Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə57/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   ...   53   54   55   56   57   58   59   60   ...   94
Dördüncü hərəkət.  Baş redaktor qərar qəbul 
edir. Baş redaktor rolunu oynayan tələbəyə tapşırıq 
verilir: 
1.  Materialı qiymətləndirin. 
2.  Oxucunun bu materiala mümkün reaksiyasını 
müəyyən etməyə çalışın. 
3.  Redaktor düzəlişlərini edin və ya da materialı 
katibliyə qaytarın.    
Beşinci hərəkət. 
Material artıq çap 
olunmuşdur  (şərti). Redaksiyanın əməkdaşları rolunu 
oynayan tələbələrə tapşırıq verilir: - Materialın üstün 
və çatışmayan cəhətlərini qiymətləndirin.  
Altıncı  hərəkət.  Naşirin adından çıxış edən  
müəllim materialı qiymətləndirir,  onun 
səmərəliliyinin səviyyəsini müəyyən edir, işgüzar 
oyunu yekunlaşdırır. 
 
 
 
 
 


77 
 
VII.  YEKUN YOXLAMA FORMASI VƏ 
QİYMƏTLƏNDİRMƏ 
 
Yekun yoxlama forması test üsulu ilə  və ya yazılı 
formada verilən imtahandır. 
 
7.1. QİYMƏT ŞKALASI. YEKUN QİYMƏT 
(QİYMƏTLƏNDİRMƏNİN METODİKASI) 
 
Bakı Dövlət Universitetində  tətbiq edilən çoxballı 
qiymətləndirmə sistemi tələbənin tədris prosesindəki 
fəaliyyətinin,  əldə etdiyi bilik və bacarıqların aşağıdakı 
istiqamətlər üzrə qiymətləndirilməsini və ona fənnin 
öyrənilməsi üzrə differensiallaşdırılmış yekun qiymətlərinin 
verilməsini nəzərdə tutur. Bu zaman tələbənin semestr 
ərzində mühazirə  dərslərinə davamiyyəti, seminar (məşğələ) 
dərslərində  fəal iştirakı, həmçinin sərbəst işin yekunları bal 
strukturuna daxil edilir. Tələbənin “Jurnalistika və müasir 
dövrün qlobal problemləri” fənni üzrə toplaya biləcəyi balın 
maksimum miqdarı 100-ə bərabərdir: 
-  Imtahanın nəticəsi – 50 bala qədər
-  semestr ərzində dərsə davamiyyət – 10 bala qədər; 
-  semestr  ərzində seminar məşğələlərində  fəal 
iştirak – 30 bala qədər; 
-  mühazirə dəftəri – 5 bala qədər; 
-  sərbəst  iş – 5 bala qədər. 
Cəmi – 100 bal. 
 
 
 


78 
 
Qiymət şkalası 
 
Qeyri-
kafi 
Qənaət-
bəxş 
Kafi Yaxşı Çox 
yaxşı 
Əla 
F E D C B A 
51 
baldan 
aşağı 
51-60 
bal 
61-70 
bal 
71-80 
bal 
81-90 
bal 
91-100 
bal 
 
Qiymətlərin izahı: 
A -      əla nəticə
B -  
çox yaxşı nəticə; 
C -  
yaxşı nəticə; 
D -  
kafi nəticə; 
E -  
kafi qiymətin minimal tələblərinə cavab verir; 
F -  
qeyri-kafi  nəticə, ya müəyyən olunmuş qaydada 
kursun təkrar keçilməsini, ya da tələbənin təhsil 
müəssisəsindən xaric olunması üçün təqdimat 
verilməsini nəzərdə tutur. 
 
7.2.  AKADEMİK ETİKA 
 
Yazı  işlərində (müstəqil və ya yaradıcı) olan bütün 
sitat və istinadlar diqqətlə yoxlanılır.  İstifadə olunan sitatlar 
orijinalın məzmunu ilə tam üst-üstə düşməlidir: qramatik 
formanın dəyişdirilməsinə yol verilmir, boş yerlər işarə 
olunur. Yazı işlərinin köməkçi aparatı (biblioqrafik siyahılar, 
haşiyələr, istinadlar, əlavələr, cədvəllər, sxemlər və s.) 


79 
 
mövcud standartlara uyğun tərtib edilir (bax, məsələn: 
Hüseynov Ş.A. Mətbu irsimizdən səhifələr. “Çənlibel” NPM, 
2007, 484 s.; Əhmədli N. Con Milton və onun 
“Areopagitika”  əsəri //Azərbaycan, 2009, № 2, s. 54-72; 
Mehdiyev R. Azərbaycanın efir məkanı: problemlər və 
vəzifələr. “Azərbaycan” qəzeti, 2 oktyabr 2009; ABŞ-da 
şəbəkə neytrallığı haqqında yeni qaydalar qəbul olunub.  
http://www.rabita.az/view.php?lang=az&menu=118&id=503
2).  İşin sonunda bütün istifadə olunan mənbələrin tam 
siyahısı (əlifba sırası ilə) verilir. 
Müəllifin öz işinə başqa müəllifin işindən müəyyən 
parçaları ona istinad etmədən daxil etməsi, başqa müəlliflərin 
fikir və ideyalarını  mənbəni göstərmədən təqdim etməsi 
yolverilməzdir. Bu qayda İnternetdən götürülmüş  mənbələrə 
də aiddir -  saytın tam ünvanı göstərilməlidir. Bütün plagiat 
halları istisna olmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


80 
 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin