Beşinci hərəkət. Material artıq çap
olunmuşdur (şərti). Redaksiyanın əməkdaşları rolunu
oynayan tələbələrə tapşırıq verilir: - Materialın üstün
və çatışmayan cəhətlərini qiymətləndirin.
Altıncı hərəkət. Naşirin adından çıxış edən
müəllim materialı qiymətləndirir, onun
səmərəliliyinin səviyyəsini müəyyən edir, işgüzar
oyunu yekunlaşdırır.
OÇERK İştirak edirlər:
Oçerkin müəllifi – tələbə.
Şöbənin redaktoru – tələbə.
Məsul katib – tələbə.
Baş redaktor – tələbə. Birinci hərəkət. Tələbə evdə yazdığı materialı
dərsə gətirir. Tələbəyə verilən tapşırıq: təqdim
etdiyiniz materialın oçerk olduğunu sübut edin.
Redaksiyanın əməkdaşlarını inandırın ki, problem və
mövzunuzun qəhrəmanı ilə bağlı seçiminiz
düzgündür. Oçerkin növünün və süjetinin seçimini
əsaslandırın. Haqqında yazdığınız insanın şəxsi
keyfiyyətlərini açıb göstərən münaqişə sizin
tərəfinizdən uğurlamı təsvir olunur?