Demoqrafiya siyasəti - adətən müəyyən demoqrafik
nəticələr əldə etmək üçün dövlət və ictimai təşkilatlar
tərəfindən həyata keçirilən tədbirlərin məcmusu.
Depopulyasiya – sosial gerçəkliyin ən xoşagəlməz
amillərinin: müharibə, aclıq, epidemiya, iqtisadi dağıntılar və
s. nəticəsində əhalinin sayının azalması prosesi.
Dövri mətbu nəşrlər – çap prosesinin və ya hər hansı
surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı
100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on
iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal,
toplu, bülleten və başqa dövri nəşrlər.