Azərbaycan respublikasinin


  M a d d ə   3 3 .   Mənzil toxunulmazlığı hüququ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə8/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   4   5   6   7   8   9   10   11   ...   88
AR Konsititusiyası

15

 

M a d d ə   3 3 .   Mənzil toxunulmazlığı hüququ 



I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 

II.  Qanunla  müəyyən  edilmiş  hallar  və  ya  məhkəmə  qərarı  istisna  olmaqla, 

mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 

M a d d ə   3 4 .   Nikah hüququ 

I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. 

II.  Nikah 

könüllü  razılıq  əsasında  bağlanılır.  Heç  kəs  zorla  evləndirilə  (ərə  verilə) 

bilməz.  

III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə 

edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. 

IV.  Ər  ilə  arvadın  hüquqları  bərabərdir.  Uşaqlara  qayğı  göstərmək,  onları  tərbiyə 

etmək valideynlərin həm hüququ, həm də borcudur. 

V.  Valideynlərə  hörmət  etmək,  onların  qayğısına  qalmaq  uşaqların  borcudur.  18 

yaşına  çatmış  əmək  qabiliyyətli  uşaqlar  əmək  qabiliyyəti  olmayan  valideynlərini 

s

axlamağa borcludurlar. 



M a d d ə   3 5 .   Əmək hüququ 

I. Əmək fərdi və ictimai rifahın əsasıdır. 

II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, 

peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.  

III. Heç kəs zorla işlədilə bilməz. 

IV.  Əmək  müqavilələri  sərbəst  bağlanılır.  Heç  kəs  əmək  müqaviləsi  bağlamağa 

məcbur edilə bilməz. 

V.  Məhkəmə  qərarı  əsasında  şərtləri  və  müddətləri  qanunla  nəzərdə  tutulan 

məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə 

yetirilməsi  ilə  əlaqədar  işlətmək,  fövqəladə  vəziyyət  zamanı  və  hərbi  vəziyyət 

vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. 

VI.  Hər  kəsin  təhlükəsiz  və  sağlam  şəraitdə  işləmək,  heç  bir  ayrı-seçkilik 

qoyulmadan  öz  işinə  görə  dövlətin  müəyyənləşdirdiyi  minimum  əmək  haqqı 

miqdarından az olmayan haqq almaq hüququ vardır. 

VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. 

VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. 

M a d d ə   3 6 .   Tətil hüququ 

I. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. 




II.  Əmək  müqaviləsi  əsasında  işləyənlərin  tətil  etmək  hüququ  yalnız  qanunla 

nəzərdə  tutulmuş  hallarda  məhdudlaşdırıla  bilər.  Azərbaycan  Respublikasının  Silahlı 

Qüvvələrində  və  digər  silahlı  birləşmələrdə  xidmət  edən  hərbi  qulluqçular  və  mülki 

şəxslər tətil edə bilməzlər.



16

 

III. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll 



edilir. 

IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin