Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 203-1. Qiymətli kağızlar bazarında manipulyasiyalar



Yüklə 0,72 Mb.
səhifə197/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   193   194   195   196   197   198   199   200   ...   352
Cinayət Məc

Maddə 203-1. Qiymətli kağızlar bazarında manipulyasiyalar

    203-1.1. Qiymətli kağızlar bazarında manipulyasiyalar külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə —

    • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    203-1.2. Eyni əməllər:

      203-1.2.1. təkrar törədildikdə;

      203-1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə —

      203-1.2.3. kütləvi informasiya vasitələrindən və ya ümumi istifadədə olan informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə

    • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd: Bu Məcəllənin 203-1.1-ci maddəsində «manipulyasiyalar» dedikdə, «Qiymətli kağızlar bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 78.4-cü maddəsində nəzərdə tutulmuş hərəkətlər başa düşülür. (55, 61, 111, 117, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin