Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


AZƏRBAYCANDA YAŞLI İNSANLARIN SOSİAL-



Yüklə 300,9 Kb.
səhifə47/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   43   44   45   46   47   48   49   50   ...   61
AZƏRBAYCANDA YAŞLI İNSANLARIN SOSİAL-

İQTİSADİ VƏZİYYƏTİNİN AXŞILAŞDIRILMASI

İSTİQAMƏTİNDƏ DÖVLƏT SİYASƏTİ
Balayeva Ayşəm Nazim q.

BDU-nun II kurs magistrantı
Yaşlılıq sosial problemlər arasında yer alan və tarixin bütün dövrlərində sosial problem olaraq görülən bir faktdır. Yaşlılıq- fərdin fiziki və koqnitiv funksiyalarında geriləmə, sağlamlığın, gənclik və gözəlliyin, məhsuldarlığın, cinsi həyatın, gəlir səviyyəsinin, rol və statusun, müstəqilliyin, əlaqələrin, sosial həyatın və sosial dəstəklərin azalması və itkisi kimi bu dövrə xas bir çox problemin yaşandığı itkilər dövrüdür [5, s. 24].

Ümümdünya Səhiyyə Təşkilatı yaşlılığı insanın ətrafa uyğunlaşma bacarığının yavaş-yavaş azalması olaraq təyin edir. OECD ( Organisation for Economic Co-operation and Development), 1992-ci ildə yaşlını davranış və ehtiyacları dəyişən heterogen bir qrupdan ibarət 65 yaşdan yuxarı insanlar olaraq təyin etməkdədir. ÜST da yaşlı kateqoriyasını xronoloji yaş istiqamətində 60-74 olaraq müəyyənləşdirmişdir. Hüquq və iş həyatı baxımından yaşlılıq bir insanın əmək qabiliyyətinin və məhsuldarlığının azaldığı və təqaüdçü olduğu dövr olaraq ifadə edilməkdədir, addətən də sərhədi 60-65 yaş olaraq qəbul edilmişdir [6].

Dünya ölkələrinin çoxunda olduğu kimi Azərbaycanda da əhalinin yaşlanma prosesi müşahidə olunur. 1950-2010 –cu illər ərzində 65 yaşdan yuxarı olan əhali kontingentinin sayı 5% -dən 8% -ə qədər artıb. Sosiogerontoloqların fikrinə görə, 2050-ci il üçün bu rəqəmin 10% -ə çatacağı gözlənilir. Azərbaycanda isə bu göstəricinin 2050-ci ilədək 12% -ə qədər artacağı proqnozlaşdırılır.

Qeyd edilənlər Respublikamızın demoqrafik inkişafında qocalma prossesinin

baş verdiyini təsdiqləyir. Azərbaycan Respublikası bütün inkişaf etmiş ölkələrin keçmiş olduğu demoqrafik keçid mərhələsinə qədəm qoymuş ölkələr sırasındadır. Bu keçid prossesini artıq yaşamış ölkələrdə qocalma prosesinin yaratdığı mühüm sosial-iqtisadi problemlərlə Azərbaycanın da yaxın onilliklər ərzində üzləşəcəyini gözləmək mümkündür. Bu isə öz növbəsində nəinki iqtisadi, hətta sosial nəticələrə gətirib çıxarır. Həmin nəticələrin aradan qaldırılması, ahılların vəziyyətinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mühüm addımlar atılır.

Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006- cı il 17 aprel tarixli sərəncamı ilə “Ahıl Vətəndaşların Sosial Xidmətinin Gücləndirilməsi üzrə” Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqram BMT-nin Baş Assambleyasının əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planından ( Madrid, 12 aprel 2002-ci il) irəli gələn vəzifələrə əsaslanaraq hazırlanmışdır. Dövlət Proqramının əsas məqsədi ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə nail olmaqdır. Dövlət Proqramında bir çox vəzifələr qarşıya qoyulmuşdur. Bura ahıl vətəndaşların sosial təminatı sahəsində hüquqların artırılması, onların cəmiyyətin sosial-iqtisadi və siyasi həyatında iştirakının təmin edilməsi, sosial-mədəni tələblərinin ödənilməsi, sağlamlıqlarının qorunması, qocalma probleminin həll olunması istiqamətində dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun sıx əməkdaşlıqlarının təmin edilməsi kimi vəzifələr daxildir (prez).

2008- ci ildə “2008-2013 –cü illərdə Azərbaycanda Yoxsulluğun Azadılmsı və Davamlı İnkişaf” Dövlət Proqramı təsdiqlənmişdir. Bu və ya digər Dövlət Proqramlarında sosial cəhətdən xüsusilə həssas qrup olan ahılların sosial müdafiəsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub.

Geniş mənada sosial müdafiənin üç əsas elementi vardır. Birinci element vətəndaşlar gəlir əldə etmək imkanlarını itirdikdə (qocalıq, xəstəlik və işsizlik səbəbindən) onların müdafiəsini nəzərdə tutan sosial sığorta sistemidir. Sosial sığorta sistemi (əmək pensiyaları və sosial sığorta muavinətləri) vətəndaşların işlədikləri zaman vətəndaşlar və işəgötürənlər tərəfindən edilən sığorta ödənişlərinə əsaslanır. Sosial müdafiənin digər elementi sığortası və hər hansı gəlir mənbəyi olmayan, yaxud gəlirinin məbləği qəbul olunmuş meyarlar baxımından yetərli olmayan aztəminatlı insanlara dövlət büdcəsi hesabına ödənilən ünvanlı dövlət yardımından və sosial müavinətlərdən ibarət sosial yardım sistemidir.

Sosial müdafiənin üçüncü elementi sosial cəhətdən xüsusilə həssas əhali qruplarına (qaçqınlar və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olan uşaqlar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, tənha ahıl vətəndaşlar və s.) sosial müdafiə və xüsusi sosial tədbirlər sistemidir.

2008-2015-ci illər üçün sosial müdafiə sahəsində prioritet sığorta-pensiya sisteminin təkmilləşdirilməsi;ünvanlı dövlət sosial yardımının və sosial müavinətlər sisteminin təkmilləşdirilməsi;əhalinin xüsusilə həssas qruplarının sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi kimi istiqamətlərmüəyyənləşdirilmişdir [1].

Pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir. Ölkənin pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması sosial siyasətin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Ötən illər ərzində həyata keçirilən islahatlarla Azərbaycanda müasir və sosial baxımdan yüksək səmərəyə malik pensiya təminatı sisteminin yaradılmasına nail olunmuşdur. Ölkəmizdə yaşlı insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların layiqli həyat yaşamlarının təmin olunması məqsədilə bu sahədə bir çox qanunlar qəbul olunmuşdur.

"Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il) insanların rifahının yaxşılaşdırılması, onun dövlət səviyyəsində təmin olunması istiqamətində atılan addımlardan biridir. Bu qanuna görə, Respublika ərazisində daimi yaşayan və pensiya təminatı üçün tələb olunan iş stajının üçdə ikisini Azərbaycan Respublikasının ərazisində toplamış olan digər dövlətlərin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin də pensiya təminatı hüququ vardır. Bu Qanunla vətəndaşlara aşağıdakı pensiyalar təyin edilir:

a) əmək(sosial sığorta) pensiyaları: yaşa (qocalığa) görə; əlilliyə görə; ailə başçısını itirməyə görə;xidmət illərinə görə;

b) sosial pensiyalar [3].

Vətəndaşların pensiya təminatının yaxşılaşdırılması, davamlı inkişaf edən sosial-iqtisadi şəraitə uyğunlaşdırılması məqsədilə bu sahədə davamlı islahatlar həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il “ 04 “ noyabr tarixli Sərəncamı ilə “2014-2020-ci illərdə Azərbaycan Respublikasında Pensiya Təminatı Sisteminin İslahatı Konsepsiyası” təsdiq edilmişdir. Bu Konsepsiya əhatə etdiyi dövrdə pensiya təminatı sahəsində dövlət siyasətinin əsaslarını müəyyənləşdirir. Pensiya təminatı sisteminin islahatının əsas məqsədləri aşağıdakılardır:

1. Pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması;

2. pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi;

3. pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi [4].

Azərbaycan Respublikasının prezidentinin sərəncamlarına uyğun olaraq yaşlı insanların rifahının təmin edilməsi, onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə pensiyalar müvafiq illərdə bir neçə dəfə artırılmışdır. Bu da dövlətin yaşlılara göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycanda yaşlı insanların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə mühüm işlər görülməkdədir.

Ədəbiyyat


  1. “Ahıl Vətəndaşların Sosial Xidmətinin Gücləndirilməsi üzrə” Dövlət Proqramı; president.az/articles/13330

  2. “ 2008-2013 –cü illərdə Azərbaycanda Yoxsulluğun Azaldılmsı və Davamlı İnkişaf ” Dövlət Proqramı;sei.az/upload/files/2008-2013 dovlet programi.pdf

  3. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu; http://www.president.az/documents/orders/

  4. “2014-2020-ci illərdə Azərbaycan Respublikasında Pensiya Təminatı Sisteminin İslahatı Konsepsiyası”; president.az/articles/13330

  5. KONAK, A., ÇİĞDEM, Y. (2005). “Yaşlılık olgusu: Sivas Huzurevi Örneği”, C.Ü. Sosyal Bilimler Dergisi, 29 (1): 23-63.

  6. http://www.who.int/mediacentre/factsheets/fs369/en/



Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin