[60] Madd ə 119. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək ist əyən şəxslərin uçotu 119.1. Müvafiq icra hakimiyy əti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlı ğa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə elektron informasiya sistemind ə “e-sosial” internet portalı üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (m əlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu madd ənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. 119.2. Bu M əcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır: 119.2.1. valideyn himay əsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs bar ədə fərdi məlumatlar; 119.2.2. valideyn himay əsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin
sa ğlamlıq vəziyyəti barədə məlumatlar; 119.2.3. valideyn himay əsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair m əlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar; 119.2.4. əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar; 119.2.5. övladlı ğa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar; 119.2.6. övladlı ğa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar; 119.2.7. övladlı ğa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar; 119.2.8. övladlı ğa götürmək istəyən şəxsin əvvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar. 119.3. Az ərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 119.2.1-119.2.2-ci və 119.2.5-119.2.8-ci maddələrində qeyd olunan məlumatları bilavasitə və yaxud akkredit ə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən sonra uçota alınırlar. 119.4. Qohumları (bacı-qarda ş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), eləcə də ögey ata (ögey ana) t ərəfindən övladlığa götürmə zamanı bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında övladlı ğa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur. [61] 119.5. Bu M əcəllənin 119.2-ci maddəsində göstərilən məlumatlar müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemin ə inteqrasiya olunan dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (m əlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda h əmin məlumatlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 30.5-ci maddəsinə uy ğun olaraq əldə edilir. 119.6. Bu M əcəllənin 119.2.1-119.2.2-ci maddələrində və 119.2.5-119.2.8-ci maddələrində göstərilən məlumatlar övladlı ğa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 (altı) ay müddətində etibarlıdır. 119.7. U şağı övladlığa götürmək istəyən şəxs (şəxslər) bu Məcəllənin 119.2.1-119.2.2-ci və 119.2.5-119.2.8-ci madd ələrində məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan m əlumat təqdim etmiş övladlığa götürmək istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) il müdd ətində övladlığa götürmənin bu Məcəllənin 118.1.2-ci maddəsində nəzərdə tutulan mərhələsindən k ənarlaşdırılırlar. 119.8. Müvafiq icra hakimiyy əti orqanı övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi m ərhələsində bu Məcəllənin 119.2-ci maddəsində göstərilən məlumatların monitorinqini aparmaq hüququna malikdir.”. 119.9. Bu M əcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında uçota alınmış valideyn himay əsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 119.9.1. v əfat etdikdə; 119.9.2. 18 ya şına çatdıqda; 119.9.3. “Valideynl ərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Az ərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda. 119.10. U şağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı t ərəfindən uçotdan çıxarılır: 119.10.1. v əfat etdikdə; 119.10.2. bu M əcəllənin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin u şağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə; 119.10.3. bu M əcəllənin 120.1.6-cı maddəsində göstərilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikd ə; 119.10.4. bu M əcəllənin 120.2-ci maddəsi ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda; 119.10.5. bar əsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində. 119.11. Bu M əcəllənin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılan şəxslər, bu Məcəllənin 119.1-ci maddəsinə uy ğun olaraq 1 (bir) ildən sonra təkrar uçota alınırlar.