|
|
səhifə | 166/352 | tarix | 02.01.2022 | ölçüsü | 0,72 Mb. | | #39487 |
| Cinayət Məc
Maddə 180. Soyğunçuluq
180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
180.2. Eyni əməllər:
180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
180.2.2. təkrar törədildikdə;
180.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə;
180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə;
180.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
180.4. Bu Məcəllənin 180.1 — 180.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69, 131)
Dostları ilə paylaş: |
|
|