Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 113. Ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri



Yüklə 0,55 Mb.
səhifə91/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   87   88   89   90   91   92   93   94   ...   136
Maddə 113. Ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri

113.1. Ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq cəzaçəkmə müəssisəsi ərazisinin daxilində hərəkət edə bilərlər.

113.2. Ehtiyatsızlıqdan törədilmiş, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

113.2.1. adi yaşayış binalarında saxlanılırlar;

113.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda əlli manatadək miqdarda pul xərcləyə bilərlər;

113.2.3. il ərzində qısa müddətli qırx səkkiz görüş və uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

113.2.4. il ərzində qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

113.3. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

113.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

113.3.2. il ərzində uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

113.3.3. hər il məzuniyyət vaxtı cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfər edə bilərlər.

113.4. Ağır cinayətlərə görə ilk dəfə məhkum olunmuş şəxslərin saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

113.4.1. adi yaşayış binalarında saxlanılırlar;

113.4.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx beş manatadək miqdarda pul xərcləyə bilərlər;

113.4.3. il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

113.4.4. il ərzində iyirmi dörd bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

113.5. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq;

113.5.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

113.5.2. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

113.5.3. il ərzində on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər. (14, 16)




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin