Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ



Yüklə 164,32 Kb.
səhifə11/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
multikultur.COVİD-19

Artur Şlezinqer(1917-2007), fərdi liberalizmin Amerikadakı liderlərindən biridir. Ona görə sovet ittifaqının da təsiriylə 1933-cu ildən etibarən Amerika fərdi liberalizmin mahiyyətini dərindən anlayaraq bu istiqamətdə inkişaf etməyə başlamışdır. Demokratiya, daxili əxlaqi gücün dağıdılması və fanatiklik deyildir. Bu mənada plüralizm doqmatiqliyi darmadağın edər. Multikulturalizm sahəsində ən bilinən əsəri isə 1991-ci ildə nəşr olunan ``Disuniting of America`` adlı əsərdir.

11. Qərb ölkələrində etnik-mədəni müxtəlifliyin yaranmasında immiqrasiya prosesinin rolu

Ümumiyyətlə avropada multikulturalizmin iki əsas qaynağı vardır. Birincisi milli azlıqlar. İkincisi isə immiqrantlardır.


Bu kontekstdə immiqrantlar üçün multikulturalizm siyasi gücə, istisadi fürsətlərə və vətandaşlığa keçmə kimi imkanları özündə ehtiva edir. İctimai şüur immiqrantların cəmiyyətə daha inteqrasiya olmaları üçün əhəmiyytli məsələ üzərində durur və bəzi əsas prinsipləri önə sürür. Öncəliklə iş mövzusu inteqrasiyanın əsas parçasıdır. İkincisi inteqrasiya azadlıq, demokratiya, insan hüquqlarına hörmət, bərabərhüquqlu və hüququn üstünlüyü prinsipləri kimi əsas liberal-demokrat dəyərlərə ehtiramı vacib hala gətirir. Üçüncüsü yaşadığı cəmiyyətin dili, tarixi və qurumları barəsində əsaslı məlumatlar inteqrasiyanı labüd halıdır. Dördüncüsü, ayrıseçkilikə qarşı qanunlar və siyasətlər daha yaxşı bir inteqrasiya üçün əsasdır.
İmmiqrantlar üçün multikultural vətəndaşlıq açıq şəkildə yerli xalqlar və milli azlıqlar üçü eyni növ haqq iddialarını ehtiva etməz. İmmiqrantlar ümumi mənada torpaq haqları və ya rəsmi dil muxtariyyəti kimi statusları tələb etməzlər. Bu mənada bəzi avropa ölkələrində müvəqqəti immiqrant modeli mövcuddur. Qalıcı immiqrant modeli isə bundan fərqlidir.
Rəsmi statiskaya görə avropada 21 milyondan çox immiqrant mövcuddur. Bunun dörddə 3-ü Almanyada 7 milyondan çox, Fransada 3 milyondan çox, İngiltərədə 2 milyondan çox, İsveçrədə 1 milyondan çox və İtaliyada 1 milyondan çoxdur. Bu beş avropa ölkəsində immiqrantlar daha çoxluq təşkil edir (Wanner, Migration trends in Europe, European population papers Series No. 7, Council of Europe, 2002. s. 16.
İsveçdə immiqrantlar inteqrasiya proqramında iştirak etməzlər isə aldıqları sosial haqqlar və faydalar azaldılmaqda və ya ləğv edilməkdədir. Ancaq bu proqramlarda iştirak etmə yaşama hüququ və ya vətandaşlığa keçmə ilə əlaqəli bir şəkildə həyata keçirilir.
Miqrasiya ilə bağlı proqramlarda federal və əyalət hökümətləri inteqrasiya prosesi və artırılmış dil tətbiq etmə kurslarını həm sadə, həm də yüksək səviyyədə təqdim edərək dil qabiliyyəti tələb edən işlərin tapılmasında da köməklik edirlər. Məsələn, 210-11-ci illərdə bu proqramla bağlı Kanada höküməti 1 milyard Kanada dolları xərcləmişdir. Kanada da ingilis və ya fransız dilini bilmək şərtdir. 1914-cü il tarixli Vətandaşılğa Qəbul Edilmə Qanununa(The naturalization act of 1914) istinad edir.
İmiqrantlar ile bağlı hal-hazırda inkişaf etmiş ölkələr dil səviyyəsini yüksək tutaraq vətəndaşlıq almaları üçün bəzi problemlərin ortaya çıxmasına səbəb olurlar. Almanya və Fransada vətandaş olmaq üçün immiqrantlar etnik kimlikləri və dini dəyərləri əlaqələrini müəyyən ölçüdə kəsməli və ya rədd etməlidirlər.
İmmiqrantlar bəzi ölkələrdə problem olaraq görünür. Kanada və Avstraliada isə dövlət özü bunları seçib alır. Bəzi məqamlarda isə immiqrantların iqtisadi çətinliklər və öz ölkəsində zülmə məruz qalmalarını bəhanə edərək, yalandan söyləyərək ölkəyə gəlməsi əxlaqi baxımdan onların qəbul edilməsinə etiraz edilir. Eyni zamanda qanuni və etik baxımdan gəlmək istəyənlərin yerlərini də bu şəxslər alır.
Ümumiyyətlə son on ildə Belçika, Finlandiya, Yunanıstan, Norveç, Portuqaliya, İspaniya və İsveç kimi ölkələrdə multikulturalizm siyasəti güclənmişdir. Avropa ölkələrində multikulturalizm birbaşa immiqrantlarla bağlıdır və daha çox bu istiqamətdə anlaşılır.


Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin