Maddə 102. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işinin əsas formaları
102.1. Məhkumların islah edilməsi məqsədi ilə cəzaçəkmə müəssisələrində əxlaqı, hüquqi, əmək, fiziki və başqa tərbiyə tədbirləri həyata keçirilir.
102.2. Məhkumlarla tərbiyə işi pedaqoji və psixoloji üsullara əsasən cəzaçəkmə müəssisəsinin növü, cəzanın müddəti, fərdi, qrup və kütləvi şəkildə saxlanma şərtləri nəzərə alınmaqla, fərqləndirilmiş qaydada aparılır.
102.3. Məhkumlarla tərbiyə işi aparılarkən kütləvi informasiya vasitələrindən, o cümlədən radio və televiziyadan, kinofilmlərə baxışdan istifadə edilir, kitabxanalar təşkil edilir.
102.4. Tənbeh tədbiri qismində intizam və cərimə təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə, habelə bu Məcəllənin 70.4.3-cü maddəsinə əsasən həbsxanaya keçirilmiş məhkumlara televiziya verilişlərinə baxmağa icazə verilmir. (16)
Dostları ilə paylaş: |