Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Uzbay İT. Alkoller. In: Rasyonel Tedavi Yönünden Tıbbi Farmakoloji Kayaalp, S.O. (ed.), 12. Baskı, Pelikan Yayıncılık, Ankara, 2009



Yüklə 300,9 Kb.
səhifə10/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   6   7   8   9   10   11   12   13   ...   61
NOOSFERƏ MÜXTƏLIFASPEKTDƏNYANAŞMALAR
SadıxovaKəminə Elbrusqızı BDU-nunIIkursmagistrantı
Noosferə dairyanaşmalardamüxtəliflikolmuşdur. Müasirdövrümüzdə də noosfertermini ətrafındamüzakirələrgetməkdədir. Noosferinobyektivhalyaxudabstraktkateqoriyaolması məsələsiilə başlayanmüzakirələrnoosfertermininə müxtəlifmənalarverilməsinə səbəbolurdu. Bumənalariçərisində önə çıxanları ikiyanaşmaidi. Bunlardanbirincisi, noosferibiosferkimiYerkürəsinincoğrafi, fiziki örtüyü qəbuletməkdir. Əsasroluisə “şüurluinsan”ınfəaliyyətiilə başlamaqolar. Diqqətyönəldilməliməqamisə biosferininsantərəfindən öyrənilməsinoosferinyaranmasıdır. Digər yanaşma isə noosferin bir layihə kimi, ideal kimi dərk edilməsidir. İnsanın elə bir halının təşkil olunmasıdır ki, o tam anlamında düşüncəli olsun. Həm biosferin, həm də insanın optimal inkişafını təmin etsin.

Bu baxışlar içərisində ən diqqət çəkənləri Teyyar de Şardenin idealist və Vernadskinin materialist yanaşmasıdır. Bu yanaşmaların hər biri noosferi özlərinə məxsus şəkildə tədqiq etmişlər. Onların noosfer anlayışlarında müəyyən oxşar məqamlar olsa da, fərqliliklər də özünü göstərməkdə idi. XX əsrin 20-ci illərindən Teyyar de Şarden noosfer terminini elmə daxil etmiş və onu öz tədqiqatının predmetinə çevirmişdir. Teyyar de Şarden noosferə ideal bir törəmə kimi baxmışdır. Onu Yer kürəsini əhatə etmiş amorf təbəqə kimi təhlil etmişdir.

O, biosferdənkənardaqalan örtüyü noosferadlandırırdı. Yəni noosfer anlayışını maddiləşdirməkdən olduqca uzaq idi. Teyyar de Şardenin sözlərinə diqqət yetirək: “Yer nəinki saysız-hesabsız fikir zərrələri ilə örtülmüşdür. O, həm də kosmik miqyasda funksional surətdə yeganə zərrə təşkil edən vahid bir geniş düşüncə örtüyünə bürünmüşdür.” T.de Şarden planetin təkamülünə nəzarət edən kollektiv şüuru noosfer adlandırırdı.

Noosferə, onun fəlsəfi aspektlərinin təhlilinə digər yanaşma V.İ.Vernadski tərəfindən irəli sürülmüş materialist konsepsiyadır. Vernadskinin bu anlayışın genişləndirilməsində xidməti əvəzsiz olmuşdur. Noosfer anlayışını inkişaf etdirərək onun mahiyyətini aydınlaşdırmışdır.

Vernadskinin noosfer haqqında nəzəriyyəsinin əsasında dayanan əsas ideyaların biri ondan ibarətdir ki, insan ayrıca qanunlarla yaşayan bir varlıq deyil və o, təbiətin tərkibində olmaqla onun bir hissəsidir. İnsan özlüyündə təbii hadisədir. Buna görə biosferin təsiri tək həyat tərzinə deyil, həm də düşüncəsinə təsir edir. Lakin tək təsir təbiətdən insana deyil. Bu təsir məlum olduğu kimi qarşılıqlı olur. V.İ.Vernadskinin insanlığın inkişafındakı rolu haqqında fikirləri, onun biosferin noosferə keçməsi məqamının detallarını izahı müasir dövr üçün də aktualdır.

Vernadski biosferin noosferə çevrilməsini sosial hadisə olaraq qiymətləndirirdi. Və bildirirdi ki, bu tip sosial problemin həlli təbiət elmlərindən əldə olunan biliklərlə izahla kifayətlənə bilməz. İzahın hərtərəfli olması üçün insan haqqında elmlərin də informasiyalarından faydalanmaq lazımdır.

V.İ.Vernadskinin noosferin izahında irəli sürdüyü fikirlər noosferi sosial problematikanın əsas məsələlərindən birinə çevirmişdir. Noosferin sosial problematikanın predmetinə çevrilməsi onun izahı üçün yeni mərhələ hesab edilirdi. Bu yeni səviyyə cəmiyyətin inkişaf mərhələlərində digər elmlərin roluna diqqət yetirməyə imkan vermişdir. Tədricən noosfer ideyası dünyanın bir çox alimlərini cəlb etdi. Buna səbəb isə onun əhəmiyyətindən və qlobal xarakterli olmasından irəli gəlir. İnsanlar müəyyən zaman keçdikdən sonra şüurlarının inkişafı ilə əlaqədar olaraq özlərinin vahidliyini dərk edir və inkişafda noosfer yoluna keçməyə cəhd edirlər.


Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin