Əhməd Ağaoğlu. Əhməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan «Üç mədəniyyət» traktatı 1920-ci ildə Maltada sürgündə ikən yazılmış, lakin ilk dəfə 1927-ci ildə Ġstanbulda çap olunmuĢdur. Mədəniyyətdə dil ortaqlığı amilini ġərq və Qərbin timsalında müqayisə edən ədib yazır ki, «... bu gün ən azı üç Avropa dilini - fransızcanı, inciliscəni, almancanı bilməyən ciddi bir avropalı alim və ədibinə həmən-həmən rastlanmaz. Bunlar zatən ortaq olan və Avropa mədəniyyəti amillərindən bulunan əski yunan və latıncanı da ta çocuqluqlarından öyrənirlər. Bir zamanlar bu iki dil, Ġslam aləmində ərəbcə və farsca kimi, Qərb aləmində ortaq elm və ədəbiyyat dili idi. Bütün alimlər latınca yazarlardı».
Şərq mədəniyyətinin tənəzzülünü və zaman-zaman öz yerini Qərb mədəniyyətinə tərk etməsinin səbəbini ġərqdə fəzilətin hökmdara, Qərbdə isə qanunlara itaətdə dərk olunması ilə xarakterizə edən müəllif «həyat tərzi» kimi mənalandırdığı mədəniyyət amilinin mütəlif tərəflərinin (ailə, dövlət, hökumət, din, təlim-tərbiyə, əxlaq və s.) bu kontekstdə təfsirini verir.
«Üç mədəniyyət» əsərində millətin əxlaqının formalaşmasında dindən sonra ən çox ədəbi və fəlsəfi əsərlərin rol oynadığını göstərən Ağaoğlunun fikrincə, «bizim ta dünənə qədər təqlid etdiyimiz ədəbiyyat və fəlsəfə əsərlərinin nümunələri ərəb və fars mənbələrindən alınmış olanlarıdır. Bunların arasında bu gün əsrin ruhuna müvafiq, onu təmin edəcək tək bir əsər göstərilə bilərmi?»
Bu səbəblər sırasında, Ağaoğlunun yazılarında da gördüyümüz kimi, islam cəmiyyətlərinindurğunluğu, idarəçilərin və üləmanın insani qüsur və ya yetərsizliyindən qaynaqlanan problemlər, cəhalət və təəssüb, qadının ictimai həyatda passiv iştirakı, zehni və elmi düşüncəyə qapalılıq, qədərçilik, despotizm və s. göstərilməkdədir
İslam aləminin tənəzzülünü dinin təməllərinə bağlamaması, ona bir sıra yönlərdən haqq qazandırmaqdadır. Bu mövzudakı təhlillərində o, islam dininin mövcud vəziyyətini xristianlığın vaxtilə yaşadığı analoji proseslə müqayisəli şəkildə araşdırır və tənəzzülün dinin mahiyyətindən qaynaqlanmadığına dair analitik mühakimələr yürüdür
Müəllifə görə, “millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir”. Amma hakim millətçilik bu zaman Rusiyada azlıqlara qarşı nifrət püskürür, onları assimilə etməyə çalışırdı. Məsələn, “Novoye vremya” jurnalının yazarı Menşikov erməniləri, bolqarları, serbləri və başqa azlıqları dilindən imtinaya məcbur etmədiyi, onlara zorla İslamı qəbul etdirmədiyi, başqa sözlə, assimilə etmədiyi üçün Osmanlını “axmaq” adlandırır. Əhməd bəy Ağayev rusiyasayağı bu tip millətçiliyi, müasir terminlə ifadə etmiş olsaq, şovinizmi rədd edir.
Avropa ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və göstərir: “... cümlə millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o moşəşe (parlaq), o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman nasyonalizm dövrəsi oldu!”. Əhməd bəy başqa məsələlərlə yanaşı, hər millətçiliyin müsbət olmadığı fikrində də israr edir. Rusiyada Pruşkeviçin millətçiliyi ilə Turgenevin millətçiliyi arasında böyük fərq olduğunu izah edir. Elə buradaca o, öz millətinin eyiblərini, başqa millətlərin müsbət keyfiyyətlərini gizlətməyi xəyanət sayır: “Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin eyyubatını (eyiblərini), qüsuratını görkəzməkdən, millətinin azarlarını, dərdlərini arıyıb da açıq-açığa deməkdən nəinki çəkinmiyorlar, bəlkə bir an böylə qafil olmuyorlar. Və həmçinin həqiqi millətçilər qeyri millətlərin arasında olan gözəl sifətləri, gözəl adətləri, gözəl binaları öz milləti üçün imtisal edüb (örnək bilib), millətini bu gunə şeyləri əxz etməyə təhrik və təşviq etməkdən çəkinmiyorlar”. Əhməd bəy Ağayev. Millət və millətçilik. – Tərəqqi, 22 yanvar 1909, № 16, s. 2.
İSLAMA GÖRƏ VƏ İSLAMİYYƏTDƏ QADIN” əsərində Ə. Ağaoğlu yazırdı: Quranın tekisti İslamın peyğəmbəri, onu ilk dəfə Xristosun təlimi ilə tanış etmiş sabinləri necə də nəcib minnətdarlıq hissləri ilə xatırlayır. İsanın iztirabları haqqında, Onun mövludu, Məryəm, “İlahi ruh”un anası haqqında bəhs olunan yerlər elə dərin həyəcan, şəfqət və ehtiram ifadə edir, o qədər ülvi və əzəmətlidir ki, buna Quranın üslubunda nadir hallarda rast gəlmək olar.
Müsəlmanlar arasında Məryəm bəzi xristian sektalarda olduğundan daha hörmətlidir. O, Allahın seçdiyi günahsız, saf bir qızdır; Məhəmməd ona qarşı dərin ehtiram hissləri bəsləyir; öz qızı Fatimə haqqında o deyir: “İlahi ruhun anası olan Məryəmdən sonra Fatimə ikinci qadındır”. O, İsanın təlimini özünəməxsus tərzdə dərk etmişdi və Məhəmmədin yaratdığı din, onun təbirincə, İsanın dininin təhrif olunmasına qarşı etirazın təzahürü idi; Quranda tez-tez təkrar olunur: “Mən İsanın təliminin həqiqətlərini bərpa etmək üçün gəlmişəm”.