Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında



Yüklə 392,5 Kb.
səhifə23/52
tarix25.12.2016
ölçüsü392,5 Kb.
#2909
1   ...   19   20   21   22   23   24   25   26   ...   52
27" rəqəmi "35" rəqəmi ilə əvəz edilmişdir.

 

[34] 26 mart 1999-cu il tarixli 631-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 164) ilə 17-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 17. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi

Ailə vəziyyətinə görə çağırışa möhlət qüvvədə olan qanunvericiliyə müvafiq surətdə əmək qabiliyyəti olmayan, köməyə ehtiyacı olan ailə üzvlərini saxlamaq vəzifəsini yerinə yetirən çağırışçılara bu ailə üzvləri ilə birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq aşağıdakı hallarda verilir:

qüvvədə olan qanunvericiliyə uyğun olaraq ailə üzvlərini saxlamalı və onlara kömək göstərməli olan, bundan ötrü real imkanlara malik olan başqa şəxslər yoxdursa;

çağırışla əlaqədar olaraq çağırışçı ailəsinin əmək qabiliyyəti olmayan hər bir üzvünün payına düşən orta gəlir onlar üçün nəzərdə tutulan dövlət yardımının bütün növləri nəzərə alınmaqla yaşadıqları  bölgədəki fizioloji  minimumdan  aşağıdırsa;

çağırışçı bu maddənin “a” və “b” bəndlərində göstərilmiş şəxslərə qulluq etməklə məşğuldursa.

Çağırışçının ailə vəziyyətinə görə möhlət hüququ müəyyən edilərkən aşağıdakılar ailənin əmək qabiliyyəti olmayan üzvləri sayılırlar:

a) 18 yaşına çatanadək I və II qrup əlil olmuş işləməyən qardaşlar və bacılar;

b) pensiya yaşına çatmış, yaxud I və II qrup əlil olan ata və ana.

Bundan başqa, himayəsində aşağıdakı şəxslər olan çağırışçıların həqiqi hərbi xidmətə çağırışçıların ailə vəziyyətinə görə möhlət verilir:

3 yaşınadək uşaq;

2 və daha çox uşaq;

I və ya II qrup əlil arvad;

8 yaşınadək iki və ya daha çox uşağı olan ana;

valideynlərinin vəfat etməsi, sürəkli xəstəlik keçirməsi və ya başqa üzürlü səbəblərlə əlaqədar olaraq azı beş il ərzində çağırışçını himayəsinə almış şəxslər—bu maddənin birinci hissəsində və ikinci hissəsinin  “b” bəndində nəzərdə tutulmuş şərtlərlə.

Çağırışçı ailədə yeganə oğuldursa, bacılarının olub-olmamasından asılı olmayaraq ona ailə vəziyyətinə görə çağırışdan möhlət verilir.

Əlaqədar şəxslərin və sosial təminat orqanlarının notarius qaydasında təsdiq edilmiş sənədləri olduqda çağırışçının hüququ var ki, ailə vəziyyətinə görə çağırışa möhlət verilməsindən imtina etsin və müddətli həqiqi hərbi xidmətə çağırılsın”.

 

[35] 25 dekabr 2001-ci il tarixli 239-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (


Yüklə 392,5 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin