41
M a d d ə 9 3 . Azərbaycan Respublikası Milli Məclisinin aktları
I. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə
Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir.
II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və
qərarlar bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.
III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu
şəxsən həyata keçirirlər.
IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra
hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
M a d d ə 9 4 . Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi
ümumi qaydalar
I. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi
qaydalar müəyyən edir:
1) bu Konstitusiyada
təsbit edilmiş insan və vətəndaş hüquqlarından və
azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;
2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;
3) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan
Respublikas
ı Milli Məclisinin deputatlarının statusu;
4) referendum;
5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;
6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;
7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;
8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;
9) dövlət təltifləri;
10) fiziki və hüquqi şəxslərin statusu;
11) mülki hüquq obyektləri;
12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;
13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi
rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;
14) ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;
15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər;
16) əmək münasibətləri və sosial təminat;
17) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların
törədilməsinə görə məsuliyyətin təyin edilməsi;
18) müdafiə və hərbi qulluq;
19) dövlət qulluğu;
20) təhlükəsizliyin əsasları;
21) ərazi quruluşu; dövlət sərhədi rejimi;
22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;
23) rabitə və nəqliyyat işi;
24) statistika, metrologiya və standartlar;
25) gömrük işi;
26) ticarət işi və birja fəaliyyəti;
27) bank işi, mühasibat, sığorta.
II. Bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs
çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.
III. Bu maddənin I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.
M a d d ə 9 5 . Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi
Dostları ilə paylaş: |