82
itirilməsinə yol vermədən, 1999-cu ildə qitədə eyni prinsip və
qaydalar əsasında fəaliyyət göstərən, konvensiyaya üzv-
dövlətlərin hamısının ərazisində məqbul sayılan vahid təhsil
məkanının yaradılması haqqında razılığa gəlmişlər.
Azərbaycan Boloniya prosesinə 2005-ci ildə qoşulmuşdur.
Böyük demoqrafik dəyişiklik – ailənin iqtisadi gücünün
uşaqların sayından asılılığının aradan tam qalxması. Geniş
təkrar istehsaldan sadə və ya hətta mənfi təkrar istehsala
keçid.
Çirklənmə - təbiətə xas olan, lakin yerində yerləşməyən,
zamanında və lazımi miqdarda olmayan, təbii sistemi
tarazılıq vəziyyətindən çıxaran və adətən müşahidə olunan
normadan fərqlənən hər şey. Çirklənmə istənilən səbəbdən,
hətta lap təmizlikdən də əmələ gələ bilər. Çirklənmə həm
təbii səbəblərdən (təbii çirklənmə) həm də insan
fəaliyyətinin təsiri ilə (antropogen çirklənmə) əmələ gələ
bilər.
Dostları ilə paylaş: