90
istilikxana effekti yaratmasını ehtimal edirlər. Son həddə Yer
kürəsinin səthində temperatur artır və bu, buzların əriməsinə
və dünya okeanlarının səviyyəsinin qalxmasına gətirib çıxara
bilər.
Populyasiya -
a) (Poroqamiya) (yun. «poros» – dəlik, «qamos» - nigah) -
örtülütoxumlu bitkilərdə mayalanma zamanı tozcuq
borusunun toxum rüşeyminə – mikropile vasitəsilə adi (sadə)
yolla
keçirilməsi;
b) bir növə mənsub orqanizmlərin qrupu olub müəyyən
ərazidə yerləşən, bir-biri ilə qarşılıqlı əlaqə şəraitində uzun
müddət sayını tənzimləyən fərdlər.
Populyasiya növün
quruluş vahidi, təkamül vahidi və yaşama forması sayılır;
c) növün mühüm bioloji xüsusiyyətlərindən biri – onun
yerdəyişmə qabiliyyətinə əsaslanır. Hər bir populyasiyada
fərdlərin bir hissəsi müntəzəm olaraq
onu tərk edir, qonşu
sahədəki populyasiyanı doldurur
və ya həmin növ olmayan
yeni əraziyə köçür. Bu prosesə populyasiyanın dispersiyası
deyirlər.
Dostları ilə paylaş: