Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


ALİ TƏHSİL SİSTEMİNDƏ FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ METODLARI



Yüklə 300,9 Kb.
səhifə48/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   44   45   46   47   48   49   50   51   ...   61
ALİ TƏHSİL SİSTEMİNDƏ FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ METODLARI

Məmmədzadə Rövşanə Yaşar q.

BDU-nunII kurs magistrantı
Müasir zamanda ali təhsil sistemində və milli sistemlərin formalaşdırılması prosesində fəaliyyətin qiymətləndirmə metodlarının inkişafı geniş yayılaraq özünə müvafiq yeri tutmuşdur. fəaliyyətin qiymətləndirilmə metodlarının araıdırılması prosesi ali məktəblərin 80 faizində getmişdir. İlk olaraq bu proseslər iqtisadiyyat, mühəndislik və texnologiya sahəsinə kadr hazırlığını həyata keçirən universitetlərdə getmişdir. Ali məktəblərdə keyfiyyəti qiymətləndirmə inkişaf etdikcə keçid müşahidə olunur və bu zaman daxili və xarici qiymətləndirmə anlayışları meydana çıxır. Xarici qiymətləndirmənin məqsədləri ilə tanış olaq:

  • Ali məktəblərdə təhsil hesabatı

  • Təhsilin keyfiyyətinin yüksəldilməsi

  • Şəffaflığın təmin edilməsi

  • Milli və beynəlxalq müqayisələrə nail olması

  • Təhsil müəssisələrinin dərəcələrə bölünməsi

Bir sıra ölkələrdə xarici qiymətləndirmə prosedurlarında tələbələr fəal iştrak edirlər. Avropa Tələbələr Birliyinin ilə avropa Keyfiyyətə Nəzarət Şəbəkəsi arasında əlaqələr daim inkişaf edir. Fəaliyyəti qiymətləndirmə məsuliyyəti ali təhsil müəssisəsində keçidi təmin edir.

Hazırda Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranmışdır. Yeni qiymətləndirmə sisteminin hazırlanması Təhsil Sektorunun İnkişafı layihəsində prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur.

Təlim və tədris prosesinin təkmilləşdirilməsi, ölkə üzrə şagirdlərin nailiyyətləri barədə obyektiv məlumatların əldə edilməsi, habelə dövlət təhsil standartlarının monitorinqinin həyata keçirilməsi üçün müasir qiymətləndirmə mexanizmlərinin yaradılması mühüm vəzifə kimi irəli sürülür. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici təhsil alanların təlim nəticələri olduğundan, həmin nəticələrin obyektiv qiymətləndirilməsi də keyfiyyəti üzə çıxaran ən etibarlı mənbə hesab olunur.

Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası ölkədə yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələləri ilə bağlı tədbirləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Sənədin əsas məzmunu qiymətləndirmə fəaliyyətinin qanuniliyini təmin edən prinsiplərin müəyyənləşdirilməsinə, bu fəaliyyətin aparıcı istiqamətlərinin təyin edilməsinə, qiymətləndirmə tədbirlərini həyata keçirən qurumların sosial statusunun gücləndirilməsinə, qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsinə yönəldilmişdir. Bu sənəd çərçivə sənədi kimi, Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramının tələblərinə və dövlətin təhsil siyasətinə, qiymətləndirmənin müasir dünya standartlarına uyğun hazırlanmışdır və yeni qiymətləndirmə sisteminin prinsipləri üçün baza rolunu oynayır. Sənəddə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmənin əsas prinsipləri və fəaliyyət sahələri şərh edilir. Konsepsiyada qiymətləndirmə növlərinin hər birinin etibarlılığını və effektivliyini təmin etmək üçün dəqiq qaydalar və əsasnamələr formasında əlavə sənədlərin hazırlanması da nəzərdə tutulur.

Konsepsiya Azərbaycanda ümumi təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədi ilə hazırlanmış milli kurrikulum çərçivə sənədi ilə bilavasitə əlaqəlidir və onun tərkib hissəsini təşkil edir. Qiymətləndirmə mexanizmlərinin və vasitələrinin yaradılması təhsilin məzmun standartları və fənn kurrikulumları hazırlandıqdan sonra növbəti mərhələlər hesab olunur.

Yeni qiymətləndirmə sistemi aşağıdakıları təmin edir:



  • Təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini

  • Təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı məlumat verilməsini

  • Qiymətləndirmə vasitəsilə tələbənin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə etmək

  • Təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsini inkişaf elətdirmək

  • qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişaf etdirmək.

Azərbaycanda nəzərdə tutulan təhsil və qiymətləndirmə siyasəti ümummilli maraqları əks etdirməklə yanaşı, əsaslı islahatyönümlü tədbirlərin həyata keçirilməsi zərurətini şərtləndirir. XX əsrin sonlarında dünyada gedən siyasi, iqtisadi və sosial dəyişikliklər bilavasitə aşağıdakı konkret məqsədlərin reallaşdırılmasını tələb edir:

- İdarəetmənin daha demokratik üsullarına keçilməsi

- Ölkədə açıq vətəndaş cəmiyyətinin qurulması

- İnkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlığın təmin edilməsi

- Beynəlxalq bazar münasibətlərinin və iqtisadi rəqabət şəraitinin yaradılması

- Milli özünəqayıdış hisslərinin aşılanması.

Hazırda bir çox ölkələrin ali təhsil sistemlərində yeni qiymətləndirmə modellərinin qurulması, öyrənənlərin təhsil nailiyyətlərinin qeydiyyatının aparılması və təhsil pillələri üzrə buraxılış imtahanlarının təşkili ilə bağlı genişmiqyaslı islahatlar aparılır. Bunların əsas xarakterik xüsusiyyətləri aşağıdakı kimi səciyyələndirilir:


  • Qiymətləndirmə və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi, bununla əlaqədar vaxtı keçmiş mövcud üsullardan imtina edilməsi

  • İmtahanların ədalətli və şəffaf keçirilməsi istiqamətində daha mütərəqqi üsulların seçilməsi

  • Yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi üzrə təhsil sistemi çərçivəsində müvafiq təşkilatların yaradılması

Ədəbiyyat


  1. Azərbaycan Respublikasının Ümum Təhsil Sistemində Qiymətləndirmə Konsepsiyası

  2. M.İsmixanov, R.Bəxtiyarova “ Ali məktəb pedaqogikası”

  3. A.O.Mehrabov “ Azərbaycan təhsilinin müasir problemləri”

  4. Ali təhsilin bakalavr pilləsində tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi üzrə metodik göstəriş

  5. Azərbaycan Respublikasının Təhsil Qanunu


Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin