Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 201. Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə



Yüklə 0,72 Mb.
səhifə192/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   188   189   190   191   192   193   194   195   ...   352
Cinayət Məc

Maddə 201. Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə

    • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    201.2. Eyni əməllər:

      201.2.1. təkrar törədildikdə;

      201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—



    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 131)

Maddə 201-1. Hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi

    201-1.1. Hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə —

    • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    201-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə —

    • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (125)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin