Ozon təbəqəsi – stratosferin oksigenin xüsusi formasından –
ozondan (O
3
) ibarət təbəqəsidir. Ozon yer səthindən 10 km.-
dən - 60 km.-ə qədər yüksəklikdə ultrabənövşəyi şüalar
oksigenin mollekullarını oksigenin atomlarına parçaladıqda
və bu atomların sonradan oksigenin molekullarına birləşməsi
nəticəsində əmələ gəlir. Ozon təbəqəsinin dağılması dəri
xərçəngi xəstəliyinin yaranmasına səbəb olur. Ozonla bağlı
digər bir problem atmosferin aşağı qatlarında – troposferdə
ozonun əmələ gəlməsidir. Şəhər nəqliyyatının günün işıqlı
vaxtı havaya buraxdığı qazlar havada toplaşaraq günəş
şüasının təsiri ilə boz-qırmızımtıl rəngdə qarışıq –
“fotokimyəvi duman” əmələ gətirir. Məişət səviyyəsində
“smoq” adlandırılan bu duman bitkilərə məhvedici təsir
göstərir və insanın yuxarı tənəffüs yollarında müxtəlif
xəstəliklər əmələ gətirir.