Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə49/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   ...   45   46   47   48   49   50   51   52   ...   94
18. “Redaksiyaya məktub”. Tələbələr mərkəzi nəşrə hər 
hansı bir xahişlə  və  ya  da  məsələ ilə bağlı müraciət 
edərək özlərini sıravi oxucu kimi sınaqdan keçirirlər. 
Çalışmanın məqsədi rolların dəyişməsi ilə bağlı 
olaraq psixoloji səddi aşmaqdan ibarətdir. 
19. “Replika”.  İnsanın ZƏHƏRLƏNƏN, TERROR 
QURBANI OLAN, AC QALAN, İNANMAYAN, 
TƏƏCÜBLƏNƏN, XƏSTƏLƏNƏN, HİRSLƏNƏN, 
MÜDAXİLƏ EDƏN zaman ifadə etdiyi daha cox 
replika yazmağa səy göstərin. 
20. “Rəmzi rəqəm”.  Tələbələrə tanınmış bir şəxs 
haqqında zarisovka yazmaq tapşırığı verilir. Bu 
zaman materialın  əsasını  həmin  şəxsin həyat yolunu 
ümumiləşdirən rəmzi rəqəm təşkil etməlidir. 
21. “Stop-kadr”.  İstənilən jurnal və ya qəzetdən olan 
illüstrasiyaya və yaxud da hər hansı bir şəkilə bir neçə 
ad yazın. Adlar bir-üç sözdən və ya söz 
birləşməsindən (başlıq kimi) ibarət olmalıdır. 
Birləşmələr və söz önlükləri də daxil olmaqla, 18 
sözdən artıq olmayan bir cümlədən. Ümumi həcmi 
40-50 sözdən ibarət olan bir neçə cümlədən. Ümumi 
həcmi 300 sözə qədər olan bir neçə abzasdan ibarət. 
22. “Təsvir”.  Adını  çəkmədən, üçüncü şəxs  əvəzliyinin 
köməyi ilə istənilən məşhur  şəxsi elə  təsvir edin ki, 
xarici görkəminin  əlamətlərinə  və davranış  tərzinə 
görə onun kim olduğunu müəyyən etmək mümkün 
olsun. Hər bir tələbə özünün hazırladığı mətni ucadan 


69 
 
oxuyur, qalanları isə onun qəhrəmanının kim 
olduğunu müəyyən edirlər. Tələbələr, həmçinin, 
füsunkarlığı və arxitekturası ilə fərqlənən bir binanın 
da təsvirini verir və bu zaman hansı binadan söz 
getdiyini bildirmirlər. Sonra hər bir tələbə özünün 
hazırladığı  mətni ucadan oxuyur, qalanları isə hansı 
binanın təsvir olunduğunu müəyyən edirlər. Bu 
tapşırıqda  əsas məqsəd gələcək jurnalistlərin 
təsvirçilik vərdişlərinə yiyələnməsindən və onlarda bu 
vərdişləri inkişaf etdirməkdən ibarətdir.  
23. “Xülasə”. Bir cümlə-mülahizə  əlavə etməklə, artıq 
qəzetdə çap olunmuş  məqaləni yazıb başa çatdırın. 
Nəticələri müqayisə edin. 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin