Azərbaycan Respublikasının 2011-ci IL dövlət büdcəsinin Ehtiyat Fondundan vəsait ayrılması və bu vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü təsdiq edilməsi barədə azərbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 130,67 Kb.
tarix13.04.2017
ölçüsü130,67 Kb.
#13898
Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin
Ehtiyat Fondundan vəsait ayrılması və bu vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

177s



 

Bakı şəhəri, 4 iyul 2011-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən:



1. Bu sərəncamın əlavəsində göstərilən işlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan 29539000 (iyirmi doqquz milyon beş yüz otuz doqquz min) manat məbləğində vəsait ayrılsın və bu vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə


 

 



Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2011-ci il

4 iyul tarixli I77s nömrəli

sərəncamı ilə



təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan ayrılan 29539000 (iyirmi doqquz milyon beş yüz otuz doqquz min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə



BÖLGÜSÜ

 


 

(min manatla)




Sifarişçi təşkilatlar üzrə layihələrin adı

Ayrılan vəsaitin məbləği

İstifadəyə verilən güc




1

2

3




Respublika üzrə cəmi

29539

 




o cümlədən:

 

 




Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

500

 




Muxtar respublikada sosial obyektlərin tikintisinin başa çatdırılması üzrə xərclər

500

 




Gəncə Şəhər İcra Hakimiyyəti

1000

 




Gəncə şəhər Təhsil İdarəsinin qəza vəziyyətində olan Uşaq Yaradıcılıq Mərkəzinin binasının bərpa-gücləndirilməsi və əsaslı təmiri

500

obyekt




Gəncə şəhərində qəza vəziyyətində olan Atatürk prospekti, 264 və 266, Cavad xan küçəsi, 34 və digər ünvanlardakı yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün 50 mənzilli yaşayış evinin tikintisi

500

 




Sumqayıt Şəhər İcra Hakimiyyəti

400

 




Şəhərin 21-ci məhəlləsində və "İnşaatçılar" yaşayış massivində köhnə yararsız binaların tam və ya qismən sökülərək yerində yeni binaların tikintisi

400

 




Şəki Şəhər İcra Hakimiyyəti

1510

 




Mirzə Fətəli Axundovun anadan olmasının 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar Şəki Dram Teatrının, Mirzə Fətəli Axundov adına mədəniyyət və istirahət parkının təmiri və yenidən qurulması, Mirzə Fətəli Axundovun ev muzeyinə gedən küçə və prospektlərdə, ev muzeyi ətrafında işıqlandırma və abadlıq işləri

1200

 




Şəki şəhəri, S.Rəhman küçəsi, 76 ünvanındakı 5 mərtəbəli yaşayış evində bərpa və əsaslı təmir işləri

310

obyekt




Yevlax Şəhər İcra Hakimiyyəti

500

 




Şəhər təhsil şöbəsi üçün yeni binanın tikintisi

500

obyekt




Abşeron Rayon İcra Hakimiyyəti

400

 




Abşeron rayonunda abadlıq və yenidənqurma işlərinin aparılması

400

 




Ağstafa Rayon İcra Hakimiyyəti

624

 




Ağstafa şəhərində qəza vəziyyətində olan kommunal yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün 16 mənzilli yaşayış evinin tikintisi

500

 




Ağstafa şəhərində qəza vəziyyətində olan kommunal yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün tikilən 25 mənzilli yaşayış evinin tikintisinin başa çatdırılması

124

obyekt




Beyləqan Rayon İcra Hakimiyyəti

500

 




Beyləqan şəhərində abadlıq və yenidənqurma işlərinin aparılması

500

 




Binəqədi Rayon İcra Hakimiyyəti

400

 




Bakı şəhərinin Binəqədi kəndində 35 №-li şəhər poliklinikası binasının əsaslı təmiri və yenidənqurulması

300

obyekt




Bakı şəhərinin Binəqədi qəsəbəsində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə salınmış parkda abadlıq işləri

100

obyekt




Daşkəsən Rayon İcra Hakimiyyəti

500

 




Rayon İcra Hakimiyyətinin balansına verilmiş sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin əsaslı təmiri, onlara xidmət göstərilməsi üçün avadanlıq və maşın-mexanizmlərin alınması və Daşkəsən şəhərində yenidənqurma işlərinin aparılması

500

 




Füzuli Rayon İcra Hakimiyyəti

300

 




Horadiz şəhərinin ərazisində abadlıq və yaşıllıq işləri, yaşıllıq üçün suvarma sisteminin quraşdırılması

300

 




Göyçay Rayon İcra Hakimiyyəti

500

 




İcra Hakimiyyəti binasının yenidən qurulması və ətraf ərazinin abadlaşdırılması

500

obyekt




Göygöl Rayon İcra Hakimiyyəti

500

 




Göygöl şəhərində dam örtükləri qəza vəziyyətində olan 153 kommunal-yaşayış evlərinin dam örtüklərinin əsaslı təmiri

500

 




Xızı Rayon İcra Hakimiyyəti

500

 




Yeni Yaşma qəbəsində 295 qəzalı evlərin bərpası

500

 




Kəlbəcər Rayon İcra Hakimiyyəti

160

 




Rayon İcra Hakimiyyətinin Gəncə şəhərində yerləşdiyi inzibati binanın əsaslı təmiri

160

obyekt




Kürdəmir Rayon İcra Hakimiyyəti

1000

 




Rayon icra hakimiyyətinin yeni inzibati binasının tikintisi

1000

 




Qazax Rayon İcra Hakimiyyəti

400

 




Qazax şəhərində qəza vəziyyətində olan kommunal-yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün 24 mənzilli yaşayış evinin tikintisi

400

 




Qobustan Rayon İcra Hakimiyyəti

793

 




Qobustan Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üzrə yaranmış qiymət fərqinin ödənilməsi və inventar, avadanlıqla təchiz edilməsi

493

 




Qobustan şəhərində abadlıq və yenidənqurma işlərinin aparılması

300

 




Neftçala Rayon İcra Hakimiyyəti

500

 




Neftçala şəhərində yenidənqurma işlərinin aparılması

500

 




Oğuz Rayon İcra Hakimiyyəti

500

 




Oğuz şəhərində abadlıq, işıqlandırma, yenidənqurma işlərinin aparılması

500

 




Sabirabad Rayon İcra Hakimiyyəti

1000

 




Sabirabad şəhəri ərazisinin bir hissəsində qrunt sularının səviyyəsinin aşağı salınması üçün drenaj şəbəkəsinin tikintisi

1000

 




Salyan Rayon İcra Hakimiyyəti

500

 




Salyan şəhərinin ərazisindəki 70 yaşayış evinin dam örtüyünün təmiri

500

 




Şamaxı Rayon İcra Hakimiyyəti

500

 




Şamaxı şəhərində Heydər Əliyev, S.Ə.Şirvani və N.Nərimanov küçələrində abadlıq və yenidənqurma işlərinin aparılması

500

 




Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1600

 




Şəki şəhərində müxtəlif kateqoriyadan olan əlillər üçün 4 mərtəbəli 36 mənzilli yaşayış evinin tikintisi

500

 




Şəmkir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 mərtəbəli 36 mənzilli yaşayış evinin tikintisi

500

 




Kənd yerlərində yaşayan Qarabağ müharibəsi əlillərinə 10 ədəd fərdi yaşayış evinin tikintisi

600

obyekt




Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

900

 




Tərtər şəhərində Mədəniyyət Evinin əsaslı təmiri

400

obyekt




Bərdə şəhərində binası qəza vəziyyətində olan 1 №-li uşaq incəsənət məktəbi üçün yeni binanın tikintisi məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinə başlanılması

500

 




Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

1000

 




150 gəlişli Siyəzən rayon Mərkəzi Poliklinika binasının təmiri, avadanlıq və inventarla təchiz edilməsi

1000

obyekt




Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

1873

 




Efir təhlükəsizliyinin qorunması üçün xüsusi təyinatlı avadanlıqların alınıb quraşdırılması və avadanlıqların istismar xərclərinin ödənilməsi

1873

obyekt




Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

1264

 




Sumqayıt şəhərində neft-kimya və dozimetrik laboratoriyaların yaradılması layihəsi üzrə avadanlıqların alınması (MAQATE)

1264

 




Azərbaycan Milli Elmlər Akademiyası

1000

 




"Tədqiqat nüvə reaktorunun planlaşdırılması və qurulması" və "Radiasiya proseslərinin imkanlarının genişləndirilməsi-sterilizasiya qurğusunun yaradılması" layihələri üzrə ilkin tikinti işlərinin aparılması (MAQATE)

1000

 




Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi

2600

 




Milli Onkologiya Mərkəzinin avadanlıqlarla təchiz edilməsi (MAQATE)

2600

 




Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası

15

 




Komissiyanın inzibati binasında sanitariya qovşaqlarının əsaslı təmiri

15

 




"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti

1000

 




Sumqayıt şəhərində sosial obyektlərin və yaşayış evlərinin istilik təchizatının bərpası

1000

 




Bakı Metropoliteni

2300

 




Bakı Metropoliteni yollarında normadan artıq yük buraxılmış relslərin dəyişdirilməsi

1000

 




Bakı Metropoliteni stansiyalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə "SOS" həyəcan sisteminin quraşdırılması

1300

obyekt




Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

500

 




Agentliyin Horadiz qəsəbəsindəki bazasında təbii fəlakət nəticəsində ziyan çəkmiş bina və qurğuların, maşın-mexanizmlərinin bərpası

92

obyekt




Abşeron yarımadasının "Palçıq Vulkanları Qrupu" dövlət təbiət qoruğunun Kirdağ palçıq vulkanı ərazisinin partlamamış hərbi sursatlardan təmizlənməsi

408

obyekt




İctimai Televiziya və Radio Yayımları Şirkəti

2000

 




"Eurovision -2011" mahnı müsabiqəsinin qaliblərinin 2012-ci ildə keçiriləcək müsabiqəyə qədər xarici ölkələrdə turları və respublika daxilində konsertlərinin təşkil olunması

1000

obyekt




"Euronews" kanalı ilə işgüzar əlaqələrin qurulması, yeni müxbir bürolarının açılması, onların müasir texnika ilə təchiz olunması

1000

obyekt

























 
Yüklə 130,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin