Dördüncü hərəkət. Baş redaktor qərar qəbul
edir. Baş redaktor rolunu oynayan tələbəyə tapşırıq
verilir:
1. Materialı qiymətləndirin.
2. Oxucunun bu materiala mümkün reaksiyasını
müəyyən etməyə çalışın.
3. Redaktor düzəlişlərini edin və ya da materialı
katibliyə qaytarın.
Beşinci hərəkət.
Material artıq çap
olunmuşdur (şərti). Redaksiyanın əməkdaşları rolunu
oynayan tələbələrə tapşırıq verilir: - Materialın üstün
və çatışmayan cəhətlərini qiymətləndirin.
Altıncı hərəkət. Naşirin adından çıxış edən
müəllim materialı qiymətləndirir, onun
səmərəliliyinin səviyyəsini müəyyən edir, işgüzar
oyunu yekunlaşdırır.
77
VII. YEKUN YOXLAMA FORMASI VƏ
QİYMƏTLƏNDİRMƏ
Yekun yoxlama forması test üsulu ilə və ya yazılı
formada verilən imtahandır.
7.1. QİYMƏT ŞKALASI. YEKUN QİYMƏT
(QİYMƏTLƏNDİRMƏNİN METODİKASI)
Bakı Dövlət Universitetində tətbiq edilən çoxballı
qiymətləndirmə sistemi tələbənin tədris prosesindəki
fəaliyyətinin, əldə etdiyi bilik və bacarıqların aşağıdakı
istiqamətlər üzrə qiymətləndirilməsini və ona fənnin
öyrənilməsi üzrə differensiallaşdırılmış yekun qiymətlərinin
verilməsini nəzərdə tutur. Bu zaman tələbənin semestr
ərzində mühazirə dərslərinə davamiyyəti, seminar (məşğələ)
dərslərində fəal iştirakı, həmçinin sərbəst işin yekunları bal
strukturuna daxil edilir. Tələbənin “Jurnalistika və müasir
dövrün qlobal problemləri” fənni üzrə toplaya biləcəyi balın
maksimum miqdarı 100-ə bərabərdir:
- Imtahanın nəticəsi – 50 bala qədər;
- semestr ərzində dərsə davamiyyət – 10 bala qədər;
- semestr ərzində seminar məşğələlərində fəal
iştirak – 30 bala qədər;
- mühazirə dəftəri – 5 bala qədər;
- sərbəst iş – 5 bala qədər.
Cəmi – 100 bal.
78
Qiymət şkalası
Qeyri-
kafi
Qənaət-
bəxş
Kafi Yaxşı Çox
yaxşı
Əla
F E D C B A
51
baldan
aşağı
51-60
bal
61-70
bal
71-80
bal
81-90
bal
91-100
bal
Qiymətlərin izahı:
A - əla nəticə;
B -
çox yaxşı nəticə;
C -
yaxşı nəticə;
D -
kafi nəticə;
E -
kafi qiymətin minimal tələblərinə cavab verir;
F -
qeyri-kafi nəticə, ya müəyyən olunmuş qaydada
kursun təkrar keçilməsini, ya da tələbənin təhsil
müəssisəsindən xaric olunması üçün təqdimat
verilməsini nəzərdə tutur.
7.2. AKADEMİK ETİKA
Yazı işlərində (müstəqil və ya yaradıcı) olan bütün
sitat və istinadlar diqqətlə yoxlanılır. İstifadə olunan sitatlar
orijinalın məzmunu ilə tam üst-üstə düşməlidir: qramatik
formanın dəyişdirilməsinə yol verilmir, boş yerlər işarə
olunur. Yazı işlərinin köməkçi aparatı (biblioqrafik siyahılar,
haşiyələr, istinadlar, əlavələr, cədvəllər, sxemlər və s.)
79
mövcud standartlara uyğun tərtib edilir (bax, məsələn:
Hüseynov Ş.A. Mətbu irsimizdən səhifələr. “Çənlibel” NPM,
2007, 484 s.; Əhmədli N. Con Milton və onun
“Areopagitika” əsəri //Azərbaycan, 2009, № 2, s. 54-72;
Mehdiyev R. Azərbaycanın efir məkanı: problemlər və
vəzifələr. “Azərbaycan” qəzeti, 2 oktyabr 2009; ABŞ-da
şəbəkə neytrallığı haqqında yeni qaydalar qəbul olunub.
http://www.rabita.az/view.php?lang=az&menu=118&id=503
2). İşin sonunda bütün istifadə olunan mənbələrin tam
siyahısı (əlifba sırası ilə) verilir.
Müəllifin öz işinə başqa müəllifin işindən müəyyən
parçaları ona istinad etmədən daxil etməsi, başqa müəlliflərin
fikir və ideyalarını mənbəni göstərmədən təqdim etməsi
yolverilməzdir. Bu qayda İnternetdən götürülmüş mənbələrə
də aiddir - saytın tam ünvanı göstərilməlidir. Bütün plagiat
halları istisna olmalıdır.
|