Azərbaycan Respublikasında Ekoloji üsullarla təmiz məhsul istehsalı, emalı, etiketlənməsi və marketinqi üçün standartlar


Mikroorqanizmlərin və fermentlərdən hazırlanan preparatlar



Yüklə 482,27 Kb.
səhifə7/7
tarix05.03.2017
ölçüsü482,27 Kb.
#10269
1   2   3   4   5   6   7



Mikroorqanizmlərin və fermentlərdən hazırlanan preparatlar

Mikroorqanizmlərin və fermentlərin hər hansı bir preparatları emala köməkçi vasitə kimi qida emalında normal olaraq işlədilir bir şərtlə ki, mikroorqanizmlər genetik dəyişdirilmiş olmasın və fermentlər genetik mühəndisliyin nəticəsi olan orqanizmlərdən alınmış olmasın.



Cədvəl 5 : EKOLOJİ YOLLA İSTEHSAL OLUNMAYAN KƏND TƏSƏRRÜFATI MƏNŞƏLİ, İSTİFADƏSİNƏ İCAZƏ VERİLƏN İNGREDİYENTLƏR



Adı

Botaniki adı

Emal edilməmiş tərəvəz məhsulları


Yeyilən meyvələr, qərzəkli meyvələr və toxumlar:


Palıd qozası


Quercus ssp.

Kola ağacının qozası


Cola acuminata

Motmutu (qarağat fəsiləsindən) meyvəsi


Ribes uva-crispa

Həvəşçiçək (passiflora) meyvəsi


Passiflora edulis

Moruq (qurudulmuş)


Rubus ideas

Qırmızı qarağat (qurudulmuş)


Ribes rubum

Yeyilən ədviyyatlar və otlar:


İstiot (Peru mənşəli)


Schinus molle L.

Qıtığotu (xren) toxumları


Aromacia rusticana

Dərman alpiniyası (ətirli kökləri)

Alpina officinarum

Günəbaxan çiçəkləri


Carthamus tinctorius

Kulinariyada yarpaqları istifadə edilən ot (Жеруха лекарственная)


Nasturcium officinale

Digər


Konvensional ərzaq məhsullarının hazırlanmasında icazə verilən yosunlar, dəniz yosunları da daxil olmaqla,.


İcazə verilən proseslərlə emal edilmiş tərəvəz məhsulları


Saflaşdırılmiş yaxud saflaşdırılmamış heyvan və bitki yağları, amma kimyəvi cəhətdən dəyişilməmiş, bu və ya digər bitkilərdən alınmış:




Kakao


Theobroma cacao

Kokos palmasının qozası


Cocos nucifera

Zeytun


Olea eoropea

Günəbaxan


Helianthus annuus

Palma


Elaeis guineesis

Raps


Brassica napus,rapa

Boyaq safloru


Carthamus tinctorius

Küncüt


Sesamum indicum

Soya


Glycine max

Aşağıdakı şəkərlər, nişasta, taxıl və lifli bitkilərdən alınan digər məhsullar:

Fruktoza





Düyü küləşindən hazırlanmış kağız





Preslənmiş çörək kağızı





Kimyəvi dəyişilməmiş düyü və mum qarğıdalıdan alınmış nişasta





Digər:




Noxud proteini


Pisum spp.

Şəkər qamışının şirəsindən alınmış spirt





Bu standartda göstərilən meyvə aromatizatorlardan əsasında hazırlanmış brendi (spirtli içki)





Heyvani məhsullar:




Konvensional ərzaq məhsullarının hazırlanmasında icazə verilən su heyvanları, akvakultura mənşəli olmayan





Pendir suyu “herasuola”






A. İSTEHSAL VAHİDLƏRİ
3. İstehsal bu standarta müvafiq olan torpaq ərazisi, istehsal sahələri, təsərrüfat binaları, bitkiçilik və heyvandarlıq məhsulları üçün olan saxlama avadanlıqları olan bir yerdə aparılmalıdır və bu standarta müvafiq olmayan üsullarla becərmə aparan hər hansı bir vahiddən tam surətdə ayrılmalıdır; fəaliyyəti öz kənd təsərrüfatı məhsullarının hazırlanması və qablaşdırılması ilə limitləşdirildiyi halda hazırlama və qablaşdırma emalatxanaları birliyin hansısa bir hissəsini təşkil edə bilər.
4. Əgər inspeksiya ilk dəfə həyata keçirilirsə sertifikatlaşdırma qurumunun müştərisi (operator) məzmununa aşağıdakılar daxil edilən kontrakt imzalayır:

a) saxlama və istehsal binaları, torpaq sahəsi göstərilməklə vahidin və ya toplama ərazisinin, harada ki uyğundur həmçinin müəyyən hazırlama və/yaxud qablaşdırma fəaliyyətlərinin baş verdiyi yerlərin tam təsviri,;

b) yabanı məhsullar toplandıqda üçüncü tərəfin verdiyi müvafiq təminat nəticəsində istehsalçı Əlavə1 paraqraf 10-un tələblərinin əməl olunmasını təmin etməlidir;

c) bütün praktik tədbirlər təsərrüfat daxili səviyyədə edilməlidir və bu standarta uyğunluğu təmin etməlidir;

d) torpaq sahəsində və ya yığım ərazisində bu standartın Bölmə 4-nə müvafiq olmayan məhsullar üçün aparılan son tədbirlər;

e) sahibkarın hətta çətin vəziyyətlərdə belə bu standartın Bölmə3 və 4-də qeyd olunan tədbirləri yerinə yetiriəcəyi barəsində öhdəlikləri.


5. Hər il sertifikatlaşdırma qurumu tərəfindən təyin olunmuş tarixdən əvvəl sahibkar öz bitkiçilik və heyvandarlıq məhsullarının istehsal qrafiki, torpaq sahəsinin planı ilə sertifikatlaşdırma qurumunu tanış etməlidir.
6.Yazılı və sənədləşdirilmiş bütün hesablar qorunub saxlanmalıdır ki, sertifikatlaşdırma qurumu istifadə olunan bütün xammalın mənşəyini və kəmiyyətini və bu cür materiallardan istifadəni təftiş edə bilsin. Bundan əlavə yazılı və sənədləşdirilmiş hesablar saxlanmalıdır ki, istənilən vaxt satılan bütün kənd təsərrüfatı məhsullarının mənbəyini, kəmiyyətini və göndərilməsini nəzarətdə saxlaya bilsin. Birbaşa istehlakçıya satılan məhsulun kəmiyyəti yaxşı olardı ki, göndəlik hesablamalar əsasında aparılsın. Əgər istehsal vahidi özü kənd təsərrüfatı məhsullarının emalını həyata keçirirsə onun hasabı bu Əlavə-in B2-də tələb olunan məlumatları özündə cəmləşdirməlidir.
7. Hər bir heyvan individual şəkildə identifikasiya edilməlidir. Əgər bunlar kiçik məməlilərdirsə və ya quşlardırsa o zaman ya toplaşma və ya otlama xüsusiyyətlərinə görə identifikasiya edilməlidir. Arılar isə pətəyinə görə müəyyənləşdirilməlidir. Yazılı və sənədləşdirilmiş bütün hesablar qorunub saxlanmalıdır ki, mal-qaranın və ya arıların sistem daxilində mütəmadi olaraq daşımmasına və nəzarətdə olmasına və lazım gələndə audit məqsədilə yoxlama aparmağa imkan yaratsın. Sahibkar aşağıda qeyd olunan hesabatların təfsilatlı və yenilənmiş şəkildə nəticələrini qoruyub saxlamalıdır:
a) heyvanların seleksiyası və mənşəyinin müəyyənləşdirilməsi;
b) hər hansı alış əməliyyatının qeydiyyatı;
c) xəstəliklərin, zədələnmələrin və reproduktiv problemlərin qarşısının alınması və idarəedilməsi məqsədilə tərtib olunan sağlamlıq haqqında plan;

d) hər-hansı bir məqsədlə istifadə olunan müalicə üsulları və dərmanlar, həmçinin karantin müddəti və müalicə olunmuş heyvanların və ya pətəklərin identifikasiyası;

e) tətbiq olunan yem və yemin alınma mənbələri;

f) mal-qaranın təsərrüfat daxilində hərəkəti və arı pətəklərinin xəritədə qeyd edildiyi kimim yem ərazisində hərəkəti;


g) daşınma, kəsim və/ya satış.
h) hər növ arı məhsullarının ekstraksiyası, emalı və saxlanması.

8. Bu standartın paraqraf 4.1(b) bölməsində qeyd olunanlara əsasən istifadəsi qadağan olunan maddələrdən başqa təsərrüfata kənardan gətirilən maddələrin saxlanması.


9. Sertifikatlaşdırma qurumu ildə ən azı bir dəfə təsərrüfatın tam inspeksiyasını öz üzərinə götürür.

Məhsullardan nümunələr bu standartda siyahıda olmayan məhsulların istifadəsindən şübhələndikdə götürülür. Hər inspeksiya aparıldıqdan sonra inspeksiya hesabatları tərtib olunur.

Əlavə olaraq ehtiyac olduğu halda, qeyri müntəzəm, xəbərdarlıqsız inspeksiyalar da aparılmalıdır.

Sahibkar sertifikatlaşdırma qurumlarına yoxlama aparmaq üçün, saxlama və istehsal ərazilərinə, ümumi torpaq sahəsinə baxış keçirmək üçün, həmçinin uçot-hesabatlara və sənədlərə baxmaq üçün şərait yaratmalıdır.

10. Sahibkar həmçinin yoxlama aparmaq məqsədilə yoxlama aparan qurumu onun üçün vacib hesab edilən hər hansı bir məlumatla təmin etməlidir.

11. Bu standartın Bölmə1-nə əsaslanan və istehlakçı üçün son qablaşdırma mərhələsini keçməyən məhsullar standarta müvafiq olmayan maddələrlə və ya məhsullarla çirklənmənin və dəyişdirilmənin qarşısı alınaraq və buna təminat verilərək daşınmalıdır. Qanuna əsasən aşağida qeyd olunan məlumatlar verilməlidir:

− istehsala və mıəhsulun hazırlanmasına cavabdeh olan şəxsin adı və ünvanı;

− məhsulun adı və

− məhsulun ekoloji statusa malik olması barəsində.
12. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə (paralel istehsal), Bölmə 1-də qeyd edilməyən istehsal vahidləri və istehsal edilən məhsullar paraqraf 4, 6 və 8-ə əsasən inspeksiya subyekti olmalıdır. Bu istehsal vahidlərində yuxarıda paraqraf 3-də qeyd edildiyi kimi fərqləndirilə bilinməyən sortlardan istifadə edilməməlidir.

Əgər sertifikatlaşdırma orqanı tərəfindən bu kənaraçıxmalara icazə verilirsə, bu halda əlavə inspeksiya tələbatları belə ki, xəbərdarlıqsız sahə səfərləri, yığım zamanı əlavə inspeksiyalar, əlavə sənədləşmə tələbatları, sahibkarın müxtəlis statuslu məhsulların qarışmasının qarşısını almaq qabiliyyətlərinin qiymətləndrilməsi və s. kimi tədbirlər görülməlidir.

Gələcəkdə hətta fəqləndirilə bilinmədiyi halda belə eyni sortdan istifadə edilməklə paralel istehsaldan istifadə edilməsi məsələsinə bu standartda baxıla bilər və ancaq adekvat inspeksiya tətbiq olunması üçün subyekt olmalıdır.
13. Ekoloji heyvandarlıqda bütün heyvanlar bir yaxud oxşar istehsal vahidində bu standartdan irəli gələn qaydalara uyğun saxlanılmalıdır. Bununla belə, bu standarta uyğun olmadan saxlanan heyvanlar bu standarta uyğun olaraq saxlanan heyvanlardan aydın şəkildə ayrılmaq şərtilə ekoloji təsərrüfata gətirilə bilər. GABA müxtəlif növlər üzrə daha məhdudlaşdırıcı tədbirlər irəli sürür.
14. GABA qəbul edə bilər ki, bu standartın müddəalarına uyğun olaraq saxlanmış heyvanlar adi otlaq sahələrində otarılsın, bir şərtlə ki:
a) bu sahədə ən azı son üç il ərzində bu standartın Bölmə 4.1 (a) və (b)-ə əsasən icazə verilən maddələrdən başqa digər məhsullar istifadə edilməmiş olsun;

b) bu standartın müddəalarına müvafiq olaraq saxlanan heyvanlarla digər heyvanlar arasında aydın ayrılma sistemi olsun.


15. Heyvandarlıq məhsulları istehsalı üçün sertifikatlaşdırma bu Əlavənin digər müddəalarına xələl gətirmədən istehlakçılara təminat vermək üçün istehsaldan satışa qədər bütün mərhələlər üzrə inspeksiyalar təşkil etməlidir və texniki cəhətdən mümkün olduğu qədər heyvanların və heyvandarlıq məhsullarının istehsal olunduğu təsərrüfatdan, digər emal və hazırlıq işlərindən yekun qablaşdırma və/yaxud etiketlənməyə qədər bütün mərhələlər üşrə yoxlanıla bilməsini təmin etməlidir.

B. HAZIRLAMA VƏ QABLAŞDIRMA ÜZRƏ TƏSƏRRÜFAT VAHİDLƏRİ

1. İstehsalçı və/yaxud sahibkar təmin etməlidir:

− kənd təsərrüfatı məhsullarının hazırlanması, qablaşdırılması və saxlanması, onlardan əvvəl və sonra görülən işləri göstərməklə təsərrüfatın tam təsviri;

− bu standarta uyğunluğu təmin etmək üçün təsərrüfat səviyyəsində bütün praktiki tədbirlər yerinə yetirilməlidir.

Bu təsvir və tədbirlər təsərrüfatın cavabdeh şəxsi və sertifikatlaşdırma orqanı tərəfindən imzalanmalıdır.

Sahibkarın bu standartın Bölmə 4-ün şərtlərinə əməl etməsi və onu qəbul etməsi, müqavilənin şərtlərinin pozulması halında standartın 6.4 paraqrafında göstərilən tədbirlərin sahibkar tərəfindən həyata keçirməsi haqda hesabat müqaviləyə əlavə edilməlidir və hər iki tərəf mu müqaviləyə qarşılıqllı imza atmalıdır.


2. Yazılı hesablar sertifikatlaşdırma orqanının aşağıda göstərilənləri yoxlaması üçün saxlanılmalıdır:

− təsərrüfat vahidinə bu standartın Bölmə 1-ə müvafiq olaraq gətirilən kənd təsərrüfatı məhsullarının mənşəyi, təbiəti və miqdarı;

− təsərrüfat vahidindən bu standartın Bölmə 1-ə müvafiq olaraq çıxarılan məhsullarının təbiəti, miqdarı və yükü alanın adresi;

− hər hansı digər informasiya belə ki, inqredientlər, əlavələr və emala yardımçı vasitələrin mənşəyi, təbiəti və miqdarı və eləcə də sertifikatlaşdırma orqanı tərəfindən əməliyyatları düzgün inspeksiya etmək məqsədilə tələb edilən emal edilmiş məhsulların tərkibi.


3. Məhsulların bu standartın Bölmə 1-ə müvafiq olmadan emal edilib və yaxud saxlanıldığı təsərrüfat vahidlərində müvafiq olaraq:

− təsərrüfat vahidinin əməliyyatlardan əvvəl və sonrakı müddətdə bu standartın Bölmə 1-ə müvafiq olaraq istehsal edilmiş məhsulların saxlanması üçün bina daxilində ayrıca yeri olmalıdır;

− əməliyyatlar davamlı olaraq bu standartım Bölmə 1-ə müvafiq olmadan istehsalla bağlı oxşar əməliyyatlardan yer zə zaman baxımından ayrı aparılmalıdır;

− əgər belə əməliyyatlar tez-tez baş vermirsə onlar əvvəlcədən məlumat verməlidirlər və sertifikatlaşdırma orqanı tərəfindən son tarix razılaşdırılmalıdır;

− hər bir tədbir partiyanın fərqləndirilməsini təmin etməlidir və bu standartaın tələblərinə uyğunl olmadan istehsal edilən məhsullarla qarışmaya yol verməməlidir.
4. sertifikatlaşdırma orqanı minimum ildə bir dəfə təsərrüfat vahidinin tam inspeksiyasını həyata keçirməlidir. Bu standartda adları verilməyən məhsulların analizi üçün nümunələr şübhə olan məqamlarda götürülə bilər. İnspeksiya olunmuş təsərrüfatın cavabdeh şəxsinin qarşılıqlı imzalamasından sonra inspeksiya hesabatı yazılır. Zərurətdən asılı olaraq və yaxud təsadüfi seçim əsasında əlavə xəbərdarlıqsız səfərlər edilə bilər.
5. Sahibkar sertifikatlaşdırma orqanına inspeksiya məqsədləri üçün təsərrüfata sərbəst giriş imkanı və eləcə də yazılı hesablar və digər müvafiq təsdiqləyici sənədlərı yoxlamaq imkanı yaratmalıdır. Sahibkar həm də inspeksiya orqanını inspeksiya üçün zəruri olan hər bir informasiya ilə təmin etməlidir.
6. Nəqliyyatla bağlı tələbatlar bu Əlavə-nin A.10 paraqrafında öz əksini tapmışdır.
7. Bu standartın Bölmə 1-ə müvafiq olaraq istehsal edilmiş məhsulların çeklərinin üzərində sahibkar yoxlamalıdır:

− qablaşdırmanın bağlanması və yaxud lazım olan yerlərdə tərkibi;

− bu Əlavə-nin A.10 paraqrafına müvafiq olmaqla göstəricilərin mövcudluğu. Bu əminliyin nəticələri B.2 bəndində birmənalı şəkildə qed olunmalıdır.

Əgər məhsulun bu standartın Bölmə 6-a müvafiq olan istehsal sisteminə görə ekoloji sayılması şübhə doğurursa, onda o, üzərində ekoloji isyehsal metodlarını əks etdirən göstəricilər olmadan bazara çıxarılmalıdır.




Yüklə 482,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin