Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 104. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili



Yüklə 0,55 Mb.
səhifə84/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   80   81   82   83   84   85   86   87   ...   136
Maddə 104. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili

104.1. Cəzaçəkmə müəssisələrində məhkumların ümumi orta təhsili həyata keçirilir. Yaşı qırxdan çox olan məhkumlar, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlar ümumi orta təhsilə öz arzularına görə cəlb edilirlər.

104.2. Məhkumların ümumi orta təhsili həvəsləndirilir və onların islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.

104.3. Əmək qanunvericiliyinə uyğun olaraq ümumi orta təhsil alan məhkumlar imtahan vermək üçün işdən azad edilirlər.

104.4. Cəzaçəkmə müəssisələrinin nəzdindəki ümumi orta təhsil müəssisələrinin pedaqoji kollektivi tərbiyə işinin aparılmasında cəzaçəkmə müəssisələrinin müdiriyyətinə köməklik edir.

104.5. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

104.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi orta təhsilə cəlb olunmurlar. Onların öz-özünə təhsil alması üçün cəzanın icrası və çəkilməsi qaydasına və şərtlərinə zidd olmayan şərait yaradılır. (15)


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin