Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma—
min beş yüz manatdan iki min manatadəkmiqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 82, 128)
Maddə 176. Uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırma
176.1. Əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz doxsan saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
176.2. Əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliiyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırma—
beş yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 76)