Azərbaycan Respublikasında Ekoloji üsullarla təmiz məhsul istehsalı, emalı, etiketlənməsi və marketinqi üçün standartlar


İNSPEKSİYA VƏ SERTİFİKATLAŞDIRMA SİSTEMLƏRİ



Yüklə 482,27 Kb.
səhifə3/7
tarix05.03.2017
ölçüsü482,27 Kb.
#10269
1   2   3   4   5   6   7

6. İNSPEKSİYA VƏ SERTİFİKATLAŞDIRMA SİSTEMLƏRİ
6.1 İnspeksiya və sertifikatlaşdırma sistemləri ekoloji yolla istehsal edilmiş ərzağın etiketlənməsını və onlar üçün qoyulan tələblərin yerinə yetirilməsini yoxlamaq üçün tətbiq olunur.

6.2 İnspeksiya və sertifikatlaşdırma sistemləri tədbirlərin tətbiqini, və ƏLAVƏ 3-də qeyd olunan digər ehtiyat tədbirlərini tətbiqini əhatə edir.

6.3 Yoxlama və sertifikatlaşdırma funksiyaları eyni sertifikatlaşdırma qurumu tərəfindən həyata keçirildiyi üçün, yoxlama və sertifikatlaşdırma fəaliyyətlərinin ayrılıqda izahı mövcuddur.
6.4 GABAda aşağıdakı məcburi kriteriyalar tətbiq edilir:
a) standart ümumi inspeksiya/sertifikatlaşdırma prosedurlarına əməl olunur, inspeksiya tədbirlərinin detallı şəkildə təsviri və təhlükəsizlik tədbirləri də bura daxildir, hansı ki, qurum/lar yoxlanışa məruz qalan sahibkarın boynuna qoymağa təşəbbüs edirlər;

b) qeyri-müntəzəmlik və pozuntular aşkar edilən hallarda cərimələr təyin edilir;

c) heyət ixtisaslıdır, administrativ və texniki avadanlıq, yoxlama təcrübəsi və etibar mövcuddur;

d) qurumun yoxlamaya məruz qalan işçi ilə üzbəüz obyektivliyi\ nəzərə alınmalıdır.

e) məxfilik prinsipi tətbiq olunur.

7. İXRAC / İDXAL
Bu standartda çox aydın işıqlandırılan ixrac və idxal problemləri ölkənin mövcud beynəlxalq öhdəçiliklərinə və beynəlxalq razılaşmalara əsaslanır.

Yuxarıda qeyd olunan öhdəçiliklər, ticarəti, kənd təsərrüfatını, ətraf mühiti, fitosanitariyanı, karantini, sağlamlığı, ekoloji kənd təsərrüfatını, və istehsal standartlarını əhatə edir.


Bu nöqteyi –nəzərdən GABA öz fəaliyyəti zamanı, cavabdehliyi və vəzifələri ilə bağlı işlərdə EEC 2092/91 və Codex Alimentariusun məsləhət və normalara əməl edəcək.
7.1 GABA öz müştərilərindən tələb edir ki, yerli, ixrac və idxal məhsullarını bazara paraqraf 1.1-də qeyd olunduğu kimi realizə etsinlər harada ki, sertifikat yoxlamanın nəticələrinə müvafiq olaraq istehsal sistemi, hazırlıqlar, marketinq sistemləri çərçivəsində və yoxlamaya əsasən, bu standartların qaydalarına əməl edilərək verilir.
7.2 Paraqraf 7 –yə əsaslanan orijinal nüsxədə olan sertifikat malı müşayiət etməlidir; bundan başqa GABA tələb edir ki, ixrac və idxalla məşğul olanlar sövdələşmə üçün olan sertifikatı yoxlama və audit üçün 2 ildən az olmamaq şərtilə saxlamalıdırlar.
7.3 Əgər ixrac və idxalla məşğul olanların ekoloji məhsulları bu standartların tələbllərinə cavab vermirsə beynəlxalq tənzimləmələrə müvafiq olaraq təhlükəsizlik təminatını qorumaq üçün həmin tərəflər öz ekoloji statuslarını itirmiş olurlar.
8. STANDARTIN CARİ ŞƏRHİ

Bu standarta ən azı ildə bir dəfə daxili audit zamanı düzəliş edilir. Avropa İttifaqı Əsasnaməsi 2092/91, USDA NOP, Kodeks Alimentarius və İFOAM kimi beynəlxalq ekoloji qanun və standartlarda gedən dəyişikliklər nəəzərə alınmalı və bu standartda da öz əksini tapmalıdır. Əgər hansısa dəyişikliklər ekoloji istehsalın həyata keçirilməsi prosesinə və sertifikatlaşdırma prosesinə mühüm və əhəmiyyətli təsir göstərirsə o zaman daxili yoxlama üçün qəbul edilmiş şərtlərdən asılı olmayaraq standartda bu təcili dəyişikliklər aparılır.Bu yanaşma GABA keyfiyyət sistemində davamlı yanaşmanı təmin edir.


GABA sertifikatlaşdırma qurumları öz müştərilərini standartlarda aparılan bu dəyişikliklər barəsində məlumatlandırır.

ƏLAVƏ 1. EKOLOJİ İSTEHSALIN PRİNSİPLƏRİ
A. BİTKİLƏR VƏ BİTKİ MƏHSULLARI

1. Bu ƏLAVƏ-də qeyd olunan prinsiplər torpaq sahələrində, təsərrüfat və təsərrüfat birliklərində keçid dövrü zamanı, bu standartın paraqraf 1.1(a)-də qeyd olunduğu kimi səpindən ən azı 2 il əvvəl olmaqla və ya əgər çoxillik bitkidirsə məhsul yığımından ən azı 3 il əvvəl tətbiq edilməlidir.


GABAın sertifikatlaşdırma qurumları bəzi hallarda (belə ki, iki il və daha artıq istifadəsiz qaldıqıa) əvvəlki torpaqdan istifadə fəaliyyətinə müvafiq olaraq bu müddəti uzada və ya azalda bilər, ancaq bu müddət 12 aya bərabər və ya ondan çox olmalıdır.
2. Keçid dövrünün müddətindən asılı olaraq o istehsal vahidi 6.2-də tələb olunduğu kimi istehsal müddətində bir dəfə başlaya bilər, və bu standartın Bölmə 4-nə müvafiq olaraq istehsal qaydalarını həyata keçirir.
3. Əgər bütün təsərrüfat eyni zamanda keçid dövrünü yaşamırsa bu standarta müvafiq olaraq təsərrüfat sahəsinin müvafiq keçid dövrü keçən yerlərində bu standartlar tətbiq edilə bilər.
Konvensional sistemdən ekoloji istehsala keçid o vaxt effektli olar ki, bu keçid müddətində standartlara müvafiq olaraq icazə verilən üsullardan istifadə edilsin. Əgər bütün təsərrüfat eyni zamanda keçid dövrünü yaşamırsa o zaman ərazi ƏLAVƏ 3, hissə A, paraqraf 3 və 11-də olduğu kimi hissələrə bölünməlidir.
4. Keçid dövründə olan ərazilər və ya artıq ekoloji istehsala keçid dövrünü başa çatdırmış ərazilər konvensional və ekoloji istehsala keçməklə növbələşdirilə (geriyə və irəli) bilməz.
5. Torpağın münbitliyi və bioloji aktivliyi aşağıda qeyd olunan müvafiq vasitələrlə artırılmalıdır:
a) Paxlalıların, yaşıl gübrələrin, və ya dərin köklü bitkilərin becərilməsi müvafiq çoxillik növbəli əkin proqramıdır;

b) torpaq kompostlaşdırılmış və ya kompostlanmamış üzvi maddələrlə qarışdırlmalıdır, burada istehsal standartlara müvafiq aparılmalıdır. Heyvandarlıq təsərrüfatları qalıqları, məsələn təsərrüfatyanı peyin, əgər heyvanlar bu standartların tələblərinə müvafiq bəsləniblərsə istifadə oluna bilər;

ƏLAVƏ 2, Cədvəl 1-də göstərilən maddələr o səviyyəyə qədər istifadə oluna bilər ki, bu səviyyə məhsulun qidalılıq səviyyəsinə müvafiq olsun, və yaxud torpaq şəraiti yuxarıda göstərilən 5(a) və (b)-yə uyğun olaraq becərilə bilməsin, və ya əgər peyini ekoloji təsərrüfatlardan əldə etmək mümkün deyil.

c) kompostlaşmanı fəallaşdırmaq üçün müvafiq mikro-orqanizmlər və ya bitki əsaslı preparatlar istifadə edilə bilər;

d) daş unu kimi biodinamik preparatlardan, təsərrüfatyanı peyin və ya bitkilər paraqraf 5-də qeyd olunan məqsədlər üçün istifadə oluna bilər.
6. Zərərvericilər, xəstəliklər və alaqlar aşağıda qeyd olunan tədbirlərin hər hansı biri ilə nəzarət edilə bilər:

− müvafiq növlərin və cinslərin seçilməsi;


− müvafiq növbəli əkin proqramı;
− mexaniki becərmə;
− zərərvericilərin təbii düşmənlərinə müvafiq yaşam şəraiti qurmaq vasitəsilə, məsələn çəpər çəkməklə, yuvalar qurmaqla, ekoloji bufer zonalar yaratmaqla qorumaq;

− müxtəlif, rəngarəng ekosistemlər. Bunlar coğrafi ərazilərdən fərqlənəcək. Məsələn, bufer zonalar eroziyalara, aqromeşəçiliyə, məhsul dövranına təsir göstərir və s.

− alaqlara qarşı alovla mübarizə;
− təbii düşmənlərin, həmçinin yırtıcıların və parazitlərin buraxılması;
− Daş unundan, təsərrüfatyanı peyindən və ya bitkilərdən hazırlanan biodinamik preparatlar;
− mulçalama və ya otun biçilməsi;
− heyvanların otarılması;
− tələlər, maneələr, işıq və səs kimi müxaniki nəzarət üsulları;
− əgər müvafiq növbəli əkin vasitəsilə torpağın bərpa edilməsi aparıla bilmirsə, buxarla sterilizə etmək.
7. Yalnız məhsulun gözlənilən ciddi təhlükə anında, 6-cı (yuxarıda) bənddə qeyd olunan tədbirlər səmərə verməzsə və effektiv sayılmazsa ƏLAVƏ 2 –də göstərilən tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.
8. Bu standartın Bölmə 4.1-də göstərilən müdəalarına müvafiq olaraq toxumlar və vegetativ reproduktiv materiallar üçün heç olmazsa bir nəsil, çoxillik məhsullar üçün iki becərmə fəsili lazımdır.

Əgər operator (sahibkar) GABAa sübut edə bilsə ki, yuxarıda qeyd olunan tələblərə cavab verən materiallar əldə edilə bilən deyil, sertifikatlaşdırma qurumu razı ola bilər:


a) ilk mərhələdə dərmanlanmamış toxumdan və reproduktiv materialdan istifadə, və ya

b) əgər (a) variantını əldə etmək mümkün deyilsə ƏLAVƏ2-də göstərilən maddələrlə işlənmiş toxumlardan və reproduktiv materiallardan istifadə.

GABA proqramı üzrə sertifikatlaşdırma qurumları yuxarıda 8-ci bölmədə göstərilən tətbiqetmə limitini təyin edən kriteriyaları müəyyənləşdirə bilər.
9.Yeməli bitkilərin və onların hissələrin toplanması, həmçinin təbii ərazidə, meşələrdə, kənd təsərrüfatı ərazilərində təbii surətdə yetişən məhsulların toplanışı aşağıdakı şərtlər daxilində ekoloji istehsal kimi qəbul edilir:

− məhsul aydın şəkildə müəyyən edilmiş, bu standartın Bölmə 6-da qeyd olunan yoxlamadan/sertifikatlaşmadan keçmiş yığım ərazisindən toplanmışdır;

− bu ərazilərdə yığımdan əvvəlki 3 il müddətində ƏLAVƏ2-də qeyd olunan maddə və məhsullardan başqa digər maddələrdən istifadəyə yol verilməyib;

− yiğim təbii ətraf mühütin stabilliyinə, yığım ərazisində olan növlərin qorunub saxlanmasına xələl gətirməməlidir;

−məhsullar yığımı əməliyyatına nəzarət edən və yığım ərazisinə yaxşı bələd olan müştərilərdən alındıqda;

- vəhşi növlərin toplanmasına icazə səlahiyyətli qurumlar və ya şəxslər tərəfindən verilməlidir, cavabdeh səlahiyyətli şəxs ayrıca hər bir növ üçün yığım qaydaları işləyib hazırlamalıdır;

- ekoloji yabanı yığım davamlı olmalıdır və ətraf mühiti dağıtmamalıdır. O, çirklənməmiş təmiz ərazilərdə aparılmalıdır. Həmçinin o yaxşı sənədləşdirilməlidir ki, lazım gəlsə yiğim ərazisinə qədər geriyə yoxlana bilsin.

- hansısa növün həddən çox yığımına yol verilməməlidir.

- Qırmızı siyahıda olan hədsiz toplanan məhsulların toplanmasına yol verilməməlidir.

- bitkilərə vurulan ziyan minimuma endirilməılidir.

- yığım digər orqanizmlərin yaşam tərzinə və qidalanmasına zərər vurmamalıdır.

- yiğimi aparan şəxslər özlərindən sonra zibil qoymamalıdırlar, yanğına səbəb olmamalıdırlar, qeyri-leqal ovçuluq etməməlidirlər və s.

- yığımı aparan şəxslər yaxşı hazırlanmalı və məlumatlanmalıdırlar.

- yığım böyük şəhərlərə yaxın ərazilərdə, sənaye mərkəzlərində, nüvə istehsalı ərazilərinə yaxın yerlərdə və yola yaxın yerlərdə aparılmamalıdır - əgər yığım qrup şəklində aparılırsa yiğimi aparan şəxslər məhsulu toplama texnikasına, maksimum məhsul kəmiyyəti, ətraf mühitə vurulan zərər və müvafiq yığım əraziləri ən müvafiq tərzdə seçilməlidir.

- cavabdeh kompaniya və ya şəxs ekoloji idarəetmə planını təqdim etməlidir.

- yığım rayonunun ( yaxşı olardı ki, 1 : 50.000 nisbətində və ya 1 : 250.000 nisbətindən az olmayaraq) detallı şəkildə xəritəsi təqdim olunmalıdır.

- alınma, saxlanma, daşınma və satış nəticələrinin (miqdarla) qeydiyyatı bütün səviyyələrdə saxlanmalıdır.

- operatorlar (müştərilər) davamlılığa heç olmazsa yerli yığım səviyyəsində cəhd etməlidirlər.

- bütün saxlanılan, daşınan, və satılan məhsullar adekvat olaraq etiketlənməlıdır, və bu etiketlənmədə məhsul haqqında, onun kəmiyyəti, mənbəyi, qablaşdırma tarixı, ekoloji şəraiti və sertifikatlaşdıran qurumun adı göstərilir.

- məhsuldan istifadə müddətində (daşınma, qurudulma, dondurma, saxlanma, və s.) hər hansı bir çirkləndirici, istifadəsinə icazə verilməyən maddə ilə kontakta yol verməməli.

- mümküm çirkləndiricilər - yuyucu vasitələr, dezinfektantlar, rodentisidlər, fumigantlar, ağacları mühafizə vasitələri və s.

- məhsul dövründə və məhsul yığımından sonra olan bütün dövrlərdə adekvat sanitar şərtlərə əməl olunmalıdır.


B. HEYVANDARLIQ VƏ HEYVANDARLIQ MƏHSULLARI
ÜMUMİ PRİNSİPLƏR
1. Harada ki, ekoloji istehsal üçün heyvanlar saxlanılır, onlar ekoloji təsərrüfat birliyində əsas inteqral hissə olmalıdırlar, inkişaf etdirilməlidirlər və bu standartlara müvafiq aparılmalıdırlar.
2.Heyvandarlıq ekoloji təsərrüfatrçılıq sisteminə aşağıdakı vasitələrlə dəstək ola bilər:

a) torpağın məhsuldarlığını saxlamalı və inkişaf etdirməklə.

b) otarılma vasitəsilə floranı-bitki mühitini idarə etməklə;
c) biomüxtəlifliyi artırmaq və təsərrüfatda əlavə birgəəlaqəni asanlaşdırmaqla; və

d) təsərrüfat sisteminin biomüxtəlifliyini inkişaf etdirmək yolu ilə


3.Heyvandarlıq istehsalı birbaşa torpaqla bağlı fəaliyyətdir.Otyeyən heyvanların örüşə çıxış imkanları və bütün digər heyvanların açıq havada gəziş imkanları olmalıdır;

GABA sertifikatlaşdırma qurumları ancaq heyvanların fizioloji durumları, hava şəraiti, torpağın şəraiti, və ya bəzi ənənəvi təsərrüfatçılıq sistemlərinin strukturu örüşlərə girişi qadağan edir və bu yolla heyvanları xoş rifahına təminat verir.

4. Mal-qara üçün norma rayonlarda yem istehsalı imkanlarına, heyvanların sağlamlığına, qida balansına, və ətraf mühitin təsirinə müvafiq olaraq tərtib olunmalıdır.
Cədvəl: Müxtəlif növlərin yerləşdirilməsi üçün daxili və xarici minimum səth ərazisi


Qaramal, qoyun və donuzlar

Daxili ərazi

(sırf heyvanlara aid olan sahə)

Xarici ərazi

(Gəzinti ərazisi, örüş istisna olunmaqla)



Minimum diri çəkisi

m 2/baş

m2/baş

Seleksiya və kökəltmə üçün qaramal və atlar


100 kq

200 kq


350kq

350 kq-dan yuxarı





1.5

2.5


4.0

5.0


( hər100 kq-a minimum 1 m2 )


1.1

1.9


3.0

3.7
( hər100 kq-a minimum 0,75 m2)





Südlük inəklər



6

4.5

Damazlıq öküzlər



10


30


Qoyun və keçilər



1.5 qoyun/keçi

0.35 quzu /çəpiş




2.5 qoyun/keçi

2.5 ilə 0.5 per quzu/çəpiş




40 günlük çoşqaları olan balalı donuzlar balalaması Farrowing Sows with piglets up to 40 days



7.5


2.5



Ətlik donuzlar

50 kq yuxarı

85 kq yuxarı

110 kq-dan yuxarı


0.8

1.1


1.3

0.6

0.8


1

Çoşqalar

Over 40 days &

up to 30 kq




0.6

0.4

Bir nəsildən olan (eyni yaşlı) donuzlar



2.5 dişi

6.0 erkək




1.9

8.0




Cədvəl: Müxtəlif növ quşları yerləşdirmək üçün içəridə və çöldə minimum səth ərazisi

Ev quşları

Daxili ərazi ( heyvanlar üçün ayrılan ərazi)


Çöl ərazi

( bir baş üçün m 2 ərazi)

Heyvanların

sayı / m2

Hər bir heyvan öçün olan tar, sm

Yuva

Yumurta qoyan toyuqlar



6

18

Hər hinə 8 yumurta qoyan toyuq və ya əgər hin ümumidirsə hər quşa 120 sm2

4, bir şərtlə ki,170 kq N/ha/il normasını keçməməlidir.




Ətlik toyuqlar (qarışıq binalarda)

Hər m2 -ə diri çəkisi maksimum 21kq olan 10 quş

20 (ancaq Qvinea quşları üçün )




4 Broylerlər və Qvinea ev quşları üçün
4.5 ördək
10 hinduşka
15 qaz
Bütün növlər üçün yuxarıda qeyd olunan limit 1 70 kq N/ha/il keçməməlidir.

Ətlik quşlar mobil hinlərdə

Mobil hinlərdə 16 quş ( ancaq bir şərtlə ki, mobil hinlərin ərazisi

150 m2 keçməsin. və gecələr açıq saxlansın) və hər m2- -ə maksimum 30 kq diri çəki düşsün.





2.5 - limit i 1 70 kq N/ha/il ötməməlidir.

5. Ekoloji Heyvandarlıq idarəetməsi təbii seleksiya metodlarına, stresi azaltmağa, xəstəliklərin qarşısını almağa, kimyəvi allopatik dərman vasitələrindən ( həmçinin antibiotiklərdən), istifadəni, heyvanları heyvan mənşəli məhsullarla ( məs. ət yeməkləri) yedizdirilməsini minimuma salmağa, həmçinin heyvanların sağlamlığına və rifahına əsaslanmalıdır.



HEYVANLARIN ƏLDƏ EDİLMƏ MƏNBƏLƏRİ/MƏNŞƏYİ
6. Cinslərin və növlərin seçilməsi və seleksiya metodları ekoloji təsərrüfatçılıq prinsiplərinə müvafiq olmalıdır, xüsusilə aşağıdakıları nəzərə almaq lazımdır:

a) onların yerlı şəraitə uyğunlaşmasını;

b) onların yaşamlılığını və xəstəliklərə davamlılığını;

c) Hansısa cins və növlərdə spesifik xəstəliklərin və sağlamlıq problemlərinin olmamasını.


7 Bu Standartın Bölmə 1.1(a) qeyd olunan məhsullar üçün istifadə olunan heyvanlar yeni doğulmuş olmalıdırlar, və bu Standartda göstərilən istehsal normalarına müvafiq olmalıdırlar və ya onların valideynləri də bu standartlarda göstərilən şərtlər altında bəslənmiş olmalıdır. Onlar bütün həyatları boyu bu sistem altında yetişdirilməlidirlər.
− Heyvanlar ekoloji və ya qeyri-ekoloji təsərrüfatlar arasında mübadilə edilməməlidirlər.

GABA bu standartin tələblərinə cəvəb verən digər təsərrüfatlardan heyvanların alınması üçün əlavə qaydalar tətbiq edə bilər.

− bu standartın tələblərin cavab verməyən, lakin heyvandarlıq təsərrüfatında artıq mövcud olan heyvanlardan istifadə edilə bilər.
8. Əgər sahibkar GABAın sertifikatlaşdırma qurumuna bildirirsə ki, əvvəlki paraqrafda göstərilən tələblərə uyğun heyvan əldə etmək mümkün deyil o zaman sertifikatlaşdırma qurumu və ya inspektor bu standartlara müvafiq olmayan şərtlər daxilində bəslənən heyvanların saxlanmasına aşağıdakı şərtlər daxilində icazə verir:

a) əgər cinslər dəyişdirilirsə və ya yeni heyvandarlıq sahəsi inkişaf etdirilirsə təsərrüfat kifayət qədər genişləndirilməlidir;

b) məs. təbii fəlakət ucbatından sürünün yeniləşdirilməsi üçün;

c) cins, nəsil artırmaq üçün erkəklər.

GABA bəzi şərtlər müəyyən edə bilər ki, bu şərtlər daxilində heyvanların qeyri-ekoloji mənbələrdən gətirilməsinə ya icazə verilə bilər və ya icazə verilməz. Bu zaman nəzərə alınmalıdır ki, heyvan təsərrüfata çox erkən gətirilsin (süddən ayrılan kimi).
9. Əvvəlki paraqrafda göstərilən güzəştlərdən istifadə edən heyvanlar paraqraf 12-də təqdim edilmiş şərtlərə cavab verməlidirlər. Əgər məhsul bu standartın Bölmə 3-nə müvafiq olaraq ekoloji kimi satılacaqsa həmin keçid dövrü şərtləri nəzərə alınmalıdır.
KEÇİD DÖVRÜ
10. Yem bitkiləri və ya otlaq üçün nəzərdə tutulan torpağın keçid dövrü

Paraqraf 1, 2 və 3-ün Hissə A-nın tələblərinə cavab verməlidir.


11. GABA standartı bu keçid dövrünü və ya paraqraf 10-da (torpaq üçün) və ya paraqraf 12-də (heyvan və ya heyvandarlıq məhsulları üçün keçid dövrünü aşağıda göstərilən hallarda azalda və ya şərtləri yüngülləşdirə bilər:
a) otlaq, açıq havada gəzişmələr, ot yeməyən heyvanlar üçün hərəkət əraziləri;

b) ekstensiv heyvandarlıq təsərrüfatlarından gələn öküz, at, keçilər üçün GABA standartı tərəfindən təyin olunmuş keçid dövründə və ya ilk dəfə keçid dövrü keçən südlük inəklər üçün;

c) əgər eyni zamanda bir təsərrüfatda həm heyvandarlıq, həm də yem bitkiləri üçün istifadə olunan torpağın keçid mərhələsi aparılırsa keçid dövrü iki il müddətinə azaldıla bilər bir şərtlə ki, həmin heyvanlar və onların südəmər balaları əsasən bu təsərrüfatın öz yem bazasından qidalanırlar.
12.Əgər torpaq ekoloji statusu alıbsa, və heyvanlar qeyri-ekoloji mənbələrdəndirsə, və bu heyvanların məhsulları ekoloji kimi satılırsa bu cür heyvanlar standarta müvafiq olaraq :

Öküz və atlar üçün:

Ət məhsulları: 12 ay və ən azı həyatlarının ¾ qədər hissəsini ekoloji idarəçilik sistemində keçirmiş olsun;

Ət istehsalı üçün istehsal olunan buzovlar: 6 ay müddətində, süddən ayrılan kimi - 6 aylıqdan az yaşı olmalı;

Süd məhsulları: səlahiyyətli orqan tərəfindən təyin edilmiş 90 gün icra müddətində və bundan sonra 6 ay ərzində.

Qoyun və keçi, ət məhsulları: 6 ay; Süd məhsulları: səlahiyyətli orqan tərəfindən təyin edilmiş icra müddətinin 90 günü, bundan sonra 6 ay müddətində.

Donuz:
Ət məhsulları: 6 ay.
Quşçuluq / yumurtlayan toyuqlar
Ət məhsulları: səlahiyyətli orqanın müəyyən etdiyi kimi bütün həyatı boyu;
Yumurtalar: altı həftə

QİDALANMA
13. Bütün heyvandarlıq sistemləri bu standartların tələblərinə uyğun olan yemlərdən (həmçinin “keçid dövründə” olan yem üçün) ibarət olan 100% optimal səviyyəyə riayət etməlidirlər.
14. GABA tərəfindən müəyyən edilmiş icra dövrü üçün heyvandarlıq məhsulları ekoloji status almaq üçün otyeyənlər və digər növlər üçün tərkibi ən azı 95% ekoloji olan yem tətbiq etməlidirlər:


  • 25 avqust 2005-ci ildən 31 dekabr 2007-ci ilə qədər 85%

  • 1yanvar 2008-dən 31 dekabr 2009-a qədər 90%

  • 1yanvar 2010-dan 31 dekabr 2011-ə qədər 95%

Bu yem norması quru maddə hesabı ilə hesablanır və bu standartin tələblərinə müvafiq olaraq istehsal olunmuş ekoloji mənbələrdən əld əedilir.
15. Buna baxmayaraq əgər işçi/icraçı inspektoru və ya sertifikatlaşdırma orqanını inandırsa ki, paraqraf 13-də qeyd olunan tələblərə cavab verən yemi təbii fəlakətlər, və ya ekstremal təbii hava şəraiti ucbatından əldə etmək mümkün deyilsə o zaman inspektor və ya sertifikatlaşdırma orqanı məhdud vaxt müddətində bu Standarta müvafiq olmadan istehsal olunan yemlərin istifadəsinə icazə verir. Ancaq bu zaman həmin yemlərdə genetic dəyişdirilmiş orqanizmlər və ya digər oxşar maddələr olmasın.

GABA qeyri-ekoloji yemlərin maksimum faizinə yuxarıda göstərilən şərtlər daxilində hər hansı şəraitdə dəyişikliklər edəcək.


16.Xüsusi heyvandarlıq rasionunda nəzərə alınmalıdır:

− cavan südəmərlərin təbii, ana südünə olan ehtiyacları;

− ot yeyənlərin gündəlik rasionu əsas payı qaba yemdən, təzə və qurudulmuş yemdən və ya silosdan ibarət olmalıdır;

− mədəsi çoxkameralı olan heyvanlar yalnız silosla yemləndirilməməlidirlər;

− quşların kökəlmə fazasında dənli yemlərə olan ehtiyac;

− donuzların və quşların gündəlik rasionunda qaba yemə, təzə və qurudulmuş yemə, və ya silosa olan ehtiyac.


17. Bütün heyvanlar sağlamlıqlarını və güclərini qorumaq naminə kifayət qədər təmiz su ilə təmin olunmalıdırlar.
18. Əgər maddələrdən yem, qidalı elementlər, yem əlavələri və ya emala köməkçi vasitələri qida hazırlanmasında istifadə olunursa GABA standartları aşağıdakı kriteriyalara müvafiq olaraq maddələrin siyahısını tərtib edib:

Əsas kriteriyalar:

a) heyvanların yemləndirilməsi barəsində milli qanunvericiliyə uyğun olan maddələrin istifadəsinə icazə verilir;

b) maddələr heyvanların sağlamlığını, rifahını, və uzunömürlüyünü artırmaq üçün vacıbdir.

c) belə maddələr:

− növlərin psixoloji və davranış ehtiyaclarını təmin edən müvafiq dieta saxlamaq üçün; və

− tərkibində genetik dəyişdirilmiş orqanizmlər və digər məhsullar olmayan; və



− əsasən bitki, mineral və ya heyvan mənşəli olsun.

Yem və qida elementləri üçün spesifik kriteriyalar:
Yüklə 482,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin