Maddə 108. Cəzanın icrası qaydalarının qərəzli pozulması
108.1. Cəzanın icrası qaydalarının qərəzli pozulması aşağıdakı hallar hesab olunur:
108.1.1. alkoqol və ya digər güclü təsir göstərən maddələri qəbul etmək;
108.1.2. narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək;
108.1.3. xırda xuliqanlıq;
108.1.4. cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq;
108.1.5. xidməti borclarını yerinə yetirən digər dövlət nümayəndələrini hədələmək və ya təhqir etmək;
108.1.6. qrup halında tabe olmamaq və ya belə qruplarda fəal iştirak etmək;
108.1.7. il ərzində üç dəfədən çox tənbeh edilmək.
108.2. Rejimin qərəzli pozulması məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsi ilə eyni vaxtda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən edilir. (13, 16)
Dostları ilə paylaş: |