Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə29/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   25   26   27   28   29   30   31   32   ...   62
6 Biologiya-kurikulum

Karusel 


35 
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. 
Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur 
və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə 
qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda 
öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif
cavabları müzakirə edir. Məsələn: Dərman bitkiləri,
zərərli vərdişlər, bioloji 
proseslərin pozulma səbəbləri, bitki və heyvanların insan sağlamlığında rolu,
yoluxucu xəstəliklər, müxtəlif bitki qruplarının tədrisinə dair mövzularda bu 
üsuldan istifadə edilə bilər. 
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 
 
Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün 
müəllimlərin fəaliyyət istiqamətidir. 
Uzun illər ərzində müəllimlər hər bir fənn üzrə hazır illik planlaşmadan 
istifadə etmişlər. Hazırki kurikulumlar isə müəllimlərə planlaşma aparmaqda tam 
sərbəstlik verir. Təbii ki, bu planlaşmanı kor-koranə aparmaq qeyri-mümkündür. 
Bunun üçün müəllimdə bir sıra bacarıqların olması vacibdir.
Tədris vahidi və mövzuların ardıcıllığının düzgün müəyyənləşdirilməsi 
mühüm bacarıqlardan biridir. Müəllim bu ardıcıllığı müəyyənləşdirərkən bir neçə 
prinsipi nəzərə almalıdır. Təbii ki, birinci prinsip məzmun ardıcıllığı baxımından 
sadədən mürəkkəbə, asandan çətinə doğru getmək olmalıdır. Bunun üçün müəllim 
əvvəlcə dərslikdə verilən ardıcıllığa diqqət yetirməlidir. Lakin bu ardıcıllıq onu 
qane etmirsə, mütləq özü bu ardıcıllığı müəyyən etməlidir. Ardıcıllıq müəyyən 
olunarkən nəzərə alınmalıdır ki, əvvəlcə, öyrədiləcək anlayışlardan gələcəkdə 
öyrəniləcək məsələlərdə istifadə edilə bilsin. Məsələn, kurikuluma əsasən VIII 
sinifdə “4.1.1. Mühit amilləri və onun insan orqanizminə təsirini şərh 
edir“standartına əsasən “Ekoloji amillər ” mövzusunu tədris etməmiş “Ekoloji 
amillərin insan orqanizminə təsiri” mövzusunun tədrisi mümkün deyil. 
Planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan ikincisi 
mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını müəyyən etməkdir. Biologiya 
fənninin bir çox fənlərlə inteqrasiyası mümkündür. Belə ki, biologiya fənn 
kurikulumu üçün fənlərarası inteqrasiya cədvəli işlənib hazırlanmışdır. Bu 
cədvəldə biologiya fənninin digər fənlərlə inteqrasiyası göstərilmişdir. Biologiya 
müəllimi mövzuların ardıcıllığını müəyyən etdikdən sonra bu mövzuların 
inteqrasiyasını müəyyənləşdirməlidir. Buradan belə bir sual meydana çıxa bilər ki, 
əgər müəllimçün vəsaitdə hər bir mövzu üzrə inteqrasiya verilibsə, yenidən 
inteqrasiya cədvəlindən istifadə etmək nə dərəcədə müəllimə lazımdır. Bu suala 
yalnız belə bir cavab verə bilərik ki, hər bir sinifdəki şagirdlərin səviyyəsi, 
maraqları müxtəlifdir. Bu baxımdan müəllim tam sərbəst olaraq yuxarıda qeyd 
olunan məsələləri nəzərə almalı, özü inteqrasiya imkanları müəyyənləşdirməlidir. 
Məsələn, X sinifdə verilən “1.1.2. Canlıların kimyəvi tərkibində baş verən 
dəyişiklikləri şərh edir, təqdimatlar hazırlayır” standartı kimyanın X sinif 1.2.1.; 
2.1.1.; 2.2.1.; fizikanın 1.1.1.; 2.1.1.; 2.1.3. standartları ilə inteqrasiya oluna bilər. 
Perespektiv planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan 
biri də mövzuya uyğun resursların seçilməsidir. Biologiya fənninin tədrisində ən 


36 
mühüm əyani vəsait isə müxtəlif məzmunlu tablolar, mikroskop, lupa, laboratoriya 
avadanlıqları, elektron dərsliklər, herbari və s. Müəllim mövzunu, inteqrasiyanı 
müəyyənləşdirdikdən sonra təxmini olaraq resursları da müəyyənləşdirməyi 
bacarmalıdır.
Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü vaxt bölgüsü 
aparmaqdır. Bunun üçün həmin sinifdə biologiyanın tədrisinə ayrılan ümumi dərs 
saatına toxunmamaq şərtilə müəllim daha vacib, eyni zamanda şagirdlərin çətin 
qavradıqları mövzulara çox, asan mövzulara isə az vaxt ayıra bilər.
Biologiya fənninin perspektiv planlaşdırması aşağıdakı cədvəldə verildiyi 
məsələlər nəzərə alınmaqla aparılmalıdır: 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin