Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 183. Xüsusi dəyəri olan əşyaları talama



Yüklə 0,72 Mb.
səhifə169/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   165   166   167   168   169   170   171   172   ...   352
Cinayət Məc

Maddə 183. Xüsusi dəyəri olan əşyaları talama

    183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama—

    • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    183.2. Eyni əməllər:

      183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

      183.2.2. təkrar törədildikdə;

      183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda—


    • əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69, 131)

Maddə 184. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma

    184.1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan xeyli miqdarda ziyan vurma—

    • iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    184.2. Eyni əməllər:

      184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

      184.2.2. təkrar törədildikdə;

      184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

    • dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    184.3. Eyni əməllər:

      184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

      184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

      184.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə, yaxud aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—

    • əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 69, 82, 111, 128, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin