Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 169-1. Siyasi partiyada üzvlüyə məcbur etmə



Yüklə 0,72 Mb.
səhifə158/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   154   155   156   157   158   159   160   161   ...   352
Cinayət Məc

Maddə 169-1. Siyasi partiyada üzvlüyə məcbur etmə

    Siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə —

    • min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (75)

İyirmi ikinci fəsil. Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər

Maddə 170. Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə

    170.1. On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə—

    • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    170.2. Eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs tərəfindən törədildikdə—

    • üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    170.3. Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə—

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 171. Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə

    171.1. Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə—

    • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    171.2. Eyni əməllər:

      171.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;

      171.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə



      171.2.3. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

    • dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (99)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin