Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 300,9 Kb.
səhifə50/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   46   47   48   49   50   51   52   53   ...   61
İDARƏETMƏDƏ STRATEGİYALAR VƏ

ONLARIN TƏYİNATI
Hacıyev Vüqar

BDU-nun II kurs magistrantı

E-mail.vuqar.hacı.89@mail.ru
Müasir şəraitdə təsərrüfat fəaliyyətinin səmərəli həyata keçirilməsi və perspektiv inkişafının təmin edilməsi təşkilatlarda strateji idarəetmənin tətbiqindən, missiya və məqsədlərin müəyyən edilməsindən,xarici və daxili mühitin tətqiq olunmasından və baş verən dəyişikliklərin araşdırılmasından,alternativ strategiyaların seçilməsindən və reallaşdırılmasından əhəmiyyətli dərəcədə asılıdır. Strateji menecment müəssisənin idarə edilməsi prosesinin ilkin mərhələsi olaraq idarəetmənin bütün funksiyalarınıözündə ehtiva edir.

Yaxşı strateji idarəetmə müəssisəni gələcəyə istiqamətləndirir,uzunmüddətli inkişaf istiqamətlərini və biznesdə öz mövqeyini müəyyən eməyə imkan verir.Strateji idarəetmənin nəticələri müəssisənin bazarda qazandığı mövqeyində və iqtisadi-maliyyə göstəricilərinin uzunmüddətli meyllərində təzahür olunur.Təşkilatın strateji idarəedilməsi onun uzun müddətli inkişafının təımin edilməsinin əsasıdır.Strateji idarəetmə təşkilatın missiyası,onun plan və proqnozlaşdırılmasının, məqsədlərinin, strategiyalarının təsərrüfatçılıq metodlarının və funksiyalarının yerinə yetirilməsi ilə bağlıdır.Strateji idarəetmə dedikdə təşkilatın qarşısında duran məqsədlərə nail olmaq üçün spesifik strategiyaların işlənib hazırlanmasına yənəldilən idarəetmə qərarlarının və praktiki hərəkətlərin məcmusu başa düşülür.

Strateji idarəetmə strateji səviyyədə təşkilatın idarə edilmsi problemləri ilə əlaqədar olan əsələlərin geniş dairəsini əhatə edir.Strateji idarəetmə təşkilatda ardıcıl işlənmiş kompleks prosesdir. Bu prosesin əsas vəzifəsi təşkilatlarda yeniliklərin və dəyişikliklərin qaneedici dərəcədə təmin edilməsindən ibarətdir. Bu prosesin əsas elementi kimi təşkilatın strategiyası çıxış edir.Bazar iqtisadiyyatı şəraitində işləyən hər hansı firma öz məhsullarının vaxtında satışını daim mənfəət təminatı kimi təmin etməyə çalışır.

Bunun üçün o, a) bazarın konyunkturuna; b) rəqabətə; c) özünün resurs imkanlarına adekvat olan uzunmüddətli fəaliyyət proqramını işləyib hazırlayır.Bu cür proqram firmanın strategiyasını əks etdirir. Strategiya – mövcud imkanlarla qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü firmaya zəruri olan uzunmüddətli hərəkətlərin ümumiləşdirici modellərdir. İqtisadi təşkilata şamil edildikdə, bu, onun başlıca məqsədlərinin və bu məqsədlərə nail olmanın əsas üsullarının məcmusudur. Firma fəaliyyət strategiyasını işləyib hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir. Strategiyaya müxtəlif təriflər verilir ama ən əsası aşağıdakıdır:

“Strategiya – bazarlarda mövqelərin qazanılması,möhkənlənməsi və alıcıların tələbatlarının səmərəli surətdə ödənilməsi vasitəsilə məqsədlərə nail olmağa istiqamətlənmiş tədbirlərdən ibarət olan plandır”

Strategiya anlayışı menecmentə hərbi sahədən gəlmişdir.Əvvəllər o,müəyyən siyasətin həyata keçirilməsini və bunun üçün bütün mümkün vasitələrdən istifadə edilməsini əks etdirirdi.Menecment baxımından bu uzunmüddətli vəzifələrin həllinə və uzunmüddətli planların hazırlanmasına yönəlmişdir.Bu halda strategiya dedikdə,əsas etibarilə resursların və malların böyük kütləsinin idarə edilməsi başa düşülür.XX əsrin 70-ci illərinin ortalarından rəqabətin təzyiqi artmış və təşkilatlar malların böyük kütləsinin idarə edilməsində tədricən aralanmış,onların strategiyaları isə bir neçə növə parçalanmışdır.

Biznesin idarə edilməsinin əsasını onun strategiyasının işlənib hazırlanması, onun şirkətin spesifikasına adaptasiyası və onun reallaşdırılması təşkil edir.Şirkətin strategiyası bazarda şirkətin mövqeyini möhkəmləndirməli və qüvvəərin koordinasiyasını, istehlakçıların cəlb edilməsini və tələblərinin ödənilməsini, uğurlu rəqabət və qlobal məqsədlərə nail olunmasını təmin edəcək idarəetmənin kompleks planıdır.

Başqa sözlə, strategiya şirkətin inkişaf yollarının, bazarların, rəqabət metodlarının və biznesin aparılmasını seçməsini bildirir. Strategiya məhsuldarlığın oriyentirlərini, rəqabət üstünlükləri haqda təsəvvür, alıcıların tələbatının ödənilməsi və yüksək məhsuldarlığa nail olma üçün hərəkət planı yaradır. Ciddi dürüstləşdirilmiş strategiya olmadan təşkilatın fəaliyyəti öz mahiyyətini, rəqabət qabiliyyətini itirir, daxili durğunluğa və nəticələrin pisləşməsinə doğru gedir.


Ədəbiyyat
1. Abbasovİ. Menecment.Bakı: 2013.

2. AğayevS. Sahibkarlıq fəaliyyətində maliyyə menecmentinin təşkili.Bакı: Еlm




Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin