Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 202-2. İnsayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə



Yüklə 0,72 Mb.
səhifə195/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   191   192   193   194   195   196   197   198   ...   352
Cinayət Məc

Maddə 202-2. İnsayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə

    202-2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan insayd məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə —

    • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    202-2.2. Eyni əməllər:

      202-2.2.1. təkrar törədildikdə;

      202-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə —

    • üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində «insayd məlumat» və «insayder» dedikdə, «Qiymətli kağızlar bazarı haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 78.2-ci və 79.1-ci maddələrində nəzərdə tutulmuş məlumat və şəxslər başa düşülür. (55, 61, 69, 111, 117, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin