179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqlabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
179.3.2. külli miqdarda törədildikdə—
179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqlabeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
179.4. Bu Məcəllənin 179.1—179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —
on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 69, 82, 128, 131)