlar müxtəlif cür ola bilər) üçün mülahizə
üslubunda 10-15 cümlədən ibarət mətn yazın.
16. “Nağıl”. Tələbələr hər hansı bir nağılı seçir (siyasi
motivli nağıl olsa, daha yaxşıdır), sonra isə onu
məqalə, hesabat, müsahibə, reportaj, korrespon-
densiya və s. kimi tərtib edərək, orada olan
informasiyanı jurnalist informasiyasına çevirirlər.
Tapşırığın məqsədi “jurnalist informasiyası”
anlayışının mahiyyətini dəqiqləşdirməkdən ibarətdir.
17. “Necə”. “Necə” (sanki, elə bil) sözü ilə müqayisələrin
aparılması mətni daha parlaq və bədii edir. Tələbələrə
“necə” sözü vasitəsi ilə müqayisədən istifadə edərək
obraz yaratmaq təklif olunur. Birinci variant - bunun
üçün müəllim əvvəlcədən tələbələrin müqayisə üçün
seçəcəkləri sözlərin siyahısını hazırlayır. İkinci
variant – tələbələr əvvəllər çap olunmuş mətnlərlə
“necə” sözü ilə müqayisə aparmaq məqsədi ilə bir
neçə başlıq fikirləşib yazırlar.
|