Azərbaycan respublikasinin



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə48/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   44   45   46   47   48   49   50   51   ...   88
AR Konsititusiyası

YERLİ ÖZÜNÜİDARƏETMƏ 

I X   f ə s i l  



BƏLƏDİYYƏLƏR 

M a d d ə   1 4 2 .   Yerlərdə özünüidarənin təşkili 

I. Yerli özünüidarəni bələdiyyələr həyata keçirir. 

II. Bələdiyyələr seçkilər əsasında yaradılır. 

III.  Bələdiyyələrin  statusunun əsasları  bu  Konstitusiya ilə,  bələdiyyələrə  seçkilərin 

qaydaları isə qanunla müəyyən edilir. 

 

 



M a d d ə   1 4 3 .   Bələdiyyələrin işinin təşkili 

I. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata 

keçirir. 

II. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır. 

M a d d ə   1 4 4 .   Bələdiyyələrin səlahiyyətləri 

I. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 

1)  bələdiyyə  üzvlərinin  səlahiyyətlərinin  tanınması,  qanunla  müəyyən  edilmiş 

hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi; 

2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi; 

3)  bələdiyyənin  sədrinin  və  onun  müavinlərinin,  daimi  və  başqa  komissiyaların 

seçilməsi; 

4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; 

5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi; 

6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; 

7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi; 

8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi; 

9) yerli ekoloji proqramların qəbul və icra edilməsi. 

II. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər 

də verilə bilər . Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri 

maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq 

qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər. 

M a d d ə   1 4 5 .   Bələdiyyələrin qərarları 

I. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. 

II. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 

III.  Yerli  vergilər  və  ödənişlər  ilə  bağlı  qərarlar  bələdiyyə  üzvlərinin  üçdə  iki  səs 

çoxluğu ilə qəbul edilir. 

M a d d ə   1 4 6 .   Bələdiyyələrin müstəqilliyinin təminatı


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin