“Azərbaycan Respublikasında strateji məhsullar ixracının kompleks tədqiqi” mövzusunda



Yüklə 0,51 Mb.
səhifə4/7
tarix03.02.2017
ölçüsü0,51 Mb.
#7583
1   2   3   4   5   6   7

Mənbə: Dövlət Statistika Komitəsi (www.stat.gov.az)
2001-2013-cü illərdə xam neft ixracının dəyəri 154,6 mlrd.dollar təşkil etmişdir ki, bu da ümumi ixracın 84 faizi, karbohidrogen ixracının isə 90%-i deməkdir.

2001-2013-cü illəri əhatə edən dövr ərzində illik neft hasilatı 3 dəfə artmışdır və bütövlükdə bu illərdə 436,5 mln.ton neft hasil edilmişdir. Hasil edilmiş xam neftin fiziki həcminin təqribən 63 faizi, yəni 272,7 mln. tonu ixrac edilmiş, digər hissəsi isə emal olunmuş neft məhsulları şəklində (avtomobil benzini, kerosin və s.) ölkə daxilində və xaricində reallaşdırılmışdır.



Cədvəl 2.5. Neft hasilatı və ixracı mln.ton

 

2010

2011

2012

2013

2014

Neft hasilatı, mln.ton

50,8

45,6

43,4

43,5

38,8

Neft ixracı, mln.ton

44,5

39,0

36,8

36,7

33,0

Neft ixracının hasilatda payı, %

87,6

85,5

84,6

84,4

85,0

Mənbə: Dövlət Statistika Komitəsi (www.stat.gov.az)

2001-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun daxilolmaları 101 milyard ABŞ dolları səviyyəsində olmuş, bu vəsaitin təqribən 36%-i (35.8 mlrd. dolları) yığıma yönəldilmiş, 64%-i (64.2 mlrd. dolları) isə istifadə edilmişdir.

Ümumilikdə isə 2003-2013-cü illər ərzində Neft Fondu tərəfindən dövlət büdcəsinə edilən transfertlərin həcmi 46,4 milyard manat (59 mlrd.dollar) təşkil etmişdir ki, bu da həmin illərdə istifadə olunmuş Fond vəsaitlərinin təqribən 90 faizini, dövlət büdcəsi gəlirlərinin isə 47 faizi təşkil edir.

Aparılan təhlillərdən də göründüyü kimi ölkənin iqtisadi inkişafında neft amili və dünya neft bazarında konyunktur dəyişiklikləri böyük rol oynayır. Bu baxımdan cari ilin ikinci yarısından etibarən dünya neft bazarında qiymətlərin aşağı düşməsi, xüsusilə də büdcədə proqnozlaşdırılmış səviyyədən də az olması ciddi narahatçılığa səbəb olmuşdur. Belə ki, 2014 və 2015-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti müvafiq olaraq 100 və 90 dollar səviyyəsində proqnozlaşdırılmış, Neft Fondundan nəzərdə tutulmuş transfertlərin həcmi isə müvafiq olaraq 50.8 və 53.4 faiz təşkil edir. Hazırda dünya bazarında neftin 1 barelinin qiyməti 70 dollara yaxındır və gələn büdcə ilində də neftin qiymətinin aşağı səviyyədə qalması ehtimal olunur. Bunu əsasən aşağıdakı amillərlə izah etmək olar:

1) Təlabatın azalması, lakin bunun qarşılığında hasilatın (təklifin) OPEK tərəfindən azaldılmaması. Məlumdur ki, dünya neft bazarının əsas istehlakçıları ABŞ, Çin və Yaponiyadır. OPEK-in məlumatlarına əsasən, 2013-cü ildə bu ölkələrdə gündəlik neftə olan təlabat müvafiq olaraq 18,9 mln.,10 mln. və 4.5 mln. barel həcmində olmuşdur ki, bu da neft üzrə dünya təlabatının 37,2 faizini təşkil edir. 2015-ci ildə ABŞ-ın neft təlabatının əksər hissəsinin daxili ehtiyatların hesabına ödəməyi planlaşdırması və Çinin iqtisadi artım templərinin 8 faizdən 7 faizə, Yaponiyanın iqtisadi artım templərinin 1 faizə qədər azalması neft qiymətlərinin aşağı düşməsinə səbəb olacaqdır. Bütün bunların fonunda OPEK-in neft hasilatını azaltmaması (OPEK 2011-ci ildə razılaşdırıldığı kimi neft istehsalının həcmini gündə 30 milyon barrel həcmində saxlamaq qərarına gəlib) və neft hasil edən digər ölkələrin neft gəlirlərini artırmaq üçün hasilatı daha da genişləndirməsi neft qiymətlərinin azalmasını daha da sürətləndirir.

2) Digər tərəfdən bu, iqtisadi məntiqlə izah olunmayan sırf geoiqtisadi və geosiyasi amillərlə bağlıdır. Bunlara misal olaraq, bəzi ölkələrə, xüsusilə bizə qonşu olan ölkələrə - Rusiyaya və İrana iqtisadi sanksiyaların tətbiq edilməsini, Yaxın Şərqdə baş verən hadisələr xüsusilə İraqda, Suriyada, Liviyada müharibələri göstərmək olar ki, bütün bunlar isə təbii ki, qlobal təhlükələri və təhdidləri daha da gücləndirir, dünya bazarının konyunkturasının qeyri-sabit olmasına səbəb olur.

Bununla belə, dünya neft qiymətlərinin uzun müddətli dövrdə aşağı səviyyədə qalması ehtimal olunmur. Bunu hər şeydən əvvəl iki amillə izah etmək olar:

1) Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən verilən proqnozlara görə dünya üzrə iqtisadi artım templərinin yüksəlməsi növbəti illərdə neftə təlabatın, xüsusilə İƏİT-in üzvü olmayan ölkələr hesabına çoxalmasını və 2016-cı ildən başlayaraq neft qiymətlərinin yüksəlməsi ehtimalını artırır. Qeyd edək ki, 2013-cü ildə bu artım 3.2 faiz təşkil etmişdirsə, 2014 və 2015-ci ildə müvafiq olaraq 3.4 və 4 faiz səviyyəsində proqnozlaşdırılmışdır.



Cədvəl 2.5. 2014-cü ildə strateji enerji ixracının vəziyyəti
2.5.1. Sayğac göstəriciləri əsasında



2.5.2. Gömrük bəyannamələri əsasında



Mənbə: Dövlət Gömrük Komitəsi (www.customs.gov.az)
2) Bununla yanaşı, OPEK-in əksər üzvləri öz dövlət büdcələrindəki balansı neftin bir barrelinin 80 dollar olduğu səviyyədə az-çox saxlaya bilərlər, lakin neftin qiymətlərinin uzun müddət bundan aşağı səviyyədə qalması onların büdcələrinə çox ciddi təsir göstərəcək və OPEK ölkələrinin gələcəkdə hasilatı azaltmasına məcbur edəcəkdir ki, bu da neft qiymətlərinin yüksəlməsinə səbəb olacaqdır.

Təbii ki, dünya bazarında neft qiymətlərinin aşağı düşməsi 2014 və 2015-ci illərdə də büdcə gəlirlərinin müvafiq olaraq 66,0 və 65,3 faizinin neft-qaz sektorundan daxilolmalar təşkil edən Azərbaycan üçün də təhlükələr və təhdidlər yaradır. Lakin Azərbaycanın mövcud makroiqtisadi vəziyyəti bu təhlükələri dəf etmək və dünya bazarında konyunktur dəyişikliklərinə tab gətirmək və hətta böhranlı şəraitdə də iqtisadi artımı təmin edə bilmək gücündədir. Bunu bir sıra göstəricilərlə xarakterizə etmək olar:

1) Kifayət qədər ehtiyat vəsaitlərin - strateji valyuta ehtiyatlarının toplanılması. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dollar məbləğindədir ki, bunun da ÜDM-ə nisbəti 90 faiz təşkil edir. Müqayisə üçün qeyd edək bu vəsait heç bir valyuta gəlirləri olmadan Azərbaycanın idxalını indiki səviyyədə 5 dəfə ödəyə bilər. Eyni zamanda strateji valyuta ehtiyatlarının həcmi Azərbaycanın xarici dövlət borcundan 8.3 dəfə çoxdur ki, bütün bunlar da ölkədə dayanıqlı iqtisadi inkişafın və fiskal sabitliyin təmin olunmasına zəmanət verir.

2) Neftin qiymətinin 2015-ci ilin dövlət büdcəsində proqnoz qiymətindən aşağı olması təqdirdə bir neçə ssenarilərin hazırlanması - ssenarili yanaşma. Qeyd edək ki, Neft Fondunda bu ssenarilərin reallaşdırılması üçün kifayət qədər vəsait mövcuddur. 2015-ci ilin dövlət büdcə gəlirlərində Neft Fondundan transfertlər 53.4 faiz təşkil edir. Hər il dövlət büdcəsinə transfertlərin olmasına baxmayaraq, Neft Fondunun vəsaitləri xeyli artmışdır. Belə 2003-cü illə müqayisədə 2014-cü ilin oktyabr ayına kimi bu vəsait 45 dəfə artmışdır. 2014-cü ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, Neft Fondunun vəsaitləri 37.3 mlrd. dollar həcmindədir ki, bu da strateji valyuta ehtiyatlarının 70 faizini, ÜDM-in isə 63 faizini təşkil edir.

3) Növbəti illərdə qeyri-neft sektorlarını, xüsusilə kənd təsərrüfatı, İKT, turizm sahələrini sürətlə inkişaf etdirməklə, ixracda onların payını artırmaqla Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi neftdən asılılığı azaldacaqdır. Artıq ölkə iqtisadiyyatında qeyri-neft sektorunun artım templərinin və xüsusi çəkisinin neft sektorunun artım templərini və xüsusi çəkisini üstələməsi, ümumi investisiya qoyuluşlarında qeyri-neft sektorunun payının çox olması meylləri daha da güclənmişdir. 2013-cü ildə qeyri-neft və neft sektorlarının ÜDM-də payı müvafiq olaraq 57 və 43 faiz, artım templəri isə müvafiq olaraq 10 və 1 faiz təşkil etmişdir. 2014 və 2015-ci illərdə də bu nisbət qeyri-neft sektorunun xeyrinə dəyişəcək. Bu illərdə qeyri-neft sektorunun payı müvafiq olaraq 60 və 66 faiz, artım templəri isə müvafiq olaraq 8.1 və 8.2 faiz səviyyəsində proqnozlaşdırılmışdır. Müqayisə üçün qeyd edək ki, neft sektorunda 2014-cü ildə 2.2 faiz azalma və 2015-ci ildə 2.1 faiz artım gözlənilir. Bununla yanaşı, 2015-ci ildə əsas kapitala yönələcək ümimi investisiyaların həcmi 19.8 mlrd.manat proqnozlaşdırılır ki, bunun da 14 mlrd. manatı, yəni 70 faizi qeyri-neft sektorunun payına düşəcəkdir.

4) Gələcəkdə Azərbaycanın neft ixracatçı ölkəsindən qaz ixrac edən ölkəyə çevrilməsi. Azərbaycanda təbii qaz ixracına 2006-cı ildən başlanılmışdır. 2006-2013-cü illər ərzində illik təbii qaz hasilatı 3.2 dəfə artmışdır və qaz ixracı isə fizki həcm ifadəsində 46 dəfə, dəyər ifadəsində isə 220 dəfə artmışdır ki, bu da neft hasilatı və neft ixracının artım templərindən xeyli yüksəkdir.



FƏSİL 3.

AZƏRBAYCANIN STRATEJİ MƏHSULLAR İXRACININ

İNKİŞAF PERSPEKYİVLƏRİ
3.1. XXI əsrdə Azərbaycanın enerji strategiyası və onun prioritet

istiqamətləri
1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dövləti hərbi təcavüz, daxili çəkişmələr və iqtisadi çətinliklər ilə üzləşmişdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində sabitlik bərpa olundu və ölkənin iqtisadi imkanlarının səfərbər olunması, dövlətin malik olduğu təbii sərvətlərinin istismarına xarici investisiyaların cəlb edilməsi məqsədi ilə cəsarətli siyasi addımlar atıldı. Bu baxımdan Azərbaycanın neft və qaz ehtiyatlarının genişmiqyaslı istismarına xarici investisiyaların cəlb edilməsində 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında xarici neft şirkətləri ilə bağlanmış "Əsrin müqaviləsi" xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. "Əsrin müqaviləsi"nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.

«Әsrin müqavilәsi» neft sәnayemizin yeni mәrhәləsinin lokomotivi olaraq ardınca çoxsaylı müqavilәlәri çәkib gətirmiş, respublikaya heyrәt doğuracaq sәviyyәdә investisiya axınını tәmin etmişdir. Ümumiyyətlə, «Əsrin müqaviləsi» də daxil olmaqla Azərbaycan dünyanın 20-dən artıq ölkəsinin 30-dan çox şirkəti ilə neft və qaz yataqlarının birgə işlənməsinə dair 33 Hasilatın Pay Bölgüsü sazişi imzalamışdır. Bütün bunlarla əlaqədar ölkədə neft sәnayesinin inkişafını sürətləndirmək üçün mühüm infarstruktur yaranışları və dəyişiklikləri aparılmışdır. Konkret olaraq, «Azәri Layt» markalı yüksәk dәyәrli Azәrbaycan neftinin dünya bazarlarına çıxışı üçün ilk logistik layihələr həyata keçirilmiş, daxili (Sәngәçal, Dübәndi) və xarici (Novorossiysk - Rusiya vә Supsa - Gürçüstan) neft terminalları yenidәn qurulmuş, Bakı-Supsa, Bakı-Novorassiysk neft kəmərləri işə salınmışdır. Bu ərəfədə neft tariximizdә daha bir әlamәtdar hadisә isə, 1999-cu ilin noyabr ayının 18-dә İstanbulda «Çırağan» sarayında «Ankara bәyannamәsi»nә uyğun olaraq Bakı-Ceyhan marşrutu üzrə «Xam neftin Azәrbaycan, Gürcüstan vә Türkiyə әrazisi ilә nәql edilmәsinә dair saziş»in imzalanması olmuşdur. Bunlarla yanaşı, neftlə bağlı planların reallaşması istiqamətində ölkədə digər irimiqyaslı layihələr də həyata keçirilmişdir. Belə ki, Xəzərin ən dərin qatlarını fəth edən modernləşdirilmiş «İstiqlal», «Dədə Qorqud», «Qurtuluş» və «Lider» adlı üzən dərin qazma qurğuları istismara verilmiş, Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» qaz-kondensat yatağının açılışı və istismarı ilə əlaqədar Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa olunmuş, geniş institusional islahatlar aparılmış, ARDNŞ-in strukturu yeni mobil düzümdə formalaşdırılmış və sosial-iqtisadi inkişafa əlavə stimullar verən yüksək investisiya təminatlı müvafiq milli neft fondu - ARDNF təsis edilmişdir .Bütün bunlar «Əsrin müqaviləsi» və sonrakı neft konratklarının reallaşması ilə bağlı milli neft strategiyasına çevrilən neft siyasətinin məqsəd və vəzifələrinin imperativlərini təşkil etmişdir. Göründüyü kimi, bu strategiya formalaşdırılarkən yalnız lokal məzmunda deyil, həm də regional və qlobal miqyasları hədəfə almışdır. Bu baxımdan da milli neft strategiyası ilkin yaxın və orta müddətdə inkişafın konturları dörd aspektə - siyasi, iqtisadi, sosial və texniki kontekstə cizgiləndirilmişdir.

Siyasi kontekst dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təminatı və neft diplomatiyası ilə beynəlxalq inteqrasiyanın dərinləşdirlməsini ehtiva etmişdir. İqtisadi kontekst başlıca olaraq planlı iqtisadiyyatdan liberal iqtisadiyyata keçid, iqtisadi təhlükəsizlyin təminatlığını və bu bazada bütün sferalarda milli təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmişdir. Sosial kontekst isə milli rifah, elm-təhsil, səhiyyə və digər humanitar sferalarda hərtərəfli inkişafa istiqamət almışdır. Nəhayət, Texniki kontekst Yancaq-enerji kompleksində (YEK) infrastruktur yenidənqurmasının, neft-qaz resurslarının beynəlxalq bazarlara çıxışında logistik alternativlərin, donanma, dəmir yolu və digər nəqliyyat kommunikasiyalarının müasir texnoloji sistemdə qurulması ilə milli enerji təhlükəsizyliyinin tam bərqərar olmasını əhatəsinə almışdır. Bütün bu imperativlər hamılıqla vəhdət təşkil edir və onların reallaşması müəyyən detallar istisna olmaqla əsasən ötən əsrdə başa çatmışdır.

1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev respublikamızın zəngin təbii sərvətlərinin, o cümlədən neft və qaz yataqlarının xarici neft şirkətləri ilə müştərək işlənməsi barədə proqramların hazırlanması zəruriliyini qeyd edərək, neft strategiyasını müəyyənləşdirdi. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev cənablarının gərgin və ardıcıl səyi nəticəsində 1994-cü il sentyabrın 20-də ABŞ-ın «AMOKO», «Yunokal», «Penzoyl», «Makdermost», Böyük Britaniyanın «BP», «Remko», Rusiyanın «Lukoyl», Norveçin «Statol», Türkiyənin «TPAO» və Səudiyyə Ərəbistanının «Delta» kimi nüfuzlu neft şirkətlərinin təmsil olunduğu konsorsium ilə ARDNŞ arasında Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının birgə istismarına dair hasilatın pay bölgüsü sazişi imzalandı. Bundan bir il sonra ABŞ-ın «EKSON» neft şirkəti, 1996-cı ilin iyulunda isə «Makdermost»un bütün iştirak payına sahib olmuş Yaponiyanın «İTOÇU» neft şirkəti həmin müqaviləyə qoşulmuşdur. Tarixə «Əsrin müqaviləsi» kimi daxil olmuş bu sazişin həyata keçirilməsini təmin etmək üçün şirkətlər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətini /ABƏŞ/ təsis etmişlər. Müqaviləyə əsasən 30 il müddətinə ilkin olaraq 511 milyon ton neft hasil etmək nəzərdə tutulmuşdur. Son illərdə aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsi göstərdi ki, «Azəri», «Çıraq» və «Günəşli» yataqlarında proqnozlaşdırıldığından daha çox, yəni 700 milyon tona yaxın neft vardır. Neft strategiyasının əsas vəzifələrdən biri Azərbaycanın müxtəlif xarici ölkələrlə iqtisadi, siyasi və mədəni əməkdaşlığını maksimum dərəcədə genişləndirməkdir. Respublikada ictimai- siyasi sabitliyin bərqərar olması, zəngin neft və qaz yataqlarının mövcudluğu xarici investorların ölkəmizə marağını daha da artırmışdır. «Əsrin müqaviləsi»nin ardınca keçən dövr ərzində 21 yeni neft sazişləri imzalanmışdır. İmzalanmış h əmin müqavilələr çərçivəsində Azərbaycana birbaşa xarici investisiya qoyuluşunun gözlənilən həcmi 60 milyard ABŞ dolları təşkil edəcəkdir.

Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlər ilə birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil etmişdir. Belə ki, neft strategiyasının həyta keçirilməsinin ilk illərində ilk növbədə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək, istismara verildilər. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlər ilə neftin və qazın nəqlinin ildən ilə genişlənməsi neft strategiyasının mühüm qələbəsi kimi qəbul edilir. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə coxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlıverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi ilə əlaqədar Azərbaycan, Gürcüstan, Türkiyə ölkələri və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi.

Milli Neft Strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmaqdadır. Azərbaycan iqtisadi inkişaf tempinə gö¬rə dünyada birincidir, əhəmiyyətli regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dünya iqtisadi sisteminə inteqrasiya olunma nəticəsində neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açıldı. Bununla əlaqədar neft strategiyasının məntiqi davamı olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu .

Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fondunun aktivlərinin həcmi hazırda 10 milyard ABŞ dollarını keçmiş və ildən ilə bu vəsait artacaqdır, bu da milli neft strategiyasının reallaşmasının uğurlu nəticəsi kimi dəyərləndirilməlidir.

Ölkənin maliyyə potensialının artması nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır. Bununla əlaqədar möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi kursun prioritet istiqaməti olaraq Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsinə bu gün xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri, o cümlədən Neft Fondunun vəsaiti hesabına ölkədə mühüm infrastruktur və sosial yönümlü layihələrin maliyyələşdirilməsi həyata keçirilir və ölkənin iqtisadi inkişafının stimullaşdırılmasında, strateji əhəmiyyətli dövlət proqramları və layihələrin maliyyələşdirilməsində, eləcə də regiona investisiya qoyuluşunun təmin edilməsində Dövlət Neft Fondunun rolu ildən ilə artır.



Hazırkı mərhələdə milli neft strategiyasının reallaşması prezident İlham Əliyevin fəaliyyəti ilə irəliləyiş tapmışdır. Yeni mərhələ ( 2003-2011-ci illər ) axtarış-kəşfiyyat və qazma işlərinin nəticələri əsasında ölkənin neft-qaz ehtiyatlarının artması, növbəti beynəlxalq neft kontraktlarının bağlanılması, ARDNŞ-in şaquli inteqrasiya formatlı qlobal bir şirkətə çevrilməsi, ölkə xaricində biznes layihələrinin həyata keçirilməsi, investisiya qoyuluşlarının yüksəldilməsi, YEK-in infrastruktur modernizasiyasının sürətləndirilməsi, Azərbaycanın qaz ixracatçısı statusu qazanması və rifahı artıran daha geniş iqtisadi və sosial effektlərlə müşayiət olunmuşdur. Konkret olaraq aparılan kəşfiyyat və qazma işləri “Əsrin müqaviləsi”ni üzrə kontrakt zonasında ehtiyatların ( ilkin ehtiyatlar 511 milyon ton hesablanırdı ) orta hesabla iki dəfə art - mışdır. İndi burada ehtiyatlar 1,2 milyard tondan da artıq dəyərləndirilir. Hazırda AÇG yatağı hasilat həcminə görə dünyada üçüncü yeri tutur. Bu yataqlardakı gündə - lik hasilat 900 min barreldir. Bu isə onu göstərir ki, Azərbaycan iqtisadiyyatı “Əsrin müqaviləsi”ndən öncə olduğu proqnozdan fərqli olaraq daha yüksək mənfəət əldə edəcəkdir. Hesablamalara görə, “Əsrin müqaviləsi” üzrə yataqların 30 illik istismarı dövründə respublikamız 200 milyard ABŞ dolları həcmində mənfəət alacaqdır. Bununla belə, qeyd olunmalıdır ki, bu hasilat zonasında neftin 20%-dən çoxu artıq çıxarılmışdır ki, bunun da təxminən 125 milyonu Azərbaycanın mənfəət neftidir. Ümumilikdə, bütün tarix dövr ərzində “AÇQ” yatağından ARDNF-in hesabına 20 milyard ABŞ dollarından çox pul vəsaiti daxil olmuşdur .Azərbaycan elektrik enerjisi sistemi də gücləndirilərək 6250 MVt-yə yük - səldilmişdir. Hazırda Azərbaycanda enerji istehsalı 18,7 milyard kvts təşkil edir. Bunun 82-87%-ə qədəri İES-lərdə (13 sayda) və qalan hissəsi SES-lərdə (7 sayda) istehsal olunur. Bu sıraya 2011-ci ildən başlayaraq 5 MVt gücündə alternativ enerji ( Qobustan rayonunda hibrid tipli günəş-külək elektrik stansiyası ) sistemi də qoşulmuşdur. Qeyd olunmalıdır ki, son beş il ərzində Azərbaycanda 11 elektrik stan - siyası tikilmişdir ki, onlardan doqquzu istilik elektrik, ikisi su elektrik stansiyasıdır. Həmin stansiyaların fəaliyyətə başlaması nəticəsində ölkənin enerji sisteminə 1500 meqavat elektrik enerjisi daxil edilmişdir. Növbəti iki il ərzində Azərbaycanda isti - fadəyə veriləcək yeni stansiyaların hesabına əlavə 500-600 MVt elektrik enerjisi əldə olunacaqdır Bununla belə, həm də qeyd olunmalıdır ki, respublikamız Ermənistan istisna olmaqla elektrik enerjisini də bütün regional dövlətlərlə ötürmə üzrə təminatlı infra - struktur imkanlarına malikdir. Pozitivlər əks etdirir ki, Azərbaycan artıq bir neçə ildir ki, ixrac saldosu onun xeyrinə olmaqla Türkiyə, Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadilə edir. Bütün bunları ölkə iqtisadiyyatını mövcud və orta perspektivdəki tələbləri ilə uzlaşdırdıqda Azərbaycanda enerji təhlükəsizliyinin tam şəkildə təmin edildiyini bir daha yəqin etmiş olarıq. Mövcud reallıqlar onu göstərir ki, respublikamız artıq uzun müddətdir ki, digər tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında aktiv iştirak edir və onun bu istiqamətdəki rolu hər il artırır. Bütün bunlar bir də ona görə dəyərləndirilir ki, respublikada elektrik enerjisinin istehsalında neft-qaz sektoru əhəmiyyətli rol oy - nayır və ölkədə elektrik enerjisi istehsalının orta hesabla 80%-i bu sektor hesabına qaynaqlanır. Natural ölçüdə bu son 3 ilin yekununa görə faktiki olaraq hər il orta hesabla 5 milyon ton şərti yanacaq təşkil etmişdir .Statistikaya nəzər saldıqda bir daha aydın olur ki, “Əsrin müqaviləsi” imzalanan - dan sonra - 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 100 milyard ABŞ dol - larından çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin 42 milyardı neft-qaz sektoruna qoyulan sərmayədir ki, onların da mütləq əksəriyyətini birbaşa xarici investisiyalar təşkil edir. Bunun nəticəsi olaraq həmin dövr ərzində yoxsulluq səviyyəsi 49%-dən 7,6%-ə enmişdur. Əsrin əvvəllərində büdcə xərcləri 1 milyard civarında olmuşdursa, 2012-ci ildə bu rəqəm 22 milyard ABŞ dollarına çatmışdır. Ölkənin valyuta ehtiyatları da artaraq 40 milyard ABŞ dollarını üstələmişdir. Bu Aparılan təhlil və qiymətləndirmələr, eyni zamanda yeni strateji təsisatlandırmalar və geopolitik öhdəliklər üzrə qəbul edilən sənədlər çevrəsi, sahəvi normativ-hüquqi bazanın genişləndirilməsi, YEK və sosial-iqtisadi inkişafla bağlı çoxsaylı dövlət pro - qramların reallaşdırılması istiqamətində görülən işlər tamlıqla əsas verir ki, milli neft strategiyasının yaxın 10 il üçün növbəti hədəfləri sırasında ARDNŞ-in transmillişirkət kimi dünya neft biznesində fəal iştirakının və xaricdə uzunmüddətli strateji konsessiyaların əldə etməsinin təminatı, Avropa və dünya bazarlarında dayanıqlı tutum əldə edilməsi ilə qaz nəqlinin maksimallaşdırılması, ixrac potensiallı yeni neft- qaz emal sənayesi və müvafiq kimya kompleksinin qurulması, istehsal, nəqliyyat- kommunikasiya, həmçinin sosial infrastrukturun təkmilləşdirilməsi, innovasiyalı iqtisadiyyata və innovativ humanitar sferaya keçid və s. bu kimi hədəflər yer alır. Bununla belə, özünün qüdrətli resurs bazasına əsaslanaraq neft strategiyası bir neçə onillik ərzində milli təhlükəsizlik və onun əsas tərkib hissələri - iqtisadi, enerji, nəqliyyat-kommunikasiyon, humanitar və s. təhlükəsizlik komponentlərini də möhkəmləndirilməsində və sosial-iqtisadi tərəqqinin davamlılığının təminatında başlıca strateji planlaşdırma mənbəyi olaraq qalacaqdır.
Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin