Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 50,49 Kb.
səhifə8/9
tarix02.01.2022
ölçüsü50,49 Kb.
#43291
1   2   3   4   5   6   7   8   9
referat 6335

2.2. Alınmış nəticələrin işlənilməsi

Apardığımız tədqiqatda 50 universitet tələbəsi, daha dəqiq desək, 19-22 yaş aralığında gənc iştirak etmişdir. İnsanlarda hissin xarakteristikalarını təyin etmək üçün 11 sual tərtib olunmuşdur. Tədqiqatın yekun nəticələri aşağıdakı kimi olmuşdur:

50 nəfər gəncdən 10 nəfərinin, yəni təxminən 20% gəncin tədqiqatın suallarına verdiyi cavablar 20 baldan az olmuşdur. Bu o deməkdir ki, tədqiqatda iştirak edən 10 nəfər gəncin hissinin xarakteristikası I tip-ə daxildir. Bu insanlar yığıncaqları sevmir, sakitliyə, təmiz havada gəzintiyə üstünlük verir. Axşamı səs-küylü kafedə keçirməkdən daha çox evdə və ya təbii şəraitdə dostları ilə ünsiyyət onları sevindirir. Ona görə də bu insanların tanışlarını elə fikirləşirlər ki, bu tip insanlar darıxdırıcı insanlardır.

50 nəfər gəncdən 25 nəfərinin, yəni təxminən 50% gəncin tədqiqatın suallarına verdiyi cavablar 21 - 25 bal aralığında olmuşdur. Bu o deməkdir ki, tədqiqatda iştirak edən 25 nəfər gəncin hissinin xarakteristikası II tip-ə daxildir. Bu tip insanlar digər insanlara daha asan öyrəşir. Hissləri həddən artıq tez dəyişkən, bəzən kədərli, bəzən son dərəcə şən olur.

50 nəfər gəncdən 15 nəfərinin, yəni təxminən 30% gəncin tədqiqatın suallarına verdiyi cavablar 21 baldan çox olmuşdur. Bu o deməkdir ki, tədqiqatda iştirak edən 15 nəfər gəncin hissinin xarakteristikası III tip-ə daxildir. Bu tip insanların tanışları hiss edirlər ki, yığıncaqlarda onlar əvəzedilməz və son dərəcə lazımlıdırlar. Bu insanların yumor hissi güclü olur. Başqalarında yüksək əhval-ruhiyyə yaratmağa köməklik edirlər. Maraqlı əhvalatlar danışmaqdan xoşları gəlir.


Nəticə

Kurs işinin əsas tədqiqat obyekti “Müxtəlif hisslərin xarakteristikası”dır. Bu mövzu barədə ətraflı danışarkən qeyd elədik ki, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.

Bildirdik ki, hisslərin əmələ gəlməsində dinamik stereotipin yaranması və ya pozulması mühüm rol oynayır. Yəni həyat tərzindən, münasibətindən asılı olaraq beyində müəyyən rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin rabitələrdə hər hansı dəyişikliyin baş verməsi mövcud rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq, narazılıq, sevinc, heyrət, şübhə, maraq, qəzəb və s. kimi hisslərin əmələ gəlməsi ilə nəticələnir.

Dediyimiz kimi, insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. İnsanların davranışı, qruplar arasındakı qarşılıqlı münasibətlər, insan mədəniyyətinin məhsulları, incəsənət əsərləri, cəmiyyətin idarə olunması və birgəyaşayış qaydaqanunları, dərk olunması vacib olan problemlər və s. həmişə insanlarda müəyyən hisslər doğurur.

Sonda qeyd etdik ki, insanın şəxsiyyət kimi psixoloji portretinin mühüm cizgiləri olan ali hisslər bir – birindən təcrid olunmuş halda deyil, vəhdətdə təzahür edir. Odur ki, insanın mənəvi aləmini, idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali hisslərin tərbiyə edilməsi və inkişaf etdirilməsi gənc nəslin tərbiyəsi işinin mühüm tərəflərindəndir.

Kurs işinin sonunda istifadə etdiyimiz ədəbiyyatların (istinad nöqtələrinin) siyahısını qeyd etdik.




Yüklə 50,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin