Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 182. Hədə-qorxu ilə tələb etmə



Yüklə 0,72 Mb.
səhifə168/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   164   165   166   167   168   169   170   171   ...   352
Cinayət Məc

Maddə 182. Hədə-qorxu ilə tələb etmə

    182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə—

    • üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    182.3. Bu Məcəllənin 182.1 və ya 182.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

      182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

      182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

      182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə—

      182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə


    • əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    182.4. Bu Məcəllənin 182.1—182.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə —

    • on üç ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 69, 71, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin