Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə58/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   ...   54   55   56   57   58   59   60   61   ...   94
VIII.  KURSUN TƏDRİS-METODİK 
TƏMİNATI 
 
8.1. QLOBAL PROBLEMLƏRƏ AİD TERMİN 
VƏ ANLAYIŞLARIN İZAHLI LÜĞƏTİ 
 
Alfa şüaları - helium nüvəsindən ibarət olur və müsbət enerji 
daşıyır. Lap dərinə hopmaq və canlı toxumanın açıq hissəsinə 
həddən artıq çox ziyan vurmaq qabiliyyətinə malikdir (bax 
“Radiasiya”). 
Areal - müxtəlif növlərin və ekosistemlərin yayılma sahəsi. 
Təbiətin mühafizəsi problemi hər  şeydən  əvvəl arealların və 
təbii ekosistemlərin qorunub saxlanılması problemidir. 
Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı 
sınağının qadağan edilməsi haqqında müqavilə - 1963-cü 
il mayın 5-də Moskvada imzalanmışdır, üç mühitdə nüvə 
silahının sınaqdan keçirilməsini qadağan edir. 
Bataqlıqlaşma - daimi həddən ziyadə nəmlilik və qızdırlma-
nın təsiri ilə, son nəticədə bataqlığın əmələ gəlməsinə gətirib 
çıxaran, torpağın və landşaftın dəyişilməsi prosesi. 
BER – canlı toxumalarda bədənin qəbul etdiyi enerjinin və 
bu enerjinin təsirini gücləndirən və ya azaldan digər 
faktorlarla qarşılıqlı  təsirini nəzərdə tutan ekvivalent doza 
vahidi. 600 ber-lik doza adətən altmış gün ərzində ölümlə 
nəticələnən sonuca gətirib çıxarır. 
Beta  şüaları - atom nüvəsindən ayrılan elektrondur və bir 
mənfi enerji daşıyır. Hopma qabiliyyəti alfa şüalarına 
nisbətən çox, qamma şüalarına nisbətən isə azdır. Dəriyə 
düşdükdə yanıq, opqanizmə düşdükdə isə  xərçəng  əmələ 
gətirir. 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin