Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə29/95
tarix16.12.2022
ölçüsü0,91 Mb.
#75433
1   ...   25   26   27   28   29   30   31   32   ...   95
Azərbaycan Respublikasının Ailə Məcəlləsi

[62]
Madd
ə 119-1. Övladlığa götürmədən sonra monitorinq
 
119-1.1. Müvafiq icra hakimiyy
əti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti,
əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir
d
əfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq olaraq monitorinq aparır.
119-1.2. Bu M
əcəllənin 119-1.1-ci maddəsində nəzərdə tutulan monitorinqin aparılması qaydası bu Məcəllənin
118.4-cü madd
əsində nəzərdə tutulmuş qayda ilə tənzimlənir.
[63]
Madd
ə 120. Övladlığa götürmək hüququ olan şəxslər
120.1. A
şağıdakılar istisna olmaqla, hər iki cinsdən olan bu Məcəllənin 121.1-ci və 121.2-ci maddələri ilə müəyyən
edil
ən tələblərə cavab verən şəxs (şəxslər) övladlığa götürən ola bilərlər:
[64]
120.1.1. m
əhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
120.1.2. m
əhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları
m
əhdudlaşdırılmış şəxslər;
120.1.3. qanunla üz
ərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən
k
ənarlaşdırılmış şəxslər;
120.1.4. 
əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
120.1.5. s
əhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər ;
120.1.6. m
əhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və
ictimai m
ənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi


azadlı
ğı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır
cinay
ətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar
olmadan xitam verilmi
ş şəxslər;
120.1.7. bar
əsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;
120.1.8. ail
ədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə
alınmaqla) ölk
ə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan
u
şaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq
əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba,
valideynl
ərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).
[65]
120.2. Övladlı
ğa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq
icra hakimiyy
əti orqanı tərəfindən müəyyən olunur.
120.3. Aralarında nikah olmayan 
şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.
120.4. Nikahda olmayan 
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları (bacı-qardaş, nənə-baba,
valideynl
ərinin bacıları, qardaşları, onların övladları) tərəfindən uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən
u
şaqların övladlığa götürülməsinə yol verilmir.
[66]
120.5. Az
ərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan
şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən
minimum normadan az olmayan ya
şayış sahəsi olmalıdır.
120.6. Bu M
əcəllənin 120.1.6-cı, 120.1.7-ci və 120.2-ci maddələrində qeyd olunan tələblər eyni zamanda uşağı
övladlı
ğa götürmək istəyən şəxslə (şəxslərlə) birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq
edilir.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin