Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 105. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tətbiq edilən həvəsləndirmə tədbirləri



Yüklə 0,55 Mb.
səhifə85/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   81   82   83   84   85   86   87   88   ...   136
Maddə 105. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tətbiq edilən həvəsləndirmə tədbirləri

105.1. Nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə məhkumlara aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilə bilər:

105.1.1. təşəkkür elan etmək;

105.1.2. hədiyyə ilə mükafatlandırmaq;

105.1.3. dörd manatadək miqdarda pulla mükafatlandırmaq;

105.1.4. əlavə sovqat, bağlama və ya banderol almağa icazə vermək;

105.1.5. əlavə telefon danışığına icazə vermək;

105.1.6. əlavə qısa müddətli və ya uzun müddətli görüşə icazə vermək;

105.1.7. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün on beş manatadək miqdarda əlavə pul xərcləməyə icazə vermək;

105.1.8. verilmiş tənbehi vaxtından əvvəl götürmək;

105.1.9. saxlanılma şəraitini yaxşılaşdırmaq;

105.1.10. xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan və cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkumları kamera tipli otaqlardan adi yaşayış binalarına keçirmək;



105.1.11. xüsusi rejimli cəzaçəkmə müəssisəsində və həbsxanada kameralarda saxlanılan məhkumlara bir ay ərzində bir saatadək əlavə gəzintiyə icazə vermək.

105.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara istirahət və günü hesab edilməyən bayram günlərinin məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisindən kənarda keçirilməsinə icazə vermək kimi həvəsləndirmə tədbiri də tətbiq edilə bilər.

105.3. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla müsbət xarakterizə olunan məhkumlara onların ərizələrinə əsasən bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər həvəsləndirmə tədbirləri tətbiq edilə bilər.

105.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən məhkumların razılığı ilə onların əfv edilməsi haqqında vəsatət qaldırıla bilər. (10, 14, 16)




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin