Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 114. Ciddi rejimli cəzaçəkmə müəssisələri



Yüklə 0,55 Mb.
səhifə92/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   88   89   90   91   92   93   94   95   ...   136
Maddə 114. Ciddi rejimli cəzaçəkmə müəssisələri

Ciddi rejimli cəzaçəkmə müəssisələrində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı, yəni əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər və cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş qadınlar cəza çəkirlər.



Maddə 115. Ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri

115.1. Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq cəzaçəkmə müəssisəsi ərizəsinin daxilində hərəkət edə bilərlər.

115.2. Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

115.2.1. adi yaşayış binalarında saxlanılırlar:

115.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx manatadək miqdarda pul xərcləyə bilərlər;

115.2.3. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

115.2.4. il ərzində on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

115.3. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq;

115.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

115.3.2. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

115.3.3. il ərzində on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər. (14, 16)


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin